Sizin Reklam Burada

Bunu Türkiyə təkbaşına həll edə bilməz - Həsənquliyev

Bunu Türkiyə təkbaşına həll edə bilməz - HəsənquliyevƏfqanıstanda insanların əksəriyyəti məsələlərə orta əsrlərdə olduğu kimi yanaşır. Hətta orta əsrlərdə Avropada insanlar müasir Əfqanıstanla müqayisədə daha mütərəqqi idi. Əfqanıstanda insanların böyük qisminin davranışının motivasiyasını şüur yox, daha çox digər canlılara xas olan qorxu instinkti təşkil edir. Ona görə inkişaf etmiş xalqların orada minimum standartlara cavab verən müasir dövlət qurmaq cəhdləri uğursuzluğa düçar olur.

Avrasiya.net xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, məhz bu səbəbdən ABŞ da SSRİ kimi həmin ölkəni rüsvayçı məğlubiyyətlə tərk edir.

"Əsas səbəb olmasa da məğlubiyyətin digər səbəbi dünyanın və regionun böyük dövlətlərinin Əfqanıstan məsələsində ortaq məxrəcə gələ bilməməsidir. İnsanlıq tarixi öyrədir ki, Talibana qalib gəlməyin tək yolu Əfqanıstanda "taliban"dan daha sərt və amansız bir rejimin qurulması ilə mümkün idi.Talibanı tamamilə məhv etdikdən sonra rejimi yumşaltmaq olardı. NATO üzrə müttəfiq dövlətlər isə orada nəzarəti ələ keçirdikləri ilk gündən xalqın sosial inkişaf səviyyəsini və mentaliteti nəzərə almadan demokratik rejim qurmağa cəhd etməklə həm özlərini iflasa məhkum etdilər, həm də əfqan xalqını növbəti dəfə böyük mərhumiyyətlərlə üz-üzə qoydular. Mentalitetin dəyişməsi üçün isə ən azı iki nəsil dəyişməlidir.

Fikrimcə, NATO-nun həll edə bilmədiyi problemi Türkiyə təkbaşına həll edə bilməz. İlk növbədə böyük maliyyə resusları lazımdır ki, bu da Türkiyənin imkanları xaricindədir. Qərb maliyyə dəstəyi boyun ola bilər, amma Suriya qaçqınlarına kömək məsələsində olduğu kimi, verilən sözün tutulacağı az inandırıcıdır. Ona görə Türkiyə də, Azərbaycan da Əfqanıstanı tərk etməlidir. Əfqanları buraxmaq lazımdır təbii inkişaf yolu ilə getsin. Sivil dünya taliban rejimi ilə əməkdaşlıq edib onlara kənardan təsir etməklə onun insani xarakter almasına kömək etməlidir. Zamanı qabaqlamaq cəhdi heç də həmişə uğur vəd etmir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər