Sizin Reklam Burada

İqtidar da, müxalifət də problemlərin həllini birgə tapmalıdır - ALDP sədri

İqtidar da, müxalifət də problemlərin həllini birgə tapmalıdır - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avrasiya.net-in suallarını cavablandırıb.

- Fuad müəllim, artıq Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi. Seçkiyə qatılıb mandat əldə edə bilmədiz...

- Bu bizi ruhdan salmayıb. Partiya olaraq öz fəaliyyətimizi davam etdirəcəyik. Birinci növbədə təşkilatlanma işlərini gücləndirəcəyik. Rayon təşkilatlarını saf-çürük edəcəyik, fəaliyyətləri zəif olan təşkilatları buraxıb yerlərinə yeni rəhbərləri gətirəcəyik ki, təşkilat və bütövlükdə partiya daha da güclənsin. Paralel olaraq növbəti seçkilərə də hazırlıq işlərinə başlıyacağıq.

- Parlamentə yeni simalardan biri olan Erkin Qədirlinin mandatdan imtina etməməsi birmənalı qarşılanmadı. Sizin fikrinizcə Erkin Qədirli nə etməlidir?

- Qazandığı mandatına uyğun olaraq parlamentin iclaslarında iştrak edib vətəndaşların, cəmiyyətin problemlərini parlament tribunasından səsləndirməlidir. Ümumiyyətlə, onun üstünə düşənlərin fikirlərini qəbul etmirəm. Sən 5, 10 il parlament üzvü ola bilirsən, digərləri ola bilməz? Bu nə yanaşmadı? Bu necə olur, mən iştrak etdiyim seçkilərdə saxtakarlığı qəbul etmirsiz, məni müdafiə etmirsiz, amma siz iştrak etdiyiniz seçkilərdə olan saxtakarlığı car çəkirsiz ki, amandı, mənim səslərim oğurlandı. Demokratiya sənin istəyinlə olmur, o hamıya şamil olunur.

- Fuad müəllim, MSK 4 dairənin nəticələrini ləğv etdi və bu dairələr üzrə seçkilərin keçirilməsi gözlənilir, iştrak edəcəksizmi?

- ALDP olaraq yaranan gündən bütün seçkilərdə iştrak edib və daima hazır vəziyyətdə olub. Amma konkret bu əlavə seçkilərlə bağlı heç bir gərarımız yoxdur. Elan olunsun ondan sonra baxarıq.

- Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyev bir neçə partiya sədrlərilə görüşüb. Sizinlə görüş olubmu və nədən söhbət etmisiz?

- Bəli görüş olub, ancaq tanışlıq xarakterli. Ədalət müəllimin bu görüşləri keçirməsi yenilikdir və bunu çox normal gəbul edirəm. Bəziləri onu uzun müddət Mədəniyyət Nazirliyində nazir müavini işlədiyini və siyasətdən uzaq olduğunu kimi qələmə veriblər. Amma mən görüş zamanı tam əksinə, onun siyasi cəhətdən hətta təcrübəli olduğunu gördüm.

- Bu görüşləri iqtidar-müxalifət dialoqunun başlanması kimi qiymətləndirmək olarmı?

- ALDP olaraq biz həmişə dialoqun tərəfdarı olmuşuq. Amma dialoqun nəticəsi olmalıdır. Cəmiyyətə, vətəndaşa xeyir gətirməlidir. Dialoq xətrinə dialoq keçirməyin faydası olmayacaq. Müxalifət nümayəndələri də Azərbaycan vətəndaşlarıdır və bizlərə düşmən gözü ilə baxılmamalıdır. İqtidar da, biz də Azərbaycanı demokratik görmək istəyirik və problemlərin həlli yolların birgə tapmalıyıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər