Sizin Reklam Burada

ALDP Gürcüstan hakimiyyətini ittiham etdi - Bəyanat

ALDP Gürcüstan hakimiyyətini ittiham etdi - BəyanatAzərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat qəbul edib.

Bəyanatda deyilir:

Məlum olduğu kimi, 12 iyulda Ermənistan sülh danışıqlarını pozaraq, qəflətən Tovuz istiqamətindən hücüma keçib, nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb.
Məlum oldu ki, Ermənistan uzun müddətli muharibəyə hazırlaşır. Bir neçə gün əvvəl müxtəlif kalibrli minaatan və digər silhlar Gürcüstan ərazisindən Ermənistana gətirilib.

ALDP olaraq bu bizi narahatlandırır və hiddətləndirib.

Gürcüstan hərbi qarşıdurma üçün şübhə doğurmayan silah-sursat və hərbi texnikanı öz ərazisindən keçirməyə necə icazə verdi?

Gürcüstanın ən çətin günlərdə, o cümlədən 2008-ci ilin avqustunda müharibə dövründə Azərbaycan ona öz köməyini göstərdi. Azərbaycan qışda Gürcüstana fasiləsiz elektrik və qazın verilməsini təşkil etdi. Belə dəstəyimizi çox sadalamaq olar.

Amma Ermənistan nə etdi. Bir qayda olaraq, beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünə qarşı səs verdi. Cənubi Osetiya və Abxaziya qondarma respublikaların rəsmiləri ilə bir neçə dəfə görüşüblər. Ermənistan Gürcüstana ərazi iddiası ilə çıxış edərək gürcü kilsələrinin, hətta Cavaxetiyanın ermənilərin olduğunu iddia edirlər.
Gürcüstan yaddan çıxartmamalıdır ki, Qədim Azərbaycan torpaqları sayılan Borçalı mahalı "qardaş payı" adı ilə Gürcüstana verilib.
Gəncədə zəlzələ zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən tarixi Gəncə qapıları Gürcüstana aparılıb.
ALDP hesab edir ki, biz onlardan Gəncə qapılarının qaytarılmasını tələb etməliyik.

Bu gün Gürcüstanda yaşayan 500 min azərbaycanlının hüquqları pozulur, biz onların yanında olmalıyıq.

SOCAR şirkətinin Gürcüstana yatırdığl milyonlarla dollar investisiyalara baxmayaraq, neftimizin nəqlinə görə milyonlarla gəlir götürürlər.
Gürcüstana satdığımız qazın qiyməti Azərbaycan vətəndaşına satılan qiymətdən ucuzdur.

Hesab edirik ki, onlara satdığımız qazın qiymətini qaldırsaq, o zaman onların bizə münasibəti dəyişər və kimin kim olduğunu başa düşərlər.
ALDP Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstana notanın və ondan Ermənistana silah-sursat və hərbi texnikanın verməsi ilə bağlı rəsmi açıqlamalar tələb etməlidir.
ALDP hesab edir ki, Azərbaycan dövləti Gürcüstanla siyasətinə yenidən baxmalı və ona münasibətdə mövqeyini dəyişdirməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər