Sizin Reklam Burada

İrəvandan şok etiraf: Tovuzu işğal etmək istəyiblər...

İrəvandan şok etiraf: Tovuzu işğal etmək istəyiblər...Ermənistan silahlı qüvvələri hər zaman neft kəmərlərini vurmaq üçün texniki imkana sahib olublar, amma onun heç vaxt bunu gerçəkləşdirmək arzusu olmayıb.

Axar.az xəbər verir ki, bunu dünən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan Tovuz təxribatının Azərbaycanın Avropaya yönələn neft və qaz-kəmərlərinə təhdid yaratdığı ilə bağlı məsələni şərh edərkən deyib. Ovannisyan çıxışı zamanı özünü guya sülhpərvər kimi təqdim etməyə cəhd edib, amma sonda aşkar şəkildə İrəvanın Tovuzla bağlı planını ortaya qoyub:

“Biz deyirik ki, bu regiondan keçən neft-qaz kəmərləri beynəlxalq şirkətlərə məxsusdur. Qoy, beynəlxalq şirkətlər əmin olsunlar ki, Ermənistan Respublikası istehlakçı təhlükəsizliyinə qarant verir. Ermənistan Respublikası onların təhlükəsizliyini regionda olan hər kəsdən daha yaxşı təmin edə bilər”.

Başqa bir sualı cavablandıran Ovannisyan bundan öncəki sözlərini daha aydın formada təkrarlayıb:

“Əgər onlar bizim nəzarətimizə keçsə, Ermənistan onun təhlükəsizliyinə hər kəsdən daha yaxşı zəmanət verəcək”.

Göründüyü kimi, ermənilər beynəlxalq kəmərləri ələ keçirmək arzularını gizlətməyiblər.

Qeyd edək ki, Ermənistanın növbəti işğal arzusunu Azərbaycan Ordusu qısa müddətdə darmadağın etdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər