Sizin Reklam Burada

Pirallahı gəncləri Prezidentə təşəkkür ediblər

Pirallahı gəncləri Prezidentə təşəkkür ediblər
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Pirallahı rayon gəncləri tərəfindən

T Ə Ş Ə K K Ü R

Hörmətli cənab Prezident.

Biz gənclər olaraq çox sevinirik ki, Azərbaycan Respublikasına Sizin kimi müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı anlayır və hər zaman Sizə güvənir.

Cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Biz xalq olaraq bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin tam təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Pirallahı gəncləri adından Sizə təşəkkür edirik. Biz gənclər olaraq Sizi daim dəstəkləyirik. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız vətən xainləri görməyə bilərlər.

Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Hər bir işiniz xalq tərəfindən dəstəklənir. Gördüyünüz bütün bu işlərə görə, cənab Prezident, Sizə Pirallahı gəncləri adından dərin minnətdarlığımı bildirir, çətin və şərəfli işinizdə daim uğurlar arzulayırıq.

Allah Sizi və ailənizi qorusun.

Dərin hörmət və ehtiramla
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər