Sizin Reklam Burada

Süleymaninin qətlində əli olan zabit bazada ölü tapıldı

Süleymaninin qətlində əli olan zabit bazada ölü tapıldıABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdəki Əl-Udeyd aviabazasında ölü tapılıb.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, İran xüsusi xidmət orqanları onu İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatında iştirakına görə axtarırdı.

Bildirilir ki, Hərbi Hava Qüvvələrinin 55 yaşlı polkovnikinin ölümü döyüş əməliyyatları ilə əlaqəli deyil.

Hazırda ölümün səbəbləri müəyyənləşdirilir. Uillis ABŞ HHQ-nin “Qırmızı at” eskadrilyasına komandanlıq edirdi. O, Birləşmiş Ştatlar ordusunun regiondakı əməliyyatlarını dəstəkləmək üçün Qətərə ezam edilmişdi.

Zabitin komandiri Kliffod Teoni bildirib ki, xidmət yoldaşları Uillisin ailəsinə, dostlarına və bölməsinə dəstək vermək üçün bütün resursları səfərbər ediblər.

“O, bizim komandanın üzvü idi və biz onun üçün çox darıxacağıq”,-komandir deyib.

Bu ilin yanvarında “Əl-Qüds” briqadasının indiki komandiri, briqada generalı İsmayıl Kaani Süleymaninin öldürülməsində əli olanların hamısından qisas alacaqlarını bildirmişdi.

“Siz bundan sonra hətta öz evinizdə belə rahat otura bilməyəcəksiniz və qisasın sizi məhz evinizdə haqlayacağı ehtimalı az deyil”, - general hədələyib.

Xatırladaq ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ xüsusi xidmət orqanlarının həyata keçirdiyi, “Mossad”ın dəstəklədiyi əməliyyatla Bağdad aeroportu ətrafında öldürülüb. Onun olduğu avtomobilə ABŞ-ın pilotsuz təyyarələri “Cəhənnəm odu” raketləri ilə zərbələr endirib. Süleymani ilə birlikdə daha bir neçə zabit, o cümlədən İraqdakı şiə yaraqlılarının komandiri Əbu Mehdi əl-Mühəndis də öldürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər