Sizin Reklam Burada

Əli Əhmədovun yerinə bu nazir gətirilir

Əli Əhmədovun yerinə bu nazir gətirilirHökumətin əsas simalarından biri - Baş nazirin müavini Əli Əhmədov yaxın günlərdə tutduğu vəzifə ilə vidalaşacaq. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində namizədliyi hakim Yeni Azərbaycan Partiyası(YAP) tərəfindən irəli sürülən qocaman YAP-çı seçkinin nəticələri rəsmiləşəndən sonra qanunvericiliyin tələbinə uyğun olaraq postunu təhvil verəcək.

Avrasiya.net Yenisabah.az-a istinadla xəbər verir ki, növbədənkənar parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra Baş nazirin müavini postuna yeni təyinat olacaq. Hazırda bu vəzifəni tutmağa ən şanslı namizəd Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sayılır. Hökumətin ən nüfuzlu üzvlərindən biri olan Babayevin hakimiyyət iyerarxiyasında daha da yüksələcəyi gözlənilir.

Qeyd edək ki, Muxtar Babayevi əvəzləyəcək şəxsin kimliyi də məlumdur. İddialara görə, onu birinci müavini Rəşad İsmayılov əvəzləyəcək.

Xatırladaq ki, Rəşad İsmayılov ixtisasca hüquqşünasdır. O, Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər