Sizin Reklam Burada

Müasir media – dövlətin və vətəndaşların ən etibarlı köməkçisidir

Müasir media – dövlətin və vətəndaşların ən etibarlı köməkçisidirÖlkəmizin milli jurnalistikası yaranma tarixinin – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin ilk anadilli qəzeti “Əkinçi”ni nəşrə başlamasının 145-ci ildönümünü yubiley tədbirləri ilə qeyd etməyə hazırlaşır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 30-da imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı xalqımızın milli oyanış və mədəni tərəqqi tarixinin ən önəmli hadisələrindən birinin ümumölkə miqyasında təntənə ilə keçirilməsinə start vermişdir.

Sərəncamda dövlət müstəqilliyimizin bərpa edilməsinin ilkin mərhələsində – 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımızın yeni inkişaf mərhələsinə qədəm qoyması, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməsi, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və təbliğində mühüm rol oynaması da çağdaş nəsillərin diqqətinə çatdırılır.

Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq öz milli varlığını qoruyub saxlaya bilmiş, əldə etdiyi zəngin ənənələri davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. Məhz bu dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşmış, publisistikanın yeni bir növü-teleradio jurnalistikası təşəkkül tapmışdır. Etiraf etməliyik ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri, təcrübələrini bu gün də gənc nəslə bölüşən orta və yaşlı nəsil jurnalistlər məhz sovet illərində yetişmişlər.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. 1993-cü ildən başlayaraq Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media islahatları nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmışdır. Bununla da, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Dövlətin medianın fəaliyyətini tənzimləməkdən imtina edərək demokratik mexanizmlərə meydan açması ilə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının yaranması ölkəmizdə qəzet-jurnal redaksiyalarının həyatında sivil prinsiplərin bərqərar olmasını təmin etmişdir.

Sərəncamda azad, demokratik KİV-in çağdaş cəmiyyətdə oynadığı məxsusi rola da ciddi önəm verilir: “Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir”.

Yubiley sərəncamında müasir medianın qarşısında duran taleyüklü vəzifələrə də toxunularaq bildirilir ki, bu gün kütləvi informasiya vasitələri ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Ölkə mediasının inkişafını şərtləndirən başlıca amillər isə sənəddə konkret olaraq belə ifadə olunur: “modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev KİV-ə dövlət dəstəyinin demokratik nümunəsini gerçəkləşdirmiş ölkə rəhbəri kimi tanınmışdır. Onun xoş məramı ilə ərsəyə gələn KİV-ə dövlət dəstəyi konsepsiyası və Prezident yanında KİVDF-nin fəaliyyəti dünyada böyük maraq doğurmuşdur. Fondun xətti ilə müstəqil nəşrlərin fəaliyyətinə ardıcıl maliyyə dəstəyi göstərilir. Peşəkar jurnalist yaradıcılığı daim stimullaşdırılır. Azərbaycan jurnalistlərin üzərinə heç bir öhdəlik qoymadan onlara pulsuz mənzil verən dövlət kimi də diqqəti cəlb edir. Milli mətbuatımızın bundan əvvəlki 3 yubileyi Prezident İlham Əliyevin sərəncamı ilə böyük təntənə ilə qeyd olunmuş, hər dəfə də milli jurnalistikamıza xidmətləri ilə fərqlənənlərin böyük bir dəstəsi dövlət tərəfindən mükafatlandırılmışdır.

Müstəqil Azərbaycan dövləti KİV-in inkişafına hər cür qayğı göstərir və onun sərbəst, hərtərəfli fəaliyyətini təmin edir.

Qeyd edək ki, COVİD 19 pandemiyası ilə müabarizədə fəadakar həkimlərimiz, mübariz polislərimizlə yanaşı, mətbuat nümayəndələrinin də fəaliyyəti danılmazdır. Jurnalistlərin ağır dönəmdə öz peşə vəzifələrini layiqincə yerinə yetirməsi, dəqiq və vaxtında məlumat verməsi onların bir daha 4-cü hakimiyyət nümayəndələri adını daşımasına layiq olduqlarını sübut etdi.

Bu gün Azərbaycan mətbu nəşrlərin dövlət icazəsi olmadan fəaliyyət göstərdiyi az sayda ölkələr sırasındadır. Hər bir vətəndaş öz sözünü cəmiyyətə maneəsiz çatdırmaq və ətraf aləm barədə operativ, obyektiv məlumat almaq hüququndan tam istifadə edir. Ölkədə mövcud söz azadlığı, demokratik cəmiyyət davamlı inkişafa doğru addımlamağın bariz nümanəsidir.

Məzahir Əfəndiyev
Milli Məclisin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər