Sizin Reklam Burada

İran Tehran yaxınlığında terrorçulara təlim keçir

İran Tehran yaxınlığında terrorçulara təlim keçirMəsud Pezeşkianın gərginliyin azaldılması ilə bağlı çıxışları ilə eyni vaxtda 10 gün əvvəldən başlayaraq SEPAH Tehranın 110 kilometr cənub-şərqində, Vəramin yaxınlığındakı bazada Fələstin və Yəməndən olan proksi qüvvələrə geniş təlim kursu keçirir.

Axar.az xəbər verir ki, bu barədə xarici media İrandakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Vəramin yaxınlığındakı “Şəhid Şəbani” təlim düşərgəsində 300-ə yaxın fələstinli və yəmənli silahlının qısamüddətli təlim kursunun son mərhələsi keçirilir.

Mənbələr bildiriblər ki, keçirilən təlimlərin mahiyyəti göstərir ki, bu təlimlər hücum xarakterlidir və bu qüvvələr İranın göstərişi ilə həyata keçirilən hücumu hazırlamaq məqsədi daşıyır.

Bu təlimlərə partizan döyüş təlimləri, quru və piyada hücumları, girov götürmə, bombaların hazırlanması daxildir.

Qeyd edək ki, "Şəhid Şəbani" təlim düşərgəsi son illər İranın İraq, Suriya, Yəmən, Fələstin və başqa ölkələrdəki proksi qüvvələrinin əsas təlim mərkəzlərindən biri kimi fəaliyyət göstərib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər