Sizin Reklam Burada

ÜST daha bir pandemiya barədə xəbərdarlıq edib

ÜST daha bir pandemiya barədə xəbərdarlıq edibÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) 1999-cu ildə Malayziyada aşkarlanmış “Nipah”, yaxud “NiV” adlı virusun pandemiyası ilə bağlı xəbərdarlıq edib.

“Report” “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, “Nipah” Nipah çayı sahilində yaşayan donuzçuluqla məşğul olan fermerlərdə aşkarlanıb.

Onun vəhşi təbiətdəki daşıyıcıları Cənubi Çin, Cənub-Şərqi Asiya, Yeni Qvineya və Avstraliyada geniş yayılmış yarasalar və yarasalar dəstəsinə aid uçan tülkülərdir. Bu virusa Afrikada uçan tülkülərdə də rast gəlinib. Həmin heyvanlar bu virusdan heç vaxt xəstələnmirlər.

“Nipah” insanlara virusa yoluxan xəstə donuzlarla təmasdan keçir. Virusdan ölüm halları 40-75 faiz təşkil edir. Xəstəlik ölümcül ensefalit (baş beyinin iltihabı) yaradır, eləcə də simptomsuz mövcud olur. “Nipah”a qarşı hələlik dərman taplmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı profilaktika üçün yarasalar və onun kimilərlə əlaqəni azaltmağı, virusa yoluxan adamlarla fiziki təmaslardan yayınmağı, əlləri yumaq və fərdi qorunma vasitələrindən istifadə etməyi məsləhət görür.

Bizim Instagram səhifəmizə abunə olun

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər