Sizin Reklam Burada

Süleymaninin yerini ABŞ kəşfiyyatına deyən şəxs edam olundu - FOTO

Süleymaninin yerini ABŞ kəşfiyyatına deyən şəxs edam olundu - FOTOİran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin ölümündə təqsirləndirilən Mahmud Musəvi Məcd edam edilib.

Casusluqda ittiham olunan şəxslə bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub.

Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyib. O, pul alaraq Qasım Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə ötürüb.

Xatırladaq ki, bu ilin yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Buna cavab olaraq İran İraqda 110-dək ABŞ əsgərinin yerləşdiyi bazaya ballistik raket zərbəsi endirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər