Sizin Reklam Burada

Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı “Azərbaycan modeli” formalaşır

Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı “Azərbaycan modeli” formalaşırDövlət nəzəriyyəsinin maraqlı və eyni zamanda əsrlər boyu mübahisələrə səbəb olmuş problemlərindən biri vətəndaş cəmiyyəti və hüquqi dövlətin nisbəti məsələsidir. Makiavellinin əsərlərində vətəndaş cəmiyyətinin cücərtilərinə rast gəlmək olur. Məsələn, o yazırdı ki, hökmdar qorxu və s. vasitələrin köməyilə idarə etmək imkanına malik olsa da, bu imkandan sui-istifadə edə bilməz. O, təbəələrdə özünə qarşı nifrət oyatmamaq üçün onların əmlak və şəxsi hüquqlarını pozmamalıdır. Öncəki dövrlərin mütəfəkkirləri vətəndaş cəmiyyətilə dövlət, "siyasi cəmiyyət" arasındakı prinsipial fərqi görmürdülər. Bununla belə, onlar artıq "vətəndaş cəmiyyəti" mövcud dövlət və ya dövlət idarəçiliyi formaları ilə eyniləşdirmirdilər.

Bunu “Xalq Cəbhəsi”nə Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədri Emin Əliyev deyib.

O, qeyd edib ki, "Dövlət idarəçiliyi haqqında iki traktat" əsərində Lokk göstərirdi ki, vətəndaş cəmiyyətində yaşayan heç bir şəxs üçün qanunlarda istisna ola bilməz. İdarəetmədə hamının iştirak etməsi və xalq suverenliyi ideyasını əsas tutan J.J.Russo elə bir forma tapmağa çalışırdı ki, bu, şəxslərin mülkiyyətini qoruya bilsin. Bu forma sayəsində hər kəs hamı ilə əlaqədə olmaqla, eyni zamanda yalnız özünə tabe olsun və əvvəllər olduğu kimi azad olaraq qalsın.

Buradan da göründüyü kimi, yeni dövr mütəfəkkirləri şəxsiyyəti dövlətin "əsarətindən" qurtarmağın yeganə yolunu vətəndaş cəmiyyəti formalaşdırmaqda görürdülər. Vətəndaş cəmiyyəti strukturları isə aşağıdan yaranır: “Bu mənada, vətəndaş cəmiyyəti özü təşkil olunan və özü inkişaf edən sistemdir. Burada subyektlər hüquqi cəhətdən müstəqildirlər, onlar azad və bərabər partnyorlar kimi əlaqə saxlayırlar. Vətəndaş cəmiyyəti üfüqi münasibətləri əlaqələndirir. Vətəndaş cəmiyyətində formal, hüquqi bərabərlik, əslində, faktiki qeyri-bərabərliyin olmasını nəzərdə tutur.

Demokratik rejimdə vətəndaş cəmiyyəti dövlətlə sıx əlaqədardır, totalitar və avtoritar rejimlərdə isə dövlətə tabe olur, onunla (açıq və ya passiv) müxalifətə girir. Əgər dövlət öz hakimiyyətini vətəndaşların etimadı üzərində deyil, zor hesabına qurursa, onda zor gücü ilə hakimiyyət nüfuzu arasında sərhəd tamamilə dumanlı olur. Vətəndaş cəmiyyəti siyasi rejimin sabitliyinin əsasıdır. O, dövlət hakimiyyəti üçün təməldir. Onun zəifləməsi cəmiyyətdə marginallaşmaya səbəb olur. Dövlət hakimiyyətinin kütləvi siyasi səfərbərliyin ənənəvi təsisatlarına arxalanması vətəndaş cəmiyyətinə doğru hərəkətin başlanğıc nöqtəsidir. Deyilənlər belə bir qənaətə gəlməyə əsas verir ki, vətəndaş cəmiyyəti yalnız yaxşı inkişaf etmiş hüquqi dövlət şəraitində fəaliyyət göstərə bilir”.

Hüquqi dövlət özünün formalaşması və möhkəmlənməsi prosesində nəinki fərdi azadlığın və hüququn qanunvericiliklə təsbit olunmasını təmin edir, həm də vətəndaş cəmiyyətinin normal mövcudluğu və fəaliyyəti, onun başlıca təsisatları, prinsipləri və dəyərləri üçün təminat yaratmaqdadır. Hüquqi dövlət vətəndaş cəmiyyəti ilə bir sıra ümumi və birləşdirici hüquqi əsasa malikdir: “Vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Bu isə tez-tez münaqişələrə və qarşıdurmalara gətirib çıxarır. Belə vəziyyətləri aradan qaldırmaq, müəyyən mənada sosial harmoniyanı yaratmaq vəzifəsi isə yalnız vətəndaşların borcu deyil. Burada əsas yük ali arbitr rolunda çıxış edən dövlətin üzərindədir. Hüquqi dövlət olmadan vətəndaş cəmiyyəti normal fəaliyyət göstərə bilməz”.

Vətəndaş cəmiyyətinin strukturu:

Qanunverici və hökumət orqanları yanında yaradılan, lobbi təşkilatları (komitələr, komissiyalar və şuralar);
İctimai-siyasi təşkilatlar və hərəkatlar (hüquq müdafiəçiləri, sosial, iqtisadi ekoloji və s);

Sahibkarlar ittifaqları, istehlakçılar birlikləri, xeyriyyə fondları;

Elmi və mədəni təşkilatlar, idman cəmiyyətləri;

Bələdiyyələr, seçici birlikləri, siyasi klublar;

Müstəqil kütləvi informasiya vasitələri:

Dini qurumlar; Ailə və s.

Vətəndaş cəmiyyətinin yaradılmasında əsas vacib amillər:

Çoxşaxəli iqtisadiyyat, müxtəlif mülkiyyət formaları və tənzimlənən bazar münasibətləri

Siyasi hakimiyyətin səlahiyyətlərinin desentralizasiyası, hakimiyyətin bölünməsi, siyasi plüralizm, vətəndaşların dövlət və ictimai işlərdə iştirakı, qanunun aliliyi və hər kəsin onun qarşısında bərabərliyi

Mənəvi ideologiyanın və dünyagörüşünün olmaması və vicdan azadlığı

Beləliklə, vətəndaş cəmiyyəti – bu ictimai münasibətlərin, formal və qeyri-formal strukturların (qruplar, kollektivlər), spesifik maraqların birləşmiş (iqtisadi, etnik, mədəni) məcmusudur. Bütün bunlar insanın həyat fəaliyyətinin, müxtəlif maraq və təlabatlarının dövlətdən kənar olaraq təmin edilməsidir. Vətəndaş cəmiyyəti və dövlət biri-birini tamamlayır və biri-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyildir, çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının səmərəli formasını yarada bilərlər:
“Tərəqqi edən vətəndaş cəmiyyəti olmadan dövlət heç vaxt demokratik ola bilməz. Belə dövlət quruluşu avtoritar rejimlərin birinə çevrilməyə məhkumdur. Güclü vətəndaş cəmiyyəti demokratiyanın təminatıdır. Onun fəal inkişafı dövləti intizamlı olmağa sövq edə, müxtəlif əhali qruplarının maraqlarını genişləndirə, onların siyasi həyatda fəal iştirakını təmin edə bilər.

Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür”.

Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir. Dövlət müstəqilliyinin bərpa edilməsindən bu yana keçən qısa bir dövrdə vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik siyasi quruluşun bərqərar olması üçün bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur.

Humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir. Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmuş, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, ictimai-siyasi sabitlik bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan vətəndaş cəmiyyəti formalaşdırılmışdır: “Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmış 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.

Demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər”.

QHT sədri onu da bildirib ki, ölkəmizdə də insan hüquq və azadlıqlarının təmin edilməsi geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətimizin diqqət mərkəzindədir. Ölkədə vətəndaş cəmiyyətlərinin çoxşaxəli fəaliyyəti, xüsusən Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda 44 günlük müharibə dövründə milli QHT-lərin bütün mümkün vasitələrdən istifadə edərək bir yumruq kimi milli mübarizəmizin simvolu olan “dəmir yumruq” halında birləşməsi və Ali Baş Komandanın ətrafında sıxlaşması bu sahədə dövlətimizin uğurlarından sayılır: “27 iyul 2007-ci ildə Prezident İlham Əliyev QHT-lərə dövlət dəstəyi konsepsiyasını təsdiq etdi və dekabrın 13-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla da QHT-lər yeni bir mərhələyə qədəm qoymuş oldu və vətəndaş cəmiyyətlərinin xarici donorlardan asılılığı aradan qaldırıldı. QHT-lərə dövlət dəstəyinin digər bariz nümunəsi Prezident İlham Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanun layihələrinin parlamentə təqdim edilməsidir. Bütün bunlar ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı “Azərbaycan modeli”nin formalaşdığını göstərməkdədir. Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş bir sürətlə inkişaf edir. İnsan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ən önəmli vəzifələrdən birinə çevrilir. Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi, ədliyyə sisteminin inkişafı və beynəlxalq standartlarda vətəndaş cəmiyyətinin yaradılması, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər