Sizin Reklam Burada

Sadiq Qurbanov: “Ölkədə iqtidar-xalq birliyi var”

Sadiq Qurbanov: “Ölkədə iqtidar-xalq birliyi var”“İyulun 12-dən başlayaraq cəbhənin Tovuz istiqamətində Ermənistan tərəfindən Azərbaycana qarşı təxribat törədilib. Təxribatın qarşısı ordumuz tərəfindən alınıb”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov son günlər cəbhənin Tovuz istiqamətində baş verənlərə münasibət bildirərkən deyib.

Komitə sədri bugünkü Azərbaycanın 1990-cı illərin Azərbaycanı olmadığını xatırladıb:

“O zamankı özbaşına siyasi hakimiyyət də yoxdur. O vaxtlar xalqla hakimiyyət arasında mövcud olan dərin uçurumun nəticəsində Şuşanı, Laçını və digər rayonlarımızı itirdik. Son hadisələr bir daha onu göstərdi ki, Azərbaycan xalqı öz rəhbəri, öz ordusu ilə bir yerdədir. Cənab prezident “meydanlara deyil, hərbi səfərbərliyə yazılın” müraciətini edəndən sonra hər kəs səfərbərliyə adını yazdırır. Bu da xalq ordu və dövlətin bir yerdə olduğunun göstəricisidir”.

Sadiq Qurbanov təxribatçıların ölkəni qarışdırmaq cəhdinin baş tutmadığını da qeyd edib:

“Hələ ölkə başçımız martda altıncı çağırış parlamentin ilk iclasında çıxış edərkən bizim əleyhimizə qarayaxanlar islahatları gözü götürmədiklərindən dövlətimizə qarşı hər zaman təxribat törədə bilərlər. Çünki konseptual, struktur, kadr xarakterli islahatlar insanlarda dövlət başçımıza qarşı son dərəcə inam yaradıb. Milli ordumuza dəstək aksiyasında da bu qədər insanın könüllü küçələrə çıxması və dəstək olması xalq-ordu-dövlət başçısının birliyinin göstəricisi idi. Ancaq bu birliyi pozmağa çalışan təxribatçılar ortaya atıldı. Bu birliyi eləcə pozmağa cəhd etdilər. Çünki bugünkü birliyi pozmaq olmaz. Ölkədə iqtidar-xalq birliyi var. 1990-cı illərdən fərqli olaraq siyasi islahatlar da inkişaf var. Parlamentdə siyasi partiyaların təmsil olunması, çoxpartiyalılıq yeni baxışın göstəricisidir. Cənab prezidentin Milli Məclisdəki çıxışından sitat gətirmək istəyirəm. “Siyasi partiyalar partiyalararası geniş dialoq aparmadan həyata keçirilə bilməz. Hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki siyasi partiya üçün tərəf, müqavilə lazımdır. İlkin təəssürat da müsbətdir”.

Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiya rəhbərləri ilə danışıqlar aparır və təəssüratlarını bölüşür. Həmin o təəssürat idi ki 43 partiya Azərbaycanın ən çətin məqamında cənab prezidentin ətrafında birləşdiklərini bəyan etdilər. Bu böyük məsələdir. Bəyanatda xüsusi vurğulanır: “Möhtərəm prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki hər birimiz vətənimizin şərəfi və namusu yolunda istənilən tapşırığı hər an yerinə yetirməyə hazırıq. Biz müsəlləh əsgərik”.

Təəssüf edirəm ki, kənarda qalan partiyalar oldu və onlar sözlərini burda demədilər. Hesab edirəm ki, bu gün cəmiyyətimizdə çox böyük ruh yüksəkliyi var. İnanıram ki, tam qələbəmiz yaxındadır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər