“Vətəndaşı əlcək və maska taxmamağa görə cərimələmək hüquqa ziddir”
Müvəkkil Hüuq Mərkəzinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilov Avrasiya.net-ə açqılamasında əlcək və maska taxmamağa görə cərimələrin tətbiq edilməsi ilə bağlı diqqətçəkən şərh verib.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilməyibsə, vətəndaşı əlcək və maska taxmamağa görə cərimələmək hüquqa ziddir.
Günün əsas və aktual sualı: Polis sizi əlcək və maska taxmamağa görə cərimə edə bilərmi? sualını cavablandıran Səməd Vəkilov məsələni belə şərh edir:
Öncə mövcud qanunvericiliyə diqqət edək:
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi.
Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması[104] pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Göründüyü kimi İXM-nin 211-maddəsində Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması-inzibati pozuntu sayılır.
Bəs Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının tövsiyyələri bu maddənin təsiri altına düşürmü? Tanınmış hüquqşünası Səməd Vəkilov hesab edir ki,bu tövsiyyələrə uyğun İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilməyibsə bu maddə ilə vətəndaşları cəriməlmək hüquqa ziddir.
Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
Maddə 12. İnzibati xəta anlayışı
12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.
Göründüyü kimi inzibati xəta hökmən məcəllədə nəzərdə tutulmalıdır. Əgər şəxsin əlcək və maska taxmaması epidemiyanın yayılmasına səbəb olmursa həmin şəxsi bu pozuntu ilə cərmələmək olmaz.Xüsusən də,əgər Apteklərdə maska və əlcək yoxdursa.