Sizin Reklam Burada

Tramp nöqtəni qoydu: “Peyvənd tapılmasa…” – İnanılmaz qərar

Tramp nöqtəni qoydu: “Peyvənd tapılmasa…” – İnanılmaz qərar“Koronavirusun qarşısının alınması üçün görülən tədbirlərin yumşaldılması dönəmində itkilər olacaq, amma ölkədə iqtisadi fəaliyyəti bərpa etmək, iqtisadiyyatın qarşısını açmaq lazımdır”.

Teleqraf.com “ABC”-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, peyvəndin tapılıb-tapılmamasından asılı olmayaraq, Amerikanın normal həyata qayıdacağı qaçılmazdır.

Tramp bəzi ştatlarda artıq karantin qaydalarının yumşaldılmağa başlandığını söyləyib: “Ölkə iqtisadiyyatı yenidən fəaliyyətə başladıqdan sonra ölümlər ola bilər, amma insanları evlərinə məhkum etməyəcəksiniz”.

ABŞ prezidenti sərt karantin tətbirlərinin insanların psixologiyasına mənfi təsir etdiyini xatırladıb: “İnsanlara baxın. Onlar yüksək dozadan və ya intiharlardan ölürlər. İnsanları işlərinə qaytarmalıyıq, biz də müəyyən tədbirlər görüb, karantin qaydalarını yumşaldaraq bunu edirik. Qarşıdakı üç il boyunca evdə otura bilmərik”.

Donald Trampın sözlərinə görə, koronavirus yoxa çıxanadək ölkədə daha çox insan öləcək: “Peyvənd hazırlanması məsələsində uğurlar əldə edirik. Amma peyvənd olmasa da, biz normal həyata qayıdacağıq. Bunun ağır proses olduğuna kimsənin şübhəsi yoxdur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər