Sizin Reklam Burada

Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Şuşa və Laçında olublar - FOTOLAR

Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Şuşa və Laçında olublar - FOTOLARAzərbaycana səfəri çərçivəsində ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli, Şuşa və Laçında olub.

Avrasiya.net xəbər verir ki, Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli məktəblə tanış olan nümayəndə heyəti daha sonra Şuşa və Laçına yola düşüblər.

Şuşa şəhərində hazırkı mövcud vəziyyət haqqında məlumat verilib, aparılan sürətli bərpa və yenidənqurma işləri göstərilib. Qonaqlar görülən bu işləri yüksək qiymətləndirərək, işğal dövründə ermənilər tərəfindən Şuşa şəhərində törədilmiş vandalizm aktlarını pisləyiblər. Daha sonra qonaqlar Gəncə qapıları, “Güllələnmiş heykəllər” abidəsini, Cıdır Düzünü, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Qonaqların növbəti dayanacağı Laçın olub. Həkəri çayı üzərində yaradılmış “Həkəri Balıqçılıq Təsərrüfatı” ilə yaxından tanışlıqdan sonra Sus kəndini gəzib, Laçının gözəl təbiətindən həzz alıblar.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər