Sizin Reklam Burada

Almaniya-Azərbaycan münasibətləri inkişaf dövrünü yaşayır

Almaniya-Azərbaycan münasibətləri inkişaf dövrünü yaşayırÖtən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri beynəlxalq birliyə daxil olan ölkələrlə münasibətlərin qurulması olmuşdur. Ölkəmiz bu münasibətlərin qurulmasında ilk növbədə milli maraqların qorunmasını təmin etməyə çalışmışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətin məntiqi nəticəsidir ki, hazırda ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur. Xüsusilə son illərdə ölkəmizin dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri sıx əməkdaşlıq şəraitində inkişaf etməkdədir.

Möhtərəm cənab Prezident İlham Əliyevin mütəmadi xarakter almış rəsmi və işgüzar səfərləri ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmiş, eyni zamanda ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Cari ilin 26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Almaniyaya növbəti səfəri bu baxımdan xüsusilə əhəmiyyətli olmuşdur. Səfər çərçivəsində dövlətimizin başçısı Almaniyada mühüm görüşlər keçirmişdir. Almaniyanın Kansleri Olaf keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən dövlətimizin başçısı Azərbaycanla Almaniya, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələrin inkişafından və qarşıya qoyulmuş vəzifələrdən bəhs etdi. Cənab Prezident xüsusilə son illərdə ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmiş əlaqələrindən məmnunluğunu bildirmiş, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcudluğunu iştirakçıların nəzərinə çatdırmışdır.

Qeyd etməliyik ki, Azərbaycan Respublikası son illərdə beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal səviyyədə müdafiə edir. Məhz bu istiqamət dövlətimiz tərəfindən yürüdülən balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət xəttinin əsasını təşkil etməkdədir. Ölkəmizin belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır. Sevindirici haldır ki, Avropa İttifaqı ilə 1993-cü ildə əsası qoyulmuş münasibətlər son illərdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etməkdədir.

Qeyd etməliyik ki Avropa İttifaqının əsas lokomotivi rolunda çıxış edən Almaniya Azərbaycana regionun lider dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən iqtisadi - siyasi və hüquqi islahatları yüksək qiymətləndirir. Qarşılıqlı rəsmi səfərlər və imzalanmış mühüm sazişlər nəticəsində əlaqələrimiz daha da dərinləşməkdədir. Son illərdə ikitərəfli qarşılıqlı səfərlər və əldə edilən anlaşmalar münasibətlərimizin inkişafında böyük rol oynamışdır. Xüsusilə enerji təminatı istiqamətində atılan addımlar böyük əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da artmaqdadır.

Xüsusi vurğulamalıyıq ki, Azərbaycan dövlətinin Almaniya ilə əlaqəlarinin əsasında enerji məsələləri ilə yanaşı digər sahələrin inkişafı da dayanır. Azərbaycan dövləti üçün Almaniya ilə münasibətlər olduqca vacibdir və Möhtərəm cənab Prezidentin də qeyd etdiyi kimi “hazırda Almaniya ilə bütün sahələrdə əlaqələrimiz çox möhkəmdir və bu ikitərəfli maraqlara əsaslanan münasibətlərimizin böyük gələcəyi vardır”.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər