Sizin Reklam Burada

Baş nazir Rusiyaya aid fiqurdur - Politoloq

Baş nazir Rusiyaya aid fiqurdur - PolitoloqGürcüstan baş naziri İrakli Kobaxidzenin "Qərb Gürcüstanda Rusiya qarşı cəbhə açmaq istəyir", "Avropa İttifaqı məni təhdid edir" kimi açıqlaması Qərb Rusiya qarşıdurmasının Gürcüstan meydanında artıq həlledici sonluğunu göstərir. Əlbəttə ki, baş nazir Kobaxidzenin qeyd olunan açıqlaması həqiqəti əks etdirmir.

Əvvəla, xatırladaq ki, Gürcüstanda nümayəndəlik funksiyasını yerinə yetirən Prezident Salome Zurabişvili Qərbin, ölkənin faktiki rəhbəri İrakli Kobaxidze isə İvanaşvilinin gətirdiyi, sözsüz ki, Rusiyaya aid fiqurdur. Salome Zurabişvili - İrakli Kobaxidzenin açıq forma almış qarşıdurması faktiki ölkədə bir-birini qəbul etməyən ikitirəlik yaradıb hansı ki, baş nazirin tələb və istəyi ilə Salome Zurabişvilinin impiçment məsələsidə Gürcüstan parlamentində də baxılıb. Dövlətin bu iki əsas fiqurunun bir-biri ilə acıq mübarizəsi, mübahisəsiz Qərb-Rusiya mübarizəsinin aparıcıları-icraçılarıdır. Gürcüstanda mitinq və ixtişaşlara səbəb olan "Rusiya qanunu" adlandırılan qanunun müəllifi məhz Kobaxidze kabinetidir.

Odur ki, Kobaxidzenin "Qərb Gürcüstanda Rusiya qarşı cəbhə açmaq istəyir", "Avropa İttifaqı məni təhdid edir" kimi açıqlaması Rusiyanın Gürcüstan meydanında Qərbin üzərinə həlledici hücumudur. Məlumdur ki, 2008-ci Rusiya - Gürcüstan müharibəsindən sonra Gürcüstan içtimayəti, gürcü xalqı Rusiyanı heç bir halda qəbul etmir və xalqın özünün meyili Avropaya inteqrasiyadır. Təəssüf ki, bu fikirləri bütünlüklə Gürcüstandakı siyasi hakimiyyətə aid etmək olmaz. Gürcü xalqının antiRusiya mövqeyini nəzərə alaraq Gürcüstan hakimiyyəti Rusiyaya ilə açıq yaxınlıq etməyib. İrakli Kobaxidzenin Qərbə qarşı açıqlamaları məhz gürcü xalqınn antiRusiya mövqeyini dəyişdirməyə hesablanıb.

Təbii ki, İrakli Kobaxidze siyasi təcrübə, potensial və imkanları na görə müstəqil siyasi fiqur deyil, Rusiyanın planlarının Gürcüstanda icraçısıdır.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər