Sizin Reklam Burada

“Bu dünyaya imtahana gəlmişik” kitabının təqdimat mərasimi keçirilib

“Bu dünyaya imtahana gəlmişik” kitabının təqdimat mərasimi keçirilibGöygöl Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöl Rayon Gənclər Evində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Xanəliyev Bəradər Seyfulla oğlunun - Bəradər Səməndərlinin “Bu dünyaya imtahana gəlmişik” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Mədəniyyətinin hamisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ilk olaraq şairin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Millət vəkili Pərvin Kərimzadə, qonaqlar, rayon ictimaiyyəti və ziyalılar iştirak edib. Çıxış edənlər şair-publisist Bəradər Səməndərlinin “Bu dünyaya imtahana gəlmişik” kitabında toplanan şeirlərin məzmun rəngarəngliyindən və fikirlərin sadə dillə oxucuya çatdırılmasından, eyni zamanda dərin fəlsəfi çalarlı yaradıcılığından söz açaraq şairə bu yolda yeni uğurlar arzulayıblar.

Digər çıxış edənlər, AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, rayon ziyalılarından Salman Balakişiyev, Əməkdar müəllim Dilarə Qazıyeva, AMEA-nın Gəncə bölməsinin hümanitar təqdiqatlar İnstitunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, şairə Mələk İsmayıl, şair-publisist Fazil Sənan şairin yaradıcılıq yoluna nəzər salaraq bildiriblər ki, şair-publisist Bəradər Səməndərli ötən əsrin 80-ci illərində ədəbiyyata gəlib, o, hələ gənc yaşlarından məzmunlu, düşündürücü şeirləri ilə böyük oxucu məhəbbəti qazanıb.

Bəradər Səməndərlinin indiyədək 5 kitabı çapdan çıxıb. Onlardan ikisi şeirlər kitabıdır. “Hər şey məhəbbətdən başlayır” adlı ilk kitabı böyük şair Məmməd Arazın xeyir duası ilə işıq üzü görüb. Sonrakı illərdə şairin “Ədalət işığında”, “Ömür salnamələri”, “Bağçaların çiçəyidir uşaqlar”, “Hər şey məhəbbətdən başlayır” kitablarını nəşr etdirib. “Bu dünyaya imtahana gəlmişik” şeirlər kitabı Bəradər Səməndərlinin 5-ci kitabıdır. Poetik yükündən, bədii mahiyyətindən asılı olmayaraq şairin bütün şeirlərindən Vətən, sevgi ətri gəlir. Şairin yaradıcılığında analara sevgi, məhəbbət, ana nisgili dərin xətt kimi keçir. Bəradər Səməndərlinin şeirləri insanın ruh aləminin tərənnümüdür. Bu şeirlərdə tələb olunan istəklərdən biri də odur ki, insan öz sevgisinə sayğı göstərməli və sədaqətli olmalıdır. Çağdaş ədəbi prossesdə şair Bəradər Səməndərli kövrək duyğulu lirikası və öz poetik dünyası ilə poeziyamızı günbəgün zənginləşdirməkdədir.

Sonra qiraətçilərin ifasında şairin 44 günlük Vətən müharibəsində qazandığımız “Böyük Zəfər”ə həsr olunan vətənpərvərlik ruhunda yazılmış şeirləri “Ali Baş Komandan”, “Rəhbərimiz”, “Vətən dahilərin istehkamıdır”, “Azad olur əsarətdən yurdumuz”, “Haydi igidlər irəli”, “Məni aparın Şuşaya” və digər mövzuda olan şeirləri təqdim olunub. Şairə yaradıcılığı ilə bağlı müxtəlif suallar ünvanlanıb. Sonda tədbir iştirakçılarına Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl Rayon Mədəniyyət Mərkəzinin “Nərgiz” xalq kollektivinin hazırladığı maraqlı konsert proqramı təqdim olunub.

Əminə Rəhimova
Göygöl Rayon Mədəniyyət
Mərkəzinin direktoru





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər