Sizin Reklam Burada

QHT layihənin icrasını davam etdirir

QHT  layihənin icrasını davam etdirir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin həyata keçirdiyi “Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində iyulun 31-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Orxus mərkəzində dəyirmi masa keçirilib.

ETSN-nin, Energetika nazirliyinin, “Təmiz şəhər” ASC-nin, K/təsərrüfatı nazirliyinin, Dövlət Statistika Komitəsinin, Radiasiya Problemləri İnstitutunun, SOCAR baş ofisinin, BMT-nin inkişaf Proqramının, ekoloji QHT-lər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova açıb.

QHT sədri “Plastik və polietilen məmulatlarının ətraf mühitə verdiyi zərərlər barədə məlumat verib.
S.Həsənov təqdimatında plastik məmulatlarının yaranması tarixi, inkişaf dinamikası, iqlim dəyişmələrinə təsiri və ətraf mühitin çirklənməsində əhəmiyyətli payı barədə elmi araşdırmalara və rəsmi hesabatlara əsaslanan geniş məlumat verib.

Onun sözlərinə görə, plastik torba və birdəfəlik qablar Azərbaycanda 2015-ci ildə cəmi 5600 ton istehsal edilib, 2022-ci ildə 17500 tona çatmaqla 3 dəfədən çox artıb.

“Plastik və polietilen torba və çantalar Bakı və digər regionların şəhərlərində marketlərdə və ticarət yerlərində geniş istifadə olunur. Demək olar ki, plastiksiz həyatımız yoxdur və adambaşına ildə 24 kq tullantı düşür. Bu göstərici orta Avropa dövlətlərindən (10-19 kq) yüksəkdir. Plastik məmulatlar 100 illərlə təbiətdə parçalanmır və bir neçə monomer kimyəvi maddənin zəncirvari birləşmələrindən ibarət mürəkkəb kimyəvi tərkibi var. Onların toplanıb yandırılması isə atmosferə zəhərli kimyəvi qazların atılmasına səbəb olur və dünya üzrə iqlimdə baş verən dəyişmələrdə əsas qazlardan biri olan CO2-nin atılmasında 13% payı var”-deyə, o, bildirib.

S.Həsənov layihə çərçivəsində hazırlanmış kitabçanın kifayət qədər elmi və rəsmi məlumatlar toplanmış bu 48 səhifəlik balaca kitabçanın ensiklopedik bir məlumat bazası olduğunu bildirib.

Çıxış edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyevə verildi. M.Nəbiyev ETSN-nin plastik məmulatlarının azaldılması üçün həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib.

Onun sözlərinə görə, nazirlik 2023-cü ildən marketlərdə bu məmulatların pulla satışının təşəbbüskarı olub və plastik torba, çanta, birdəfəlik qabların istifadəsinin azaldılması üçün növbəti tədbirlər planını hazırlayır: “Lakin bu prosesin həyata keçirilməsi elə də asan getmir, çünki insanlarımız bu məhsullardan geniş istifadə etdiyindən birdən həyatımızdan çıxarmaq və ya azaltmaq elə də asan deyil. M.Nəbiyev ümidvar olduğunu bildirdi ki, təşkilatın həyata keçirdiyi bu layihə plastik məmulatlarının istifadəsinin azaldılmasında əhəmiyyətli təsir edəcək və və insanların maariflənməsi yolu ilə plastik və polietilen məmulatlarından istifadənin azalmasına səbəb olacaq”.

Tədbirdə “Təmiz Şəhər” ASC-nin sektor müdirinin müavini Elnur Əliyev, BMT-nin Azərbaycan nümayəndəliyindən Nazim Məmmədov, SOCAR baş ofisinin nümayəndəsi Fuad Yusifli, DSK-dan Elmar Eminov, Kənd Təsərrüfatı nazirliyindən Elxan Hüseynov, ekoloji yönülmü QHT-lərdən İradə Həsənova, Sevil İsayeva, Taleh Əliyev, Şaban Nəsirov, Arzu Əliyeva, Energetika nazirliyindən Nurəngiz Fərəcullayeva, Radiasiya Problemləri İnstitutundan Rəna Cəfərova və başqaları çıxış ediblər.

Tədbir sual-cavab formatında davam edib.
Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları iştirakçılara paylanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər