Ermənilər Üzeyir bəyi belə öldürdü - VİDEOÜzeyir Hacıbəyov. Azərbaycan musiqisi intibahının banisi. Üzeyir bəyin necə böyük, öz dövründə belə sevilən şəxsiyyət olduğunu görmək üçün xalq şairi Vaqif Səmədoğlununbir xatirəsinə diqqət yetirmək kifayətdir. Vaqif Səmədoğlu müsahibələrinin birində deyirdi:

“Üzeyir bəyi ilk dəfə Yesentukidə sanatoriyada gördüm. O, sanatoriyada qarğıdan hörülmüş kresloda əyləşmişdi. Ona yaxınlaşanda atam Səməd Vurğun dedi ki, Üzeyir bəyin əlindən öpün. Biz ona yaxınlaşdıq, qardaşım Yusif, bacım Aybəniz öpdü, mən öpəndə Üzeyir bəy başımı sığalladı...”

Səməd Vurğunun Üzeyir bəyi belə yüksək qiymətləndirməsi təsadüfi deyildi. Üzeyir bəy təkcə Azərbaycan deyil, bütövlükdə Şərq tarixinin intibahında rol oynamış nadir şəxsiyyətlərdəndir. Xalq şairi Səməd Vurğun onu dövrünün ən görkəmli siması adlandırırdı...

Axar TV-nin Üzeyir bəylə bağlı hazırladığı süjeti təqdim edirik:
“Azərişıq”dan xəbərdarlıq: Onların işığı kəsiləcəkAzərişıq ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı noyabrın 27-i tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Bu barədə Report-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Məlumata görə, “Azərişıq” bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

"Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Abel Məhərrəmovun oğlu yazılanlara cavab verdiSon günlər Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi haqqında bəzi mətbu orqanlarında dərc olunmuş yazılara Azərbaycanın İspaniyadakı səfirliyi rəsmi münasibət bildirib.

Səfirliyin Modern.az saytının sorğusuna cavab olaraq göndərdiyi açıqlamasını olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi ölkəmizin digər diplomatik nümayəndəlikləri kimi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam, fərman və tapşırıqlarını rəhbər tutaraq, eyni zamanda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatlarına uyğun olaraq həyata keçirir.

Buna əsaslanaraq, Səfirliyin əsas fəaliyyət istiqamətləri İspaniya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, dövlət başçısı tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatı İspaniya ictimaiyyətinin diqqətinə çatdırmaqdan, eyni zamanda, bu ölkədə yaşayan həmvətənlərimizin hüquqlarının müdafiəsinin təmin olunmasından ibarətdir.

Bu baxımdan, ölkəmizin əldə etdiyi nailiyyətlərin, həmçinin respublikamızda istehsal olunan çox çeşidli məhsulların, o cümlədən “milli brend” adı altında Azərbaycan şərabları və şərabçılıq məhsullarının İspaniyada tanıdılması və təbliğ edilməsi məqsədilə Səfirlik tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər təşkil edilir. Belə ki, cari ilin 15 oktyabr tarixində Madrid şəhərində yerləşən “Madrid Rioxa Mərkəzi”ndə (Centro Riojano de Madrid) keçirilmiş sonuncu belə bir tədbirdə ölkəmizə məxsus şərab növlərinin təqdimat mərasimi baş tutub.

Eyni zamanda, keçirilmiş bu tədbir Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların yerinə yetirilməsinin təzahürüdür. İspaniyada böyük maraq və rəğbətlə qarşılanmış bu tədbir Azərbaycanın turizm potensialının təbliğ olunması, ölkəmizdə istehsal olunan şərabların və şərabçılıq məhsullarının tanıdılması və ixracının dəstəklənməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Təəssüflə qeyd edirik ki, bəzi mətbu orqanları tərəfindən sözügedən tədbirin mahiyyəti əsassız və qərəzli şəkildə təhrif olunub, ümumiyyətlə Səfirliyin bu və digər istiqamətdə apardığı fəaliyyətə kölgə salmaq məqsədilə bəzi internet portalları vasitəsilə digər əsassız, həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.

Səfirlik bildirir ki, bu cür yalan dolu, böhtan xarakterli və qərəzli məlumatların heç bir əsası yoxdur və bu qəbildən olan yazılar qarayaxma kampaniyası xarakteri daşıyır.

Qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs əsas götürülərək, dövlətimizin milli maraqlarının, suverenliyinin, ərazi bütövlüyünün təmini və müdafiəsi, habelə İspaniyada yaşayan soydaşlarımızın hüquqlarının qorunması Səfirliyin əsas hədəfidir”.
İşdən çıxarılan nazir müavini danışdı: “Mən küsüb gedənlərdən, qovulanlardan deyiləm”Keçmiş nazir müavini vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib.

Prezident İlham Əliyevin noyabrın 20-də vəzifəsindən azad etdiyi energetika nazirinin müavini Natiq Abbasov açıqlama verib.

Keçmiş nazir müavini dövlət başçısının onunla bağlı sərəncamına münasibət bildirib və vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib: "Əsəblərimlə bağlı bir qədər narahatlığım var idi. Ona görə də işdən çıxmaq istədim. Müraciətimə müsbət yanaşdığına görə, Prezidentə təşəkkür edirəm. Hər zaman bu dövlətlə, bu siyasətlə həmrəyəm. Bundan sonra harada və necə çalışacağımı zaman göstərər. Bu dövlət məni yetişdirib, hara istəsə, ora da gedəcəyik”.

N.Abbasov nazir Pərviz Şahbazovla münasibətlərinin yaxşı olmaması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: "Baxmayaraq ki, sərəncam bir neçə gündür verilib, amma indi işdəyəm, sənədlərimi yığıram. Yəni mən küsüb gedənlərdən, qovulanlardan deyiləm. Nazir çox gözəl insandır və onunla heç bir problemim olmayıb”.(report.az)
Qadın və kişi arasında bilmədiyiniz ENERJİ QANUNU: cinsi münasibətdən xeyli əvvəl...Tantrik təliminə inansaq, qadın və kişi arasında energetik əlaqə cinsi münasibətlər baş verməzdən xeyli əvvəl başlayır. İki insan qarşılıqlı olaraq bir-birini bəyəndiyi zaman onların arasında çoxkanallı enerji mübadiləsi aktivləşir. Bu enerji yaradıcılıq potensialını göstərməyə, psixo-emosional balansı normallaşdırmağa və həyatın bütün aspektlərini yaxşılaşdırmağa imkan verir.

Publika.az bu yazıda oxucuları partnyorlar arasında enerji əlaqəsinin xüsusiyyətləri ilə tanış edib.

Bütün həyati proseslər enerji mübadiləsi ilə bağlıdır. Aldığımız müsbət və ya mənfi emosiyalar təbii enerji sahəsinə və aura vəziyyətinə təsir göstərir. Buddistlər əmindir ki, kişilər təbiətən enerjisini göydən alır, qadınlar isə əksinə yer enerjisi ilə qidalanır. Güclü cinsin nümayəndəsi öz ideya və fikirlərini həyata keçirə bilmək, eləcə də qüvvə toplamaq üçün qadın enerjisinə ehtiyac duyur. Qızlar isə əksinə energetika ötürülməsi yolu ilə emosional baxımdan təmin olunur və gəncliyin ömrünü uzadırlar. Bu prosesdə özünəməxsus tarazlıq qurulduqdan sonra hər iki tərəf həyatının bütün aspektlərini yaxşılaşdırmağa doğru gedir, çünki enerji bütün kanallara düzgün istiqamətdə ötürülür, o cümlədən qəlbə kainatın "bankı" ilə birbaşa əlaqə yaratmağa imkan verir.

Qadın kişi arasında enerji mübadiləsi qanunu

Gender bərabərliyi qanunu nə qədər geniş yayılmasına baxmayaraq, ezoterik aksiomalar dəyişə bilməz. Qədim zamanlardan etibarən insanlar hesab edirdilər ki, qadın ötürən, kişi isə xanımının xoşbəxtliyi üçün enerjini qəbul edən tərəfdir. İki insan arasında romantik münasibətlər başlayanda, qadın kişiyə enerjinin aşağıdakı formalarını ötürür:

Fiziki: intim yaxınlıq və məişət qayğıları;

Əqli: müdrik məsləhətlər vermək, istənilən yüksəkliklərə çatmaq üçün qərarların qəbul edilməsinə yardım etmək və dəstək vermək.

Bu proses aktivləşən kimi kişi sakit və təmkinli olur. Qadın enerjisi ilə lazimi gücü toplayan və öz potensialını realizə edən kişi partnyorunu ruhlandırmaq üçün ondan aldığı enerjini geri qaytarmalıdır. Bu, hər hansı hədiyyə, fiziki yardım və ya xoş sözlər ola bilər. İzdivacın möhkəm olması və tərəflərin heç birinin özünü əzilmiş hiss etməməsi üçün belə enerji mübadiləsi daimi olmalıdır.

Enerji həmişə dövr edir, odur ki, o "heç bir yerə getmir və ya heç vaxt yox olmur”. İnsanlar bir-birinə simpatiya duyduqları zaman enerjiləri aktiv şəkildə mübadilə edir və bu proses onları qarşılıqlı şəkildə sevindirir. İki şəxsin təbii enerji mübadiləsi kanallarının yaranmasına və enerjinin birindən digərinə ötürülməsinə yol açır. Bu enerji axını özünəməxsus rəngləri və forması (bunu ekstrasens qabiliyyətlərə malik olan kəslər görə bilər) ilə seçilir.

Tərəflər ünsiyyət növündən asılı olaraq bu enerji kanalları və ya digər çakralar vasitəsilə bir-birinə bağlıdır.

Muladxare (baza çakrası) - qohumluq münasibətləri;

Svadxistane (seksual çakra) – sevgili münasibətləri və ya ailəli cütlüklərin, yaxud dostların "yüngül"şəkildə vaxt keçirməsi;

Manipure (göbək çakrası) - qohumluq əlaqələri, işdə həmkarları arasında və ya rəhbərliklə münasibətlər, dostluq əlaqələri, rəqabət aparmaq məcburiyyətində qaldığımız insanlar;

Anaxate (ürək çakrası) - belə tip münasibət tərəflərin bir-biri ilə qarşılıqlı həssas əlaqəsindən xəbər verir. Onlar sevgi və sayğıyla yanaşdığımız insanlardır.

Vişudxe (Boğaz çakrası) - işdə həmkarlar və məsləkdaşlar arasında münasibətlər;

Ance (Alın çakrası) – bu kanal ilə əlaqə adətən öz kumirlərinin, müxtəlif təşkilatların və cərəyanların liderlərinin yamsılamasından danışır. Təlqinedici kanal yaxşı inkişaf edib, başqalarının fikir və ideyalarından ilham alır. İnsanlar bir-birinə telepatik əlaqə ilə bağlıdır;

Saxasra (tac çakrası) – ünsiyyət sadəcə eqroqor (Eqreqor - yunancadan tərcümədə insanların fikir və təxəyyülləri sayəsində yaradılan müstəqil bir xəyali (dini) varlıq, mələk və s. deməkdir) səviyyəsində baş verir.

Cütlüklər bir-birinə qarşı olan marağı nə qədər çox göstərsələr, onlar arasında daha geniş enerji kanalı formalaşır. Güclü əlaqələrin qurulması ilə bütün enerji mərkəzləri arasında sıx əlaqələr mövcud olur. Üzərində nə vaxtın, nə də məsafələrin heç bir gücə malik olmadığı sevgi münasibətləri məhz belə formalaşır. Məsələn, bir ana uşağı harada olmasından, hətta onların son görüşündən uzun vaxt keçməsinə baxmayaraq, onu hər yerdə hiss edir.

Qadın və kişi arasında sağlam münasibətlər zamanı təmiz, parlaq və döyünən kanalların formalaşması baş verir. O zaman tərəflər bir-birinə etibar edirlər, onlar səmimidir, lakin öz şəxsi azadlığı və özlərinə xas həyat sahəsini qoruyub saxlayırlar. Belə olan halda, heç bir pozuntu olmadan bərabər enerji mübadiləsi haqqında danışmaq olar.

Əgər münasibətlər sağlam deyilsə, tərəflərdən biri digərindən asılı hala gəlir, onda kanallar tutulur və ağırlaşır. Belə münasibətlərdə azadlıq yoxdur, sevgi hissləri zamanla cütlükləri qıcıqlandırır, bir-birinə qarşı qəzəb və hiddət baş qaldırır. Tərəflərdən biri bütün nəzarəti öz əlinə almaq istədiyi zaman auranın hər yöndən zəhərlənməsi müşahidə olunur.

Münasibətlər bitən zaman da eyni hal nəzərə çarpır, kanallar getdikcə daha da zəifləyir. Uzun müddət sonra kanallarda enerji axını dayanır və insanlar yadlaşır, sanki onlar arasında heç nə baş verməyib, onları bir-birinə bağlayan heç nə olmayıb.

Ayrılıqdan sonra energetik kanallar qorunub saxlanıbsa, enerji insanları bir-birinə cəzb etməyə davam edir. Keçmiş sevgililərdən biri bütün enerji mübadiləsini kəsə bilər. Lakin digər tərəf onun enerji müdafiə qatından keçərək münasibəti yenidən qurmağa davam edir.

Cinsi münasibət zamanı insanlar arasında yaranan enerji əlaqəsi

Əgər insanlar arasında yaxın münasibətlər baş veribsə, enerji kanalları ayrılıqdan sonra uzun müddət yox olmur. Xüsusilə intim yaxınlıq baş veribsə. Başqa bir insanla intim əlaqəyə daxil olarkən seksual çakrada yeni bir kanal meydana gəlir. Bu cür kanallar fəaliyyətlərini çox uzun müddət qoruyub saxlayırlar. Bu kanallar uzun illər, bəzən isə ömrümüzün sonuna qədər aktiv qala bilir.

Bu zaman cinsi münasibətdə olduğunuz insanı yetəri qədər tanıdığınız, onunla harada və ya necə tanış olduğunuzun heç bir əhəmiyyəti yoxdur, energetik kanal hər bir halda seksual çakrada formalaşır və öz fəallığını saxlayır. Əgər bir kanal varsa, enerji axını onun içində dolaşmağa davam edir. Bu enerjinin pozitiv və ya neqativ olduğunu hər iki tərəfi yaxşı tanımaqla müəyyən etmək olar.

Qadın və kişi arasında enerji kanalı barədə ən maraqlı faktlardan biri də odur ki, birlikdə yaşayan insanlar xarakterik olaraq enerji kanallarını bir-birinə görə nizamlayır. Harmonik intim əlaqələr üçün təbii enerji sahəsinin sinxroniziyası lazımdır. Məhz bu səbəbdən də cütlüklər uzun müddət birlikdə yaşadıqları zaman bir-birinə oxşamağa (hətta fiziki cəhətdən) başlayırlar.

Bir insan hər hansı şəxslə təmasa girmək istəmədikdə, bədəninin enerji konturunu bağlayır, nəticədə bütün ətrafımızdakılardan gələn enerji seli üzərimizdə əks olunur. Bu zaman başqa insanlara elə gəlir ki, onları heç kim eşitmir.

Yuxarıda qeyd edildiyi kimi, sevgililər arasında qarşılıqlı duyğuların olması nəticəsində tək bir energetik kanal yaranır. Əgər tərəfdaşlığın şərtləri yerinə yetirilsə, enerji mübadiləsi gələcəkdə də davam edir. Ər-arvad bir-birini dəstəkləməklə izdivacı enerji ilə doldurarsa, onların münasibətləri daha da möhkəm olacaq.

Mühüm bir qeyd: tərəflərin hər biri öz təbiətinə əsasən hərəkət etməlidirlər: kişi kişi kimi, qadın isə qadın kimi. Məsələn, qadın özündə kişi enerjisini inkişaf etdirsə, getdikcə “kişiyə” çevrilir. Təkbaşına yaşasa belə bu, onun rifahına təsir göstərməyəcək.

Ümumiyyətlə, kişi maddi rifahdan məsuldur, qadın isə münasibətlərin ümumi vəziyyətinə görə məsuliyyət daşıyır. Odur ki, kişi maddi çakra vasitəsilə enerji verir, qadınsa bunu qəbul edir və o, öz növbəsində qarşı tərəfə ürək çakra vasitəsilə enerji ötürür.

Yekun olaraq qeyd edək ki, qadın və kişi münasibətləri arasında enerji kanalları təbiətən belə yaradılıb və ona qarşı çıxmaq bütövlükdə cütlüklərin münasibətlərinə mənfi istiqamətdə təsir edəcək.
Mir Şahindən şok: O təyyarədə idim, içki oldu - VideoBDU-nun keçmiş rektoru Abel Məhərrəmovun vəzifədən alınmasına səbəb olan məlum hadisə ilə bağlı tanınmış telejurnalist Mir Şahin olduqca maraqlı məqamları açıqlayıb.

Mir Şahin həmin təyyarədə olduğunu, akademik Abel Məhərrəmovun “bir millət vəkili ilə birgə” içki içdiyini təsdiqləyib və olaya münasibətini ortaya qoyub.

Medianın diqqətindən yayınan sözügedən süjeti təqdim edirik.
Bakıda qadın itkin düşən 40 yaşlı ərini axtarırBakıda daha bir nəfər itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi ev 1, mənzil 16 D ünvanında yaşayan 1981-ci il təvəllüdlü Osmanova Aygün Aydın qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan həyat yoldaşı, 1978-ci il təvəllüdlü Mahmudov İntiqam Faiq oğlu noyabrın 21-də axşam saatlarında evdən çıxaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.
Eldar Mahmudovun kompromatlarını Zamirə Hacıyeva Londonda gizlədə bilər –ŞOK İDDİALARBeynəlxalq Bankın həbsdəki sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva girov müqabilində azadlığa buraxıldıqdan sonra hazırda London polisinin nəzarəti altındadır. Z.Hacıyevanın gözlənilmədən dinc həyatının bu cür dəyişməsi bir çox iddialara səbəb olub. Həmin versiyalardan biri də Z.Hacıyevanın qudası Eldar Mahmudovla sıx əlaqələrinin olması ilə bağlıdır.

Belə iddialar var ki, Eldar Mahmudov vəzifədə olduğu illərdə ən müxtəlif üsullardan istifadə etməklə topladığı kompromatların – əsasən gizli videoları, qanunsuz dinləmə yolu ilə əldə edilən səs yazılarının böyük əksəriyyətini Londonda saxlayır. E.Mahmudov vəzifəsindən çıxarılandan sonra onun rəhbərlik etdiyi bandanın təkcə sahibkarları soyub-talamadığı, hələ də tam çevrəsi bilinməyən şəxslər barədə şantaj xarakterli videomateriallar topladığı üzə çıxmışdı. MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi ki, MTN qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var. Keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını da açıqlamışdı – 2 min 800 şantaj videosu. Ərəstun Oruclu 2800 rəqəminin ona mötəbər mənbələrdən verildiyini diqqətə çatdırmış, lakin başqa detallar haqda danışa bilmədiyini söyləmişdi.

Hələ o dövrdə “Eldar Mahmudov həmin kompromatları harada saxlaya bilər” sualına cavab axtararkən ən çox diqqətçəkən persona sabiq nazirin qudası, hazırda axtarışda olan Z.Hacıyeva oldu. Bu da səbəbsiz deyildi. Britaniyada “İzahedilməz Sərvət Sərəncamı” (UWO) tətbiq olunmadığı dövrlərdə Zamirə Hacıyeva faktiki olaraq Azərbaycan hakimiyyəti üçün əlçatmaz idi.

Yada salaq ki, E.Mahmudovun həbs edilməməsi ilə bağlı ən ağlabatan iddialardan biri əlindəki kompromatlar göstərilirdi. Aydındır ki, sabiq nazir əlindəki materialları, onu həbsdən qurtaran videoları ölkə daxilində deyil, xaricdə və ən etibar etdiyi şəxsdə saxlayır. Belə şəxs kimi Z.Hacıyeva ən ideal personadır.

Eldar Mahmudovla Z.Hacıyevanı şəxsi tanışlıqları hələ quda olmazdan əvvələ söykənir. E.Mahmudov 2004-cü ildə nazir təyin olunandan 8 ay sonra – 2005-ci ilin martında “Qara kəmər” əməliyyatı baş tutdu. MTN-in gerçəkləşdirdiyi əməliyyat zamanı Hacı Məmmədovun bandası ifşa edildi. Sağ-salamat azad ediləndən sonra Z. Hacıyevanın onun azad edilməsinə rəhbərlik etmiş bir şəxsə dərin minnətdarlıq hissinin olması da təbiidir. Sonradan Mahmudovlarla Hacıyevlərin qohum olmasında bu olayın yer alması ehtimalı da böyükdür. Z.Hacıyeva ilə Eldar Mahmudovu yaxınlaşdıran bir qadının girovluqdan azad edilməsi və üzərindən yaranan qohumluq bağlarıdır. Tərəflər bir-birinin inamını, etibarını, etimadını illər əvvəl qazanıb və ötən zaman ərzində qohumluq bağları bu güvəni bir qədər dərinləşdirib. Bu səbəbdən də kompromatları ən etibarlı şəxslərindən bir olan Z.Hacıyevaya verməsi, ehtiyac yarandığı təqdirdə ictimailəşdirilməsi haqda qərar qəbul etmə səlahiyyəti verməsi də mümkündür.

Digər diqqətçəkən məqam da var – Z.Hacıyeva saxlanılandan az əvvəl E.Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyada MEA Capital Limited adlı maliyyə şirkəti açıb. Məgər Z.Hacıyevanın kürəkəni, Eldar Mahmudovun oğlu həmin şirkəti daha əvvəl aça bilməzdi? A.Mahmudovun şirkəti Londonda bu ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvolik məna daşıyır: Mahmudov Eldar və Anar. Yayılan məlumatlarda deyilirdi ki, pul vəsaitləri- hansı ki, E.Mahmudovun əlinin altında olan poqonlu quldurlar tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılıb- əsasən bu şirkətdə cəmləşib.

Mümkündür ki, təkcə pul vəsaitləri deyil, kompromat materiallar da Z.Hacıyevadan alınaraq həmin şirkətin seyflərinə doldurulub.

Britaniya mənbələrinin xəbərinə görə, “MEA Capital Limited” şirkətinin yaradılması üçün C.Hacıyevin rəhbəri olduğu və soyub-taladığı Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub. Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb.

Bir məqama da diqqət edək – Z.Hacıyevanın adı son olaylardan xeyli əvvəl, məhz Eldar Mahmudovun əlində 2800 seks videosunun olması xəbəri ictimailəşəndən sonra gəlmişdi. Buna qədər Z.Hacıyevanın həyat yoldaşı, hazırda həbsdə olan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin adı aylarla mətbuatın gündəmində olsa da, Z.Hacıyevanın barəsində məlumatlara rast gəlinmirdi.

Üstəlik, 2800 video haqda məlumatlar ictimailəşəndən sonra Z.Hacıyevanın Beynəlxalq Bankın xəzinəsindən həyat yoldaşının pul qabı kimi istifadə etməsi yada düşmüşdü. Elə həmin günlərdə də Z.Hacıyevanın barəsində cinayət işi başladı, onu axtarışa verdilər. Həmin günlərdə Z.Hacıyevanın vəkili açıqlama verib demişdi ki, müvəkkili xarici ölkə vətəndaşıdır və onun ekstradisiyası da mümkün deyil. Bu məqam Z.Hacıyevanın E.Mahmudovun kompromatlarını ən etibarlı şəkildə qoruyub saxlamaq üçün imkanlara malik olduğu qənaətini möhkəmlətmişdi. Artıq Z.Hacıyevanın xarici ölkə vətəndaşı olması onun Azərbaycana ekstradisiyasının qarşısını alan amil deyil. Bu da onun E.Mahmudovun həbsindən illər öncə əlindəki materialları Hacıyevlərin xaricdəki mülklərindən birinin zirzəmisində, mansardında gizlədilmiş seyfin içində, ya da hansısa gözəllik ilahəsi şəklində imarətin bir küncünə qoyulmuş heykəlin içindəki gizli dolabda saxlamasını təhlükəli edir. Bunu Eldar Mahmudov da dərk edir. Onun kompromat arxivi sahibinin qudasından oğluna dəyişdirməsi də təəccüblü olmamalıdır. Bu halda isə Z.Hacıyevanın Azərbaycan hakimiyyəti üçün əhəmiyyəti azalır, Anar Mahmudov əsas hədəfə çevrilir. Sabiq nazirin oğluna qarşı ittihamları artacağı halda bu ehtimalların reallıqla əlaqələri də dəqiqləşəcək.

Qeyd edək ki, Z.Hacıyeva Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə suçlu bilinir. 2017-ci ilin iyununda Nərimanov Rayon Məhkəməsi barəsində 4 ay müddətə həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verib. Cahangir Hacıyevə gəldikdə isə 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. C.Hacıyev özünü təqsirli bilmir. Cahangir Hacıyevə 3 ay əvvəl yeni ittihamlar da irəli sürülüb və o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Noyabrın 10-da Qaradağ Rayon Məhkəməsi “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin yeni istintaq üzrə həbs müddətinin daha 2 ay artırılması ilə bağlı qərar verib. Məlumata görə, məhkəmə ibtidai istintaqın təqdimatı əsasında qərar çıxardıb. C.Hacıyev hazırda mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, kommersiya, qeyri-kommersiya təşkilatlarinda qulluq mənafeyi ilə bağlı cinayətlərdə ittiham olunur. Onun Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 193 (cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə istintaq edildiyi bildirilir.

“Yeni Müsavat”
DTX terrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkənin üzvlərini İFŞA ETDİTerrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkənin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ifşa edilib.

Publika.az-a DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.

Qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam edir.