Sizin Reklam Burada

"Toy biznesmenləri” xalqımızın bu ağır günündə niyə gözə dəymirlər? - Komitə sədri

"Toy biznesmenləri” xalqımızın bu ağır günündə niyə gözə dəymirlər? - Komitə sədri
Ta qədimdən toy ərəfəsi və sonrası bütün qohum-əqrəba toy evinə yığılar, yeni qurulacaq ailənin çatışmayanlarını müəyyən edər və hər kəs imkan daxilində yeni qurulan ailənin təməlinin möhkəm olması üçün maddi və mənəvi köməklik göstərərdi. Təəssüf ki, son illərdə toylar mahiyyətini dəyişib, bir növü rəqabət meydanına çevrlilib. Bəzi işbazlar isə bu tendensiyadan sui-istifadə edərək, münbit psixoloji mühit, saxta rəqabət mühiti formalaşdırıb, fundamental ailə dəyərlərinin zədələnməsi hesabına küllü miqdarda pul qazanırlar. Mən toy biznesini idarə edənləri, ölkə boyu sıralanan şadlıq saraylarını, restoranları nəzərdə tuturam.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Onun sözlərinə görə, illik dövriyyələri çox böyük rəqəmlərlə ifadə olunan “toy biznesmenləri” xalqımızın bu ağır günündə niyə gözə dəymirlər? İndi onlardan soruşmaq lazımdır, belə çətin günlərdə koronavirusla mübarizədə dövlətə dayaq oldunuzmu, cənab Prezidentin dəstək çağırışlarına qoşuldunuzmu? İmkansız, aztəminatlı ailələrə yardım etdinizmi?

Müşahidələr belə deməyə əsas verir ki, “toy biznesmenlərinin” əksəriyyəti yoxa çıxıb: "Koronavirusla mübarizəyə Dəstək Fonduna ianə köçürən, ehtiyacı olanlara yardım kampaniyası aparan böyük restoran, şadlıq evi sahibləri barmaqla sayılacaq qədər azdır.

Necə deyərlər, hər işdə bir xeyir var. Fikrimcə, düşdüyümüz bu vəziyyət tələb edir ki, bir daha düşünüb-daşınaq, mövcud toy adət-ənənələrimizə yenidən baxaq. Toylarımızı əvvəlki məcrasına qaytaraq, xüsusən imkansız ailələri illərlə davam edən maddi-mənəvi çətinliyə salan mənasız bəhsəbəsdən, “el nə deyər” düşüncəsindən xilas edək. Belə psixoloji mühitdən sui-istifadə edərək asan yolla böyük pullar qazanan, lakin xalqın ağır günlərində gözə görünməyən işbazlara da bundan sonra çox da fürsət verməyək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər