Azərbaycanda cəmi 1 həkim olan xəstəxana - VİDEOİsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa edilərək müasir avadanlıqlarla təchiz olunan xəstəxana olsa da, burada həkim yoxdur. Xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşındadır. Sakinlər həkim çatışmazlığından əziyyət çəkirlər.

Avrasiya.net “Xəzər xəbər”ə istinadən xəbər verir ki, 1968-ci ildən bəri Lahıc qəsəbəsi ilə yanaşı, 15-dən çox kəndin sakinləri bu xəstəxanaya müraciət edir. Xəstəxananın yeganə həkimi olan 81 yaşlı Sədrəddin İsgəndərov müraciət edən bütün xəstələri özü qəbul edir. Həkim hətta hamilə qadınların müraciətlərini də geri çevirmir.

Təcrübəli həkim deyir ki, bu xəstəxananın baş həkimi də, travmatoloqu da, tibb işçisi də, mama-ginekoloqu da özüdür.

Xəstəxananın həkim sarıdan korluq çəkməsi isə ən çox kənd sakinlərini narahat edir. Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib.

İndi kənd sakinləri belə müasir xəstəxanaya gəlib işləyəcək fədakar həkimlərin yolunu gözləyir.
Bu il 11 mindən çox ailə dağılıbBu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 45 977 nikah qeydə alınıb.

Trend-in məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 11 102 olub.

Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar veriblər.

Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

2017-ci ildə boşanan 5 398 cütlüyün nikahı 5 ilədək, 3 948-nin nikahı 9 ilədək, 5 168-nin nikahı 10 il və daha çox davam edib.
“Bu addımı mütləq atmalıyıq” - Əflatun AmaşovMətbuat Şurası 2013-cü ildən mediada monitorinq aparır.

Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən Tədbirlər Planını hazırlamaq üçün yaradılan İşçi qrupu "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təqdim edib. Tədbirlər Planında "Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” barədə bənd də yer alıb.

Layihədə əksini tapan təkliflə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, Dövlət Dil Komissiyasının üzvü Əflatun Amaşov deyib ki, Mətbuat Şurası 2013-cü ildən mediada monitorinq aparır.

Ə. Amaşovun sözlərinə görə, monitorinqdə əsas məqsəd Azərbaycan ədəbi dil normalarının nə dərəcədə qorunmasını müəyyənləşdirmək və bu sahədə hansı meyllərin yarandığını üzə çıxarmaqdır. Qarışaya çıxan problemlər də qruplaşdırılır: "Bu sahədəki problemlərlə bağlı ayrı-ayrı tədbirlərdə jurnalistləri, ictimaiyyəti məlumatlandırırıq. Pozuntular sırasında ilk növbədə leksik pozuntuları qeyd etmək lazımdır. Söhbət dilimizə gələn alınma sözlərin nə dərəcədə yerində işlənməsi, dialekt və şivə sözlərin ədəbi dilə gətirilməsi, yeni terminlərin, yeni sözlərin yaranmasının uğurlu, yaxud uğursuz olmasından gedir.

Qrammatik pozuntulara gəlincə, bu pozuntular daha geniş və daha əhatəlidir. Morfoloji qaydalara əməl olunmaması ilə bağlı pozuntular qrammatik pozuntular arasında kifayət qədər böyük yer tutur. Məsələn, felin nəqli keçmiş zamanı ilə bağlı "mış” şəkilçisi bəzi hallarda öz mahiyyətini dəyişir, "dı” şəkilçisi ilə əvəz olunur. Feli sifətlərdə zaman anlayışı ciddi məsələdir, bu prinsiplərə əməl olunmur. Feli bağlamalarda da bu sayaq səhvlər olur. Sintaksis qaydalara əməl olunması ilə bağlı pozuntular da diqqəti cəlb edir, cümlələrdə söz sırasının pozulması müşahidə olunur. Azərbaycan dilində cümlənin əvvəlində mübtəda gəlməli, cümlə xəbərlə bitməlidir. Amma bəzi məqamlarda bu prinsip pozulur. Bəzi hallarda cümlə və söz birləşmələri arasında sintaksis əlaqələrə əməl edilmir, durğu işarələri düzgün işlədilmir. Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələr arasında tələb olunan əlaqələr yaranmır. Bunlar kifayət qədər ciddi məsələlərdir və dilin quruluşu ilə bağlıdır. Biz sonuncu pozuntuları üslubi pozuntular adlandırırıq”.

Mətbuat Şurasının sədri orfoqrafiya lüğətinin tələblərinə əməl edilməyərək, sözlərin müxtəlif cür yazılmasına da diqqət çəkib: "Bu həm də orfoqrafiya lüğətlərinin az olması ilə bağıldır. Məsələn, danışıq dilinin xüsusiyyətləri və normaları bəzi məqamlarda yersiz olaraq yazılı nitqə gətirilir. Bu da özünü doğrultmur. Bəzən jurnalistin Azərbaycan dilini bilmədiyini də görürük. Azərbaycanlı olsa da, Azərbaycan dilinin xüsusiyyətlərini bilmir. Hiss olunur ki, yazını Azərbaycan dilinin qrammatik qaydalarını bilmədən yazıb. Biz bu sayaq məsələləri ümumiləşdirir, diqqətə çatdırırıq”.

Ə. Amaşov Azərbaycan Milli Elmlər Akademiyası və Mətbuat Şurasının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” çərçivəsində birgə layihə hazırladığını nəzərə çatdırıb: "Layihə qəbul ediləndən sonra bu sahədə nəzarət funksiyası AMEA və Mətbuat Şurasının üzərinə düşəcək. Layihədə bu sahədə səlahiyyətlərin məhz bu iki quruma həvalə olunması nəzərdə tutulur. Redaksiyalarda, informasiya portallarında redaktə və korrektə işinin təkmilləşdirilməsi, bu sahədə problemlərin aradan qaldırılması üçün vaxtaşırı attestasiyaların keçirilməsi təklif olunur. Yəni redaktə və korrektə ilə məşğul olan insanların üslubi səhvlər buraxmamasına nail olmaq istəyirik. Layihə qəbul ediləndən sonra AMEA və Mətbuat Şurasının birgə hansı işləri görəcəyi ilə bağlı addımlar atılacaq. Yəqin ki, yenə də müəyyən problemlər qalacaq. Layihədə qəzetlərdə və ayrı-ayrı informasiya portollarında korrektor ştatının yaradılması təklifi də əksini tapıb. Media orqanlarımızın durumu fonunda qəzetlərdə və ayrı-ayrı informasiya portollarında korrektor ştatının yaradılmasına, redaktənin keyfiyyətinin artırılmasına nail ola biləcəyikmi? Bunu zaman göstərəcək. Doğurdan da Azərbaycan mediasının dilinin kifayət qədər keyfiyyətli olmasını, ədəbi dilin qaydalarının gözlənilməsini istəyiriksə, bu addımı mütləq atmalıyıq”.
İcra nümayəndəsi Zabratda zəbt olunan zeytun bağı haqda sualı eşidib gizləndiBakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsindəki zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktı ilə bağlı məmurların üç gündür apardığı araşdırma hələ də bitmək bilmir. Araşdırma bu suala cavab verməlidir: prezident İlham Əliyevin Bakıda yaşıllıqların məhv edilməsinə son qoyulması barədə növbəti sərt xəbərdarlığından, belə əməllərə yol verənlərin cəzalandırılacağını bəyan etməsindən cəmi bir ay sonra həmin ictimai ərazini-35-40 sotluq zeytun bağını kim və hansı əsasla zəbt edib və orada kafe tikməyə hazırlaşır?

Virtualaz.org xatırladır ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu faktı nəzarətə götürüb. Şəhər İcra Hakimiyyətindən bildirildiyinə görə Əzizovun tapşırığı ilə bu gün əraziyə “məsələni araşdırmaq üçün” nümayəndə göndərilib. Və araşdırmanın nəticəsi günün sonuna qədər məlum olacaq.

Belə olanda Zabrat qəsəbə icra nümayəndəliyinin rəhbəri İlqar Süleymanova zəng vurub zəbt olunmuş zeytunluqla bağlı araşdırmanın nə yerdə olduğunu soruşduq. O bildirdi ki, ərazi hasarlananda məzuniyyətdə idi və baş verənlərdən “xəbərsiz olub”: “Mən elə bu gün, bax elə düz bir saat əvvəl işə çıxmışam. Araşdırıb sizə məlumat verəcəyəm”.

Lakin iş günün sonuna doğru İ.Süleymanova təkrar zəng vuranda bu dəfə onun işdə olmadığını deyiblər: “İlqar müəllim yoxdur, işə çıxmır. Məzuniyyətdədir, kabineti də bağlıdır”.


* * *11:44

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonunda, 1-ci Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağaclarının olduğu 35-40 sotluq zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktını nəzarətə götürüb. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu barədə yazılanlardan sonra Eldar Əzizov faktın araşdırılmasını müvafiq şöbəyə tapşırıb.

“Tapşırq verilib, müvafiq şöbədən ora gediblər, araşdırırlar. Nəticəsi barədə məlumat verəcəyik”-şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov belə deyib.

Xatırladaq ki, 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində “Neftmaştəmir” ASC ilə üzbəüz yerləşən zeytun bağı təxminən 10-12 gün əvvəl zəbt olunub və hündür hasara alınıb. İçəridə kafe tikintisinə hazırlıq aparılır.

Prezident İlham Əliyevin Bakıda yaşıllıqların qanunsuz zəbt edənlərə və belə hallara imkan yaradan məmurlara qarşı növbəti sərt xəbərdarlığından cəmi bir ay keçmiş törədilmiş bu özbaşınalıqla bağlı virtualaz.org daha əvvəl Sabunçu rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də rəylərini dərc etmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin ərazidə araşdırma aparıb, zeytun bağının qanunsuz hasarlandığı təsbit olunub və nazirlik tərəfindən hasarın təcili sökülməsi barədə həm rayon İcra Hakimiyyətinə, həm Bakı şəhər İcra Hakimiyyətinə təcili telefonoqram göndərilib. Sabunçu rayon İcra Hakimiyyətindən isə ərazini hasarlayanların gah “sovet dövründə alınmış qanuni sənədlərinin” olduğunu, gah da 2000-ci ildə yerli bələdiyyədən bu ərazini uzunmüddətli icarəyə götürdüklərini deyiblər. Hansı ki, zeytunluq sahəsi bələdiyyə mülkiyyəti deyil.

Sakinlər deyirlər ki, həmin zeytunluğun bir hissəsini bir neçə il əvvəl zəbt edib orada kafe açıblar. İndi hasarı çəkənlər də həmin kafenin sahibləridir, hansı ki, bu adamlar hansısa nüfuzlu adamların adlarını çəkir.
Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı alimlərlə müəllimlərin birgə konfransı keçirildiAMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutunun nümayəndələri, AMEA-nın alimləri, paytaxtda və bölgələrdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu açılış nitqində Bilik Fondunun təşəbbüsü ilə dilçilik üzrə tədqiqatçı alimlərlə dili tədris edən müəllimlərin görüşünü mühüm hadisə kimi dəyərləndirərək, hər bir xalqın mənəviyyatı və milli dəyərlərinin onun ana dilində yaşadığını deyib. Ulu öndər Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamını xatırladan akademik Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı, tarixiliyi, cazibədarlığı, işlənmə xüsusiyyətləri ilə başqa dillərdən seçildiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubiley mərasimindəki çıxışında “Dilimiz o qədər zəngindir ki, əcnəbi sözlərə ehtiyac yoxdur” fkrini səsləndirməklə dil adlı dəyəri qorumağın vacibliyini bir daha diqqətə çatdırıb, “İşığına toplaşdığımız Fərmandan irəli gələn vəzifələr bunun bariz nümunəsidir” – deyə qeyd edib.
Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı alimlərlə müəllimlərin birgə konfransı keçirildi
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov alimlərlə müəllimlərin qatıldıqları konfransda səmərəli müzakirələr aparılacağına əminliyini ifadə edərək, rəhbərlik etdiyi qurumun dilimizin qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açıb. “Azərbaycan dilini öyrənirik”, “Yazmağı bacaracaqsan”, “Gənclikdən soraq”, “Ekran və efirdə ədəbi dil normaları”, “Dilimiz sərvətimizdir” layihələrini xatırladan O.Səmədov qeyd edib ki, onların icrası çərçivəsində paytaxtın rus pravoslav kilsələrində, etnik qrupların yaşadıqları bölgələrdə rusdilli vətəndaşlar üçün ödənişsiz “Azərbaycan dili” kursları açılıb, məktəblilərə yazı vərdişləri aşılanıb, gənclərin mütaliəyə münasibəti öyrənilib, telelviziya və radio əməkdaşlarına ədəbi dil normalarına dair təlimlər keçirilib, alimlər respublika ərazisində mühazirələrə cəlb olunublar, müxtəlif formatlı tədbirlər baş tutub.

Fondun dilin inkişafı ilə bağlı yaxın gələcəkdə planlaşdırdığı layihələr barədə ümumi məlumat verən O.Səmədov müəllimləri doğma ana dilimizi qorumağa, yad təsirlərə məruz qalmasının qarşısını almağa çağırıb, Bilik Fondunun dəstəyi ilə Azərbaycan dili müəllimləri arasında “Ən yaxşı metodik yazı” müsabiqəsinin keçiriləcəyini bildirib.
Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı alimlərlə müəllimlərin birgə konfransı keçirildi
Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyev xalqın dilin yaradıcısı, daşıyıcısı və qoruyucusu olduğunu diqqətə çatdıraraq, dövlətin dəstəyi ilə prosesin bu məntiqlə uğurla davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, öncə valideynlər, sonra müəllimlər doğma dili şagirdlərə sevə-sevə öyrətməli, gələcək nəslin nümayəndələrinin səlis nitq qabiliyyətinə malik olmalarına dəstək verməlidirlər. A.Hacıyev Azərbaycan dilinin saflaşması, tədrisinin müasir tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Konfransda Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımovun “Müasir dövrdə Azərbaycan dilinin tədrisində mətn üzərində işin təşkili məsələləri”, Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədlinin “Orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin dili”, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Azərbaycan dili terminologiyasının inkişafı” mövzularında məruzələri dinlənilib.

Alimlər biliriblər ki, dərsliklərə salınan mətnlərin düzgün seçilməsində, təklif olunan çalışmalarda əksini tapan çatışmazlıqlar mütəxəssislərin müdaxiləsi nəticəsində hər ötən il aradan qaldırılır, müxtəlif sahalər üzrə terminologiya lüğətlərinin hazırlanması istiqamətində ciddi addımlar atılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası 100-dən çox lüğət nəşr etdirib.

Məruzələr dinlənildikdən sonra orta məktəb müəllimləri mövzu ətrafında fikirlər səsləndiriblər. Abşeron rayonu Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin direktor müavini Hüseyn Şahbəndiyev, Qobustan rayonu Pirallahı qəsəbəsi 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, Sabunçu rayonu Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin müəllimi Zamin Təhməzov, Ağsu rayon 3 nömrəli tam orta məktəbin müəllimi Rəhilə Musayeva, Bakı şəhəri 6 nömrəli məktəb-liseyin müəllimi Mənsurə Ağakişiyeva çıxışlarında Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fikirlərini səsləndirib, tədris prosesində qarşıya çıxan çətinliklərdən danışıblar.

Konfransda bu cür görüşlərin bölgələrdə silsilə şəklində keçirilməsi qərara alınıb, alimlərlə müəllimlərin Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı müzakirələrinin davamlı olacağı bildirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Azyaşlı oğlana təcavüz edən şəxsə 14 il iş kəsildi - BakıdaBakıda 12 yaşlı uşağa təcavüz edən şəxsə hökm oxunub

AzNews.az xəbər verir ki, 12 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan Həsənxan Məmmədov məhkəmənin qərarı ilə 14 il azadlıqdan məhrum edilib.

Proses Ağır Cinayətlər Məhkəməsinində hakim Azər Paşayevin sədrliyi ilə keçirilib.

Qeyd edək ki, Həsənxan Məmmədov 12 yaşlı Rəşad Hümbətovu (ad-soyad şərtidir) aldadıb apararaq, yaşadığı evə yaxın ərazidə ona seksual xarakterli hərəkətlər etdiyi deyilir.
Azərbaycanlı prokuror dünyasını dəyişdiAzərbaycanda vəzifəli şəxs vəfat edib.

Respublika Hərbi Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı, 59 yaşlı Şünasi İsmayıl oğlu Qasımov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Ş.Qasımov doğulduğu Ağdam rayonunda torpağa tapşırılıb.(report.az)
Polis seksual manyakın axtarışına başladı - DİN göstəriş verdi - VİDEOPolis Bakıda avtobusda peyda olan seksual manyakın axtarışlarına başlayıb.

Xəbər yayımlandıqdan sonra Daxili İşlər Nazirliyindən ərazi üzrə Nizami RPİ-nə müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilib.

Bundan sonra xoşagəlməz hadisə ilə qarşılaşan xanım Nizami Rayon 24-cü polis bölməsinə dəvət olunub. Bölmədən bildirilib ki, xanımın izahatı alındıqdan sonra ictimai nəqliyyatda seksual xarakterli xoşagəlməz hərəkətlər edən şəxsin axtarışlarına başlanılacaq.

Qeyd edək ki, Unikal.org-a müraciət edən Xatirə xanım (adı şərtidir) 21 noyabrda Bakıda avtobusda başına gələnləri danışıb. O, iddia edib ki, paytaxtın Neftçilər metrosu stansiyası yaxınlığından Bakıxanov qəsəbəsinə getmək üçün 76 saylı marşurut xətti ilə hərəkət edən avtobusa minib. Bir qədər sonra 45-50 yaşlarına bir əks cinsin nümayəndəsi əyləşib. Hadisə isə bundan sonra baş verib. Belə ki, həmin şəxs qadının yanında şalvarının qabağını açaraq cinsi orqanını çıxarıb və nəlayiq hərəkətlər etməyə başlayıb. Bunu görən xanım hadisəni çəkdikdən sonra yerini dəyişib. Daha sonra isə həmin seksual manyak başqa iki qadının yanında da eyni murdar əməlini davam etdirib”.
Xalq artistinə görə işdən çıxarılan məmur vəfat etdiAzərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib.

Axar.az xəbər verir ki, gəmiçiliyin sabiq işçisi, uzaq səfərlər kapitanı, Azərbaycanın əməkdar mühəndisi Mübariz İsrafil oğlu Mədətov 2018-ci il noyabrın 23-də 66 yaşında vəfat edib.

Qeyd edək ki, Mübariz Mədətov 2014-cü ildə xalq artisti Ağasəlim Abdullayevin ailəsinin öldüyü qəzaya səbəb olan Xalid Mədətovun atasıdır. Bu qəzadan sonra M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini vəzifəsindən azad olunmuşdu.