"Bələdiyyələrə mailiyyə artırılmalıdır"“Ölkədə Prezident tərəfindən keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Fikrimcə, bu islahatlar bələdiyyələri də əhatə etməlidir. Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya, onların təzyiqi ilə bu islahatlar aparılır. Demokratik qüvvələr bundan pərişan olmamalıdır. Əslində onlar belə şantajla aparılan islahatların dayandırılmasını istəyirlər. Hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Xalq Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.

Modern.az-ın məlumatına görə, bunu parlamentin iclasında deputat Qüdrət Həsənquliyev deyib. Q. Həsənquliyevin daha sonra qeyd edib:

“Məsələn, bir foto veriblər. Prezident gedib açılış tədbirinə və orada 3-4 metr məsafədən insanların qarşısında çıxış edir. Başqa fotoda isə göstərirlər ki, Prezident ağbirçək nənənin əlindən öpmək istəyir. Əslində bu epizod əhalini xeyli duyğulandırdı. Çünki nənə Prezidentin əlindən öpmək istəyirdi, amma Prezident əks addım atdı. Bu hadisə insanları çox sevindirdi. Amma bu insanlar açılış mərasiminə getməklə, faciə baş verən yerə getməyin fərqini anlamırlarsa, deyiləcək söz yoxdur. Hesab edirəm ki, bunun fərqində olmayan insanlara baş qoşmağa dəyməz”.

O daha sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə də münasibət bildirib.

“Burada qeyd edilib ki, irəliləyişlərə rəğmən bələdiyyələrin fəaliyyətində qüsurlar da var. Qeyd olunur ki, böyük uğurlara, əhəmiyyətli irəliləyişlərə imza atılıb. Axı bələdiyyələrlə bağlı belə söz işlətmək doğru deyil. Bizə bələdiyyələrin nə qədər vergi topladığı, bu maliyyənin nə qədərini aparatı saxlamağa, nə qədərini sosial-iqtisadi problemlərin həllinə sərf etdiyi haqda məlumat verilsəydi çox müsbət hal olardı. Sənəddə qeyd edilir ki, bələdiyyələr tərəfindən 50 kommersiya qurumu yaradılıb və bunun 50 faizindən çoxu fəaliyyət göstərmir. Hesab edirəm ki, bələdiyyələrlə iş yenidən qurulmalı, yeni yanaşmalar ortaya qoyulmalıdır”.

Deputat bildirib ki, məruzəyə əsasən, Ədliyyə Nazirliyinin Akademiyasında 20 tədris kursu keçirilib, 200-dən çox təlim keçirilib, eləcə də regional treninqlər, xarici ölkələrdə təcrübə mübadiləsi ilə bağlı səfərlərin təşkil edildiyi qeyd edilib. Bunların hamısı isə pul, maliyyədir.

“Bu qədər vəsait xərclənib, təlimlərdə 8133 bələdiyyə üzvü iştirak edib. Əgər 50 kommersiya təşkilatı yaradılıbsa və bunun 50 faizi işlərmirsə, onda bu təlimlərin, xərclənən maliyyənin nəticəsi hardadır? Təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?”.

Q.Həsənquliyev əlavə edib ki, bələdiyyələrin maliyyəsi artırılmalıdır:

“Özü də bələdiyyələr iqtisadi məsələlər, yerli xarakterli problemlərin həlli ilə məşğul olmamalıdır. Biz bilirik ki, xaos müxalifəti ölkədə siyasi islamın stimullaşdırılması üçün ardıcıl və sistemli iş aparır. Bu şəbəkə daxilində pul uğrunda amansız mübarizə gedir. Bələdiyyə üzvləri isə xalqa, insanlara ən yaxın qurumlardır. Bələdiyyələrin bu istiqamətdə fəaliyyəti olmalıdır. Bələdiyyələr həm də sosial-iqtisadi layihələr həyata keçirilməlidir. Dövlətə ən böyük xəyanət islamın siyasiləşdirilməsinin legitimləşdirilməsidir ki, Azərbaycanda bu istiqamətdə iş aparılır”.

Afət daha dəhşətli sürpriz hazırlayırNəsiminin “Sığmazam” qəzəli onsuz da məşhur idi. Mənim ifamdan sonra daha da tanındı, insanlar əzbərləməyə başladı.

Bu sözləri Musavat.com-un canlı yayımında qonaq olan müğənni Afət Fərmanqızı məşhur hind mahnısına Nəsiminin “Sığmazam” qəzəlinin təhrif edərək oxuması barədə müzakirələr zamanı deyib. O, bu mahnını oxumaqda heç bir qəbahət görmədiyini söyləyib:

“Orta məktəbdə oxuyanda heç bu qəzəli əzbər bilmirdim. Mahnı üçün oxuyanda öyrəndim. Mən savadlı insanam. Ali təhsilli biologiya-kimya müəllimiyəm. Bu birdən-birə mənim yadıma düşmədi.

“Pəncu-şeş”i oxumamışdan əvvəl şəxsi vəkilimlə məsləhət elədim. Dedi ki, heç bir qanuna zidd deyil.

Toy bizim ən müqəddəs adət-ənənəmizdir. Bu qəzələ oynayanda nə olur ki? Mən bu mahnını oynamaq üçün oxumamışam. Musiqisində istifadə edilən hind mahnısı elə bir mahnıdır ki, Azərbaycanda hələ elə bir mükafat alan sənətkar yoxdur. Ala da bilməz. Necə olur ki, bu musiqi minlərlə insana yaradı, mənə yaramadı? Bu dünyada ermənidən başqa bütün xalqların musiqisi mənim üçün musiqidir.

İndi Corc Mayklın bir mahnısına gecə-gündüz qulaq asıram. Ola bilər ki, onun mahnısının musiqisi ilə bizim sözləri birləşdirib mahnı oxudum. Hələ sürprizdir”.

Müğənni oxuduğu mahnı vasitəsilə Nəsimini hindistanlılar arasında təbliğ etdiyini söyləyib:

“Bu dəqiqə bütün dünya internetdədir. O mahnıda açar sözlər elədir ki, həmin mahnının orijinal versiyasına qulaq asanların “Pəncu-şeş”i dinləməsi ehtimalı 90 faizdir. Mahnının sözlərini araşdırsalar, görəcəklər ki, Azərbaycanın belə bir dahi şairi olub. Dünyada yaşayan 10 hindistanlı Nəsimini tanısa, bunun nəyi pisdir ki? Filmlərdə çırtıq çalıb bu mahnını oxuyanda olur, Afət oxuyanda olmur?

Nəsiminin qəzəllərinə xalq artisti Zeynəb Xanlarova da müraciət edib. Bir şeyi də qeyd edim ki, mən hind mahnısını Azərbaycan ritminə salmışam. Həmin hind musiqisinə özüm söz yazmışdım. İstəmədim ki, belə bir dünyəvi mahnını məhv edim. Nəsiminin qəzəli ilə dünyəvi hind mahnısını daha da alovlandırmaq istədim. Qanunda bu barədə hər hansı qadağa olsaydı, oxumazdım. Bundan sonra Nəsiminin 20 qəzəlinə də mahnı oxuyacam.

Bəziləri sosial şəbəkələrdə şərh yazmaq xatirinə yazırlar. Kim tənqid edirsə, bu mahnıya oynamasın. Bu dəqiqə desəm ki, Nəsiminin qohumları gəlib, köməyə ehtiyac var, 3-5 manatdan yığıb yardıma gəlməzlər. Heç olmasa, mən yada saldım, Nəsiminin adı çəkildi. İnanın ki, bu ideya ağlıma gələndə 2019-cu ilin “Nəsimi ili” olduğunu bilmirdim”.

Qeyd edək ki, bundan əvvəl müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu məşhur “Pəncu-şeş” hind mahnısı müzakirələrə səbəb olmuşdu. Müğənni qəzəlin ilk beytini də təhrif etmişdi.
Kamal Abdulla dekanı vəzifədən qovdu Azərbaycan Dillər Universiteti (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin vəzifədən azad olunması ilə bağlı açıqlama yayıb.

Kult.az-a daxil olan açıqlamada bildirilib ki, Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar filologiya və jurnalistika fakültəsində tədris və təlim-tərbiyə işinin təşkilinin öyrənilməsi ilə bağlı dekabrın 18-də komissiya yaradılıb: "Komissiya tərəfindən aparılmış müvafiq araşdırma zamanı qeyd olunan fakültədə tədris fəaliyyətinin gedişinə, tədris prosesi iştirakçılarının fəaliyyətinə və tədris sənədlərinin tərtibatına nəzarətdə və onların uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu, akademik qrup jurnallarının yarıtmaz vəziyyətdə aparıldığı, həmçinin “Vətəndaşların müraciətləri haqqında” qanunun 7-ci maddəsinin tələblərinin fakültənin dekanı Vüsalə Ağabəyli tərəfindən kobud şəkildə pozularaq müraciətlərin cavablandırılmasının təmin edilmədiyi müəyyən olunub. Müraciətləri qanun çərçivəsində həllini tapmayan 31 tələbə universitetin rəhbərliyinə təkrar müraciət etmək məcburiyyətində qalıblar. Bundan əlavə V.Ağabəyli tutduğu dekan vəzifəsindən istifadə edərək onun səlahiyyətlərinə aid olmadığı halda 10 tələbəyə yazılmış qaiblərın nəzərə alınmasına dair qanuna zidd qərarlar qəbul etməklə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərini pozub. Bununla da filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyli əmək funksiyasının, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməsi zamanı səhlənkarlıq, etinasız və qanunazidd hərəkətləri nəticəsində əmək və icra intizamının normal ahəngini kobud şəkildə pozub, o cümlədən tədris fəaliyyətinin gedişinə və tədris prosesi iştirakçılarının fəaliyyətinə ciddi xələl gətirib".

Açıqlamada qeyd edilib ki, açıq dərslərin təşkili və obyektiv qiymətləndirilməsi zamanı yol verdiyi ciddi nöqsanlara, Rektoryanı Şurada etik davranış qaydalarını pozduğuna və universitetin əməkdaşlarına şər və böhtan atdığına görə V. Ağabəyliyə 17.12.2018-ci il tarixdə töhmət verilib: "Araşdırma zamanı komissiyanın tədris sənədləri ilə işin vəziyyəti haqqında yekun rəyinə əsasən fakültənin dekanı Vüsalə Ağabəyli vəzifəli şəxs kimi işinə səhlənkar münasibət bəsləyərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına, ona aid olmayan vəzifələrin həlli ilə əlaqədar qərarlar qəbul etdiyinə, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələblərini pozaraq tələbələrin ona ünvanladıqları ərizələrin mahiyyəti üzrə baxılmasını təmin etmədiyinə görə barəsində ciddi tədbirlər görülməsinin zəruriliyi bildirilmiş və qeyd olunan fakültədə vəziyyətin köklü şəkildə yaxşılaşdırılması istiqamətində təsirli addımların atılması və müvafiq kadr dəyişikliklərinin aparılması tövsiyə edilib.

Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndini rəhbər tutaraq və yuxarıda göstərilənlərə, həmçinin səlahiyyətli komissiyanın yekun rəyinə, professor-müəllim heyətinin müraciətinə, Elmi Şura üzvlərinin müraciətlərinə, Tədris işləri üzrə prorektor və Tədris şöbəsinin müdirinin təqdimatına, əmək müqaviləsinə xitam verilməsi barədə HİK-in razılığına, davamiyyət jurnallarından çıxarışlara, tələbələrin rektora təkrar müraciətlərinə əsaslanaraq universitetin rektoru akademik Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5 ştat üzrə baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb. V.Ağabəyli əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyib, həmçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində pedaqoji müəllim heyətinin və tələbə kollektivinin qanuni mənafeyinə ciddi xələl gətirib, eləcə də Azərbaycan Dillər Universitetininin nüfuzuna ziyan vurub.

Bütün bunları nəzərə alaraq bildirmək istəyirik ki, Vüsalə Ağabəylinin mətbuatda səsləndirdiyi ittihamları heç bir məntiqə söykənmir, şər və böhtandan başqa bir şey deyil.

Jurnalistləri bu cür məsələlərə həssas yanaşmağa, peşə kodeksinə hörmətlə yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çağırır, həqiqəti öyrənmək istəyində olan həmkarlarımızı universitetə dəvət edirik".
“Laçın” Ticarət Mərkəzinin sahibinin oğlu tutuldu – Adam öldürüb Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü barəsində yeni məlumatlar ortaya çıxıb.

Minval.info xəbər verir ki, qəzanı törədən S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb.

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb.

Bildirilir ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.
Anarın ölümündən əvvəl yazdığı məktub üzə çıxdı - VİDEOMərhum reper Anar Nağılbazın birinci həyat yoldaşı Anjelika Cəbiyeva heç kəsin görmədiyi və oxumadığı bir məktub tapıb. Orada yazılanlar isə görənləri heyrətləndirib.

ARB TV-də yayımlanan “Show News” verilişində həmin məktub açılaraq, tamaşaçılara təqdim edilib.

Anjelikanın sözlərinə görə, o günlərdir Anarı yuxusunda görür və çox narahatlıq keçirdiyindən onun əşyalarını məscidə vermək qərarına gəlib:

“Çox qarışıq yuxu idi. Dedi ki, tərpənə bilmirəm. Həm üzünü göstərirdi, həm də göstərmirdi. Fikirləşdim ki, bəlkə, paltarları qalıb evdə, ruhu inciyir. Ona görə Anarın əşyalarını məscidə verdim”.

Anarın balaca oğlu Tamerlan atasını unuda bilmədiyini dilə gətirib:

“Atam yadıma düşür. Onun mahnılarını oxumaq istəyirəm. Mən atamın yeganə oğluyam. Əgər kimsə onun mahnılarını ifa etmək istəsə, məndən icazə almalıdır. Mən polis olmaq istəyirdim. Atam hər zaman məni dəstəkləyib, böyüyəndə idmançı polis olacağımı deyirdi”.
Azərbaycana kəskin soyuqlar gəlir - Umayra Tağıyeva"Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, son onillikdə (2009-2018–ci illərdə) yalnız 4 il havanın orta aylıq temperaturu iqlim normasından aşağı olub: "6 il isə 1,4-2,6 dərəcə yüksək olub. Ən isti fevral ayı isə 2002-ci ildə qeydə alınıb (orta aylıq temperatur iqlim normasından 3,3° yüksək), havanın maksimal temperaturu fevralın 26-da müsbət 23,5°-dək yüksəlib. Müqayisə üçün demək olar ki, bu il fevralın ilk ongünlüyündə maksimal temperatur Bakıda 10-13 dərəcədən yüksək olmayıb. Qışda Abşeronun temperatur rejiminə Xəzərin yumşaldıcı effekti nəticəsində müsbət minimal temperaturlar üstünlük təşkil edir. Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında qış fəsli üçün orta minimal temperatur müsbət 3.2 0С təşkil edir.

Unikal səth örtüyü və coğrafi mövqeyi olan Abşeronda mənfi minimal temperaturlar və qarlı hava şəraiti o qədər də səciyyəvi deyil və əsasən Skandinaviya, Kars və Kontinental antisiklonların müdaxiləsi, bəzi hallarda Aralıq siklonları ilə bağlı olan soyuq hava cəbhələrinin keçməsi nəticəsində müşahidə edilir. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, fevral ayı yanvar ayından soyuq olur”.

U.Tağıyevə payızda bu qışın sərt keçəcəyi ilə bağlı verilən proqnozlardan da danışıb:

"Noyabr ayında internet məkanında, həmişə olduğu kimi, "qış çox sərt keçəcək” proqnozlarına bizim şərhimiz fərqli oldu. Fevral ayına olan proqnozda isə "havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı” göstərilib. Müxtəlif mənbələrdən alınan, internet saytlarında və ya mobil telefonlarda olan hava proqnozları, bizim təşkilatın proqnozu, məhsulu deyil. Buna görə də, informasiya mənbəyi məlum olmayanda, dəqiq göstərilməyəndə, hörmətli oxucularımız bütün iradları bizə ünvanlayırlar. Rəsmi məlumatlarımız, o cümlədən aylıq proqnozlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilir. Birinci ongünlükdən fərqli olaraq, artıq ayın ikinci yarısında ayrı-ayrı günlərdə havanın nisbətən soyuq keçəcəyi, arabir güclənən şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı günlərin sayının artacağı gözlənilir”.

Şöbə müdiri onu da vurğulayıb ki, 1954-cü ildə Bakı şəhərində ən soyuq fevral ayı qeydə alınıb:

"Havanın orta aylıq temperaturu 0.7° şaxta olub ki, bu da iqlim normasından 5.6° azdır. Uzun müddət soyuq arktik hava kütlələrinin daxil olması nəticəsində havanın minimal temperaturu isə mənfi 8°-dək enib. Cox illik meteoroloji müşahidələrə görə ən aşağı temperatur Bakıda 1969-cu il fevralın 9-10-da qeydə alınıb. Həmin vaxt temperatur 9.6° şaxta olub. 1969-cu ildə fevralın 8-dən 26-dək respublikanın bütün ərazisində qar yağıb. Hündürlüyü 12 sm-dən 60-sm-dək olan sabit qar örtüyü müşahidə edilib. Son 40 il ərzində isə 2012-ci il fevralın 8-də Bakıda rekord şaxta qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11° şaxta təşkil edib. Bu proses zamanı Xəzər dənizi akvatoriyasının Azərbaycan sahillərində Nabrandan Sumqayıta qədər suyun donması qeydə alınmış, buz qatının qalınlığı sahil zonada 3-5 sm təşkil etmişdi.

2017-ci il fevralın 1-2-də Bakıda qar müşahidə edilib. Qar örtüyü əmələ gəlmiş və qar örtüyünün hündürlüyü fevralın 2-də Bakıda 29 sm təşkil edib. Dünya təcrübəsində aylıq proqnozlar ümumi xarakter daşıyır, ay ərzində üstünlük təşkil edən orta temperaturun və yağıntı rejiminin səciyyəsi verilir”.
Haqqında cinayət işi açılan məmurun qızından parti - Video400 minlik toyu ilə məşhurlaşan Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova doğulmayan övladı üçün cinsiyyət partisi keçirib.

Kult.az xəbər verir ki, A.Şükürova Bakıdakı dəbdəbəli məkanlardan birində baş tutan partinin görüntülərini şəxsi İnstaqram hesabında paylaşıb.

İlk evliliyindən bir oğlu olan A.Şükürovanın ikinci evliliyindən də oğlu doğulacaq.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı başçısı Eldar Əzizovun əmri ilə ötən il oktyabrın 10-da Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib. BŞİH-in tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Q.Şükürov haqqında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Sayt rəhbərinin məhkəməsi başladıGəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Nurəddin İsmayılovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 14-nə təyin edilib.

Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham elan edilib.

Nurəddin İsmayılov vəzifə səlahiyyərlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə yönələn açıq çağırışlar edib.

Nurəddin İsmayılov Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun keçmiş komandiri olub.
Prezident eks-deputatın oğluna general rütbəsi verdi - FotoPrezidentin bugünkü sərəncamı ilə general-mayor hərbi rütbəsi alan polkovnik Yusif Həsən oğlu Mirzəyev tanınmış alim Həsən Mirzəyevin oğludur.

Axar.az xəbər verir ki, 1927-ci ildə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) anadan olan Həsən Mirzəyev ölkənin tanınmış ictimai xadimi, məşhur “91-lər”dən biri idi. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev millət vəkili də seçilmişdi.

“Şöhrət” ordenli Həsən Mirzəyev Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdü. 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.

Yusif Mirzəyev 2018-ci il 20 fevralda Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bu gün Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini Şahvələd İsmayıl oğlu Əliyevə də general-mayor ali hərbi rütbəsi verib.