Sizin Reklam Burada

Türkiyə dəhşətli silahını dünyaya nümayiş etdirdi - Video

Türkiyə dəhşətli silahını dünyaya nümayiş etdirdi - VideoTürkiyə mənbələri ordunun istifadəsinə verilən “sürü pilotsuz aparatlar”la bağlı yeni məlumatlar yayıb.

Publika.az xəbər verir ki, yeni pilotsuz kamikadze aparatların ən böyük özəlliyi onların GPS sistemi olmadan uça bilməsidir. Bu da onların düşmən radarları tərəfindən müəyyən edilməsini çətinləşdirir. Məlumata görə, proqram bir neçə aparata yüklənir. Digər aparatlar isə proqram yüklənən əsas cihazları təqib edir. Yerli mənbələr yazır ki, Suriyadakı son döyüşlər Türkiyə Hava Qüvvələrinin döyüş qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoyub.

Mütəxəssislər hesab edir ki, Türkiyənin Suriyadakı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar müharibə tarixində bir ilkdir. Türkiyə ordusu hərbçilərin həyatını təhlükəyə atmadan düşmən mövqelərinə həlledici zərbələr endirir. Qeyd edək ki, ötən gün prezident adminstrasiyası “sürü ihalar”ın görüntülərini yayaraq, pilotsuz aparatların istifadəyə hazır olduğunu bəyan edib. Pilotsuz aparatlara raketlərin yerləşdirilməsi istisna olunmur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər