Sizin Reklam Burada

Dövlətimiz və ana dilimiz

Prezident İlham Əliyev: “Azərbaycan dilinin qorunması hər kəsin borcudur”
Dövlətimiz və ana dilimiz
Hər bir dövlətdə Ana dilinin rəsmi dil olması çox mühüm əhəmiyyət kəsb edir. Bu, dövlətin vətəndaşlarının milli kimiliyini gösətərən əsas amildir. Milli kimlik fikrini ona görə qeyd etdik ki, dil həm də millətləri bir-birindən fərqləndirir. Çünki dil həm də mədəni müxtəlifliyin bir nümunəsidir. Ana dilinə məxsus olmayan xaqlar tarixin keşməkeşli sınaqlarından çıxa bilimirlər. Keçmişə baxsaq dilsiz xalqlarıın yox olmasını görərik.

Qeyd edək ki, bununla bağlı YUNESCO həyacan təbili çalan bəyanat yayıb. Bəyanat dünya dövlətlərini özlərinin rəsmi və qeyri-rəsmi təhsil proqramlarında çətinlik qarşısında qalan dillərə yer verməyə, onların aradan çıxmalarının qarşısını almağa çağırıb. Bəyanatda deyilir ki, dünyada 6000 dil var və üç nəsl ərzində, 200 dil aradan gedib.

YUNESCO dillərin məhv olma prosesini müxtəlif dərəcələrə ayırıb. Təşkilat bildirir ki, 2279 dil yox olma təhlükəsi ilə üz üzədir. Bunlardan 200 dildə 10-dan az adam danışır. 178 dildə 10 ilə 50 adam arasında danışan var. Bəyanatda əlavə edilir ki, dünyadakı dillərin üçdə biri, yəni 2000 dil, Afrikada danışılır. Amma təxminlərə əsasən, gələn 100 ildə onların 10 faizi yəni 200-ü yox olacaq.

Daha bir mühüm məqam isə dövləti olmayan xalqlardır. Yəni ana dili olub, dövləti olayan xalqar da var. Bu xalqarın ictimai-siyasi, mədəni inkişaf sürəti də istənilən səviyyədə deyil. Bu gün biz xoşbəxt xalqıq ki, dilimiz də var, dövlətimiz də var. Ana dilinin qorunması istiqamətində dövlətimiz tərəfindən müxtəlif proqram və layihlər icra olunur. Bu dövlət proqramları dilimizin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişafında xüsusi rolu var.

Hazırda Azərbaycan dili dövlət dili statusuna yüksəlib. Bu bizim üçün tarixi hadisədir. Bununla milli dövlətçilik tarixinin ilk qızıl səhifəsi yazılmağa başlanıb. 1995-ci ilin 5 noyabrında Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında çıxşında demişdir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə. Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”. Ana dilmizin olması millətimizi millət olaraq təsdiq edir. Artıq millət öz taleyinə sahib çıxır. Dilmizi qorumaq dövlət qurmaq və qorumaq deməkdir.

Dilin dövlət dili statusu qazanması qürurvericidir. Azərbaycan xalqına bu tarixi hadisəni yaşamaq nəsib olub. Bu gün dilimiz dövlət statuslu dillər arasında yer alır. Dilimiz milli-mənəvi kimlik atributuna çevrilib. Bu yolda Ulu Öndər Heydər Əliyev çox böyük fədakarlıqlar göstərib.

Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsində ölkəmizdə Ana dili hərtərəfli inkişaf edib və beynəlxalq münasibətlər sisteminə yol tapıb. Bu ondan irəli gəlirdi ki, dahi rəhbər Ana dilimizin gözəl bilicisi və mahir natiq idi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bununla Ümummilli Lider Heydər Əliyev xalqımıza və onun dilinə tükənməz məhəbbətini, qayğısını parlaq nümayiş etdirib.

Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biridir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu qanun Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, ümumiyyətlə, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində atılmış mühüm addım idi. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Hazırda ana dilmizə qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ana dili hər bir xalqın, cəmiyyətin mənəvi irsidir. Ana dilinin qorunması, inkişafı və yayılması üçün atılmış hər bir addım mütərəqqi bir fəalliyət olaraq qiymətləndirir. Bunun üçün dilçilik və mədəni müxtəliflikləri təbliğ edən tədbirlər də təşkil edilməlidir. İnsanlar digər bir dili öyrənərkən və ya həmin dildə danışarkən öz ana dilini qoruyub saxlamalıdır. Hökumət və qeyri-hökumət təşkilatları bu gün dilimizin saflığının qorunması istiqamətdində layihələr icra edirlər.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dilinin qorunması hər kəsin borcudur: “Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur”. Azərbaycan dili bizim tariximiz, mədəniyyətimizn təməlidir. Ölkəmizdəki bütün xalqların dillərinə qarşı hörmətlə yanaşılır. Bu da dövlətimizin və xalqımızın tolerantlıq nümunəsidir. Azərbaycandakı bütün xalqarın harmoniya içərisində mövcudluğu, olarının öz dillərində danışması kimi başa düşülür.

Ana dilimizi qorumaq müqəddəs borcumuzdur. Dilimizin saflığı uğurunda mübarizə aparmaq üçün hər birimizin üzərinə milli məsuliyyət düşür.

İbrahimova Gülzar İsaxan qızı,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər