İsgəndər Həmidovun yaşına yaraşmayan yalanları ifşa olundu "Yox, “bəy” alınmaz. Bizlər imkan vermərik”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun yenidən polis tərəfindən saxlanılması barədə xəbərlər yayılıb.

Avrasiya.net xəbər verir ki, iddiaya görə, hadisə fevralın 12-də Qazax rayonunda baş verib. Yayılan xəbərlərlə bağlı fikirlərini Newscenter.az-a bölüşən əslən Qazaxdan olan, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov deyib ki, sabiq daxili işlər naziri İsgəndər Həmidovun Qazaxa gedərək orada yoxa çıxması ilə bağlı məlumatla o da tanış olub.

İctimai Birlik sədri onu da qeyd edib ki, bu məlumat bir qazaxlı və eyni zamanda ictimai fəal kimi onun diqqətini çəkməyə bilməzdi:

“Açığını deyim ki, ilk andaca bunun dezinformasiya və təxribat olduğunu düşündüm. Elə də oldu. Bir müddət sonra İsgəndər Həmidov video müraciət paylaşaraq Qazaxa getdiyini elan etdi, sürücüsünü və onu müşaiyət edən Murad (Qazax sakini olduğu bildirilir) adlı birinin polisə aparılaraq təhqir və təzyiqlərə məruz qoyulduğunu bildirdi. Eyni zamanda üzünü xaricdə yaşayan ”söyüşcül vətənsizlərə” tutaraq xarici dövlətlərdən bu insanların azad olunması barədə dəstək istəmələrini xahiş etdi”.

Arzuman Abdulkərimovun sözlərinə görə, araşdırmaları zamanı məlum olub ki, “bəy” yaşına yaraşmayan yalanlar danışıb:

“Nə onun sürücüsü, nə də Murad adlı şəxs polisə aparılıb və hər hansı təzyiqlərə məruz qalmayıb. Sadəcə Həmidova elə gəlirmiş ki, onu Qazaxda çox möhtəşəm qarşılayacaqlar. Onun düşündüyünün əksinə olaraq Qazaxda onu bir-iki adam qarşılayıb. Belə olduğu halda öz pərtliyini gizlətmək üçün yalan məlumatlar yaymağa başlayıb. Əslində başqa cür ola da bilməzdi. Çünki qazaxlılar ağı qaradan seçməyi bacarırlar. Kimin nə yuvanın quşu olduğunu bilirlər. Əninəm ki, qazaxlılar gələcəkdə də bu insanların məkirli planlarını pozacaqlar. Keçək məsələnin digər tərəfinə, bildiyimiz kimi Qazax sərhəd rayonu olaraq həssas bölgədi. Niyə məhz Qazaxı seçirsiniz?. Yeri gəlmişkən, son zamanlar xaricdə məşkunlaşan söyüş şəbəkəsinin üzvü, Qazax hərbi hissəsinin keçmiş komandiri İsa Sadıqov da Qazaxla bağlı bəzi replikalar atır. Təxribat yaradaraq ermənilərin əlinə fürsət vermək istəyirsiniz? Yox, “bəy” alınmaz. Bizlər imkan vermərik”.

İctimai Birlik sədri onu da deyib ki. özünə millətçi deyən şəxs xarici dövlətdən dəstək istəməz:

“Amma nə edəsən, çünki Azərbaycan xalqının içərisində bütün dayaqlarınızı itirmisiniz. Ona görə də ümidiniz xarici güclərə qalıb. Özünüzə yığışın”.
AXCP sədrinin müşaviri azadlığa buraxıldıAXCP sədrinin müşaviri Məmməd İbrahim azadlığa çıxıb.

Bu barədə oğlu Turan İbrahim feysbukda paylaşıb.

Qeyd edək ki, M. İbrahim xuliqanlıqda ittiham olunaraq həbs olunmuşdu

M.İbrahimin vəkili Cavad Cavadov bildirib ki, bu gün Bakı Apellyasiya Məhkəməsinda onların şikayətinə baxılıb: “Şikayətimiz qismən təmin olundu və ona təyin olunmuş 5 ay 22 gün azadlıqdan məhrum etmə cəzası azaldılaraq, faktiki həbsdə yatdığı günlə əvəz olundu və o həbsdən azad olundu. Müdafiə tərəfi olaraq bəraət alınması üçün hüquqi müdafiə addımlarımızı davam etdirəcəyik”.(qafqazinfo.az)
Ağdam rayon Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib Ağdam rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu vəzifə müvafiq əmrlə polis baş leytenantı Allahverdi Allahverdiyevə həvalə olunub.

A.Allahverdiyev bu təyinatadək Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsində baş inspektor vəzifəsində çalışıb.
“AzTV mədəni ailə kanalıdır” söyləyənlər... - Rufiz QonaqovTeleviziyanın kütləvi informasiya vasitələrindən biri olaraq, cəmiyyətdə xüsusi yeri var və böyük təsir gücünə malikdir. Digər KİV orqanları arasında daha əhatəli təsir bağışlayan televiziyanın yaranışından müasir zamanımıza qədər keçən dövrə nəzər saldıqda necə inkişaf dövrü keçdiyini görmək mümkündür.

Televiziyanın təsir gücü verilişlər və informasiya siyasəti ilə izah olunur. Birincisi, televiziyanın müasir texnologiyası onun əhatə arealını genişləndirir və bütün nöqtələrə girişinə şərait yaradır.

İkincisi, verilişlər geniş auditoriyanı əhatə edir, şüurların formalaşmasına təsir göstərir. Belə demək də olar ki, televiziya informasiya mənbəyi kimi oynadığı roluyla bərabər, həm də tərbiyəvi-əxlaqi təsir gücündə olan təsir vasitəsidir.

Televiziyanın qəzet və radiodan fərqi onun vizual görünüşlə hər bir evə daxil olmasıdır. Artıq bu informasiya vasitəsi qonaq deyil, daha bir ailə üzvüdür.

Ümumilikdə isə onun yaranması müzakirələrə də yol açmaqdadır. Əsas diskussiya mövzusu tamaşaçının tələbatının ödənilməsi ilə bağlıdır. Peyk sisteminin mövcudluğu şəraitində minlərlə telekanalın əhatəsində belə təlabatı ödəməyin necə çətin olduğunu düşünmək televiziyaların yaradıcı heyətinin üzərinə düşən məsuliyyətli vəzifələrdən biridir.

Hazırda müzakirə predmeti bundan ibarətdir ki, televiziya tamaşaçının tələbatını ödəməlidir, yoxsa tamaşaçı televiziyanın səviyyəsinə qalxmalıdır? Belə düşünmək olar ki, əgər televiziya adamların evinə daxil olursa, deməli, tələbat mütləq ödənməlidir. Həqiqət yükü çox olan bu fikrin alternativi də var. Yəni, alternativ fikrə görə televiziya tələbatı ödəməyə cəhd etdikcə, yaradıcılıq mühitinin səviyyəsi aşağı düşür, bayağılıq artır.

Bu məsələdə digər zərərli cəhət isə tamaşaçının bitib-tükənməyən tələbi hesab olunur. Müxtəlif düşüncələrin istəyinə uyğunlaşmaq, hər bir beynin təlabatının ödənilməsi sonda idarəolunmaz xaosa gətirib çıxara bilər. Çünki tamaşaçı auditoriyası müxtəlif yaş, cins və s. kimi qruplardan ibarətdir.

Yaş fərqi, cins fərqi, sosial status və s. kimi halların hamısı hesablanarsa, tələblər tükənməzdir. Lakin bu təhlükəli tendensiyadan uzaqlaşmağın yolu televiziyanın idarəedici, sabitləşdirici faktora malik olması anlamıdır. Digər məqam isə ondan ibarətdir ki, televiya yaradılanda onun əsas məqsədi tamaşaçının təlabatını ödəməklə, zövqünü oxşamaqla yanaşı, milli maraqlara cavab verən informasiya siyasətinin formalaşmasında iştirakdan ibarətdir. Mübahisəli məqama diqqət çəkənlər hesab edir ki, televiziya müstəqil siyasət yürütməlidir.

Lakin dünyanın böyük ölkələrinin telekanallarının informasiya siyasətinə dövlət nəzarəti onu göstərir ki, müstəqil televiziya yayımı yalnız verilişlərə aiddir. Xəbərlər isə dövlətin maraqlarına, milli maraqların qorumasına uyğun hazırlanmalıdır.

Məhz bu istiqamətdə Azərbaycan Televiziyasının tutduğu mövqe tamaşaçının informasiya təlabatını ödəməklə bərabər, cəmiyyətdə sabitləşdirici rol oynamaqdan ibarətdir.

Sürətlə baş verən texnoloji dəyişikliklər dünyanı bir ovuca sığacaq qədər kiçiltmişdir. AZTV-nin qarşısında duran əsas səciyyəvi xüsusiyyətlərindən biri informasiya sənayesinin qurulmasını özündə ehtiva etməsidir. İnformasiya və telekommunikasiya texnologiyalarının geniş vüsət almasından əlavə tamaşaçı şüurunun təkmilləşməsi, hadisələrə müasir yanaşma tərzi, operativlik ciddi və arzuolunan dəyişikliklərə gətirib çıxarmaqdadır.

Sözsüz ki, peyk sistemi vasitəsilə dünyaya yayımlanan Azərbaycan Televiziyası informasiyanın əldə edilməsi, istehsalı, ötürülməsi istiqamətindəki bütün tarixi mərhələlərdə tamaşaçıların həyatında mühüm rol oynamaqdadır. İnformasiya cəmiyyətinin qurulmasında, milli doğal quruluşun yaddaşlardan silinməməsində AzTV-nin xidmətləri danılmazdır. Bu da qısa zaman kəsiyində müasirliyə, dünyaya inteqrasiyaya doğru dinamik inkişaf tempi ilə çatmağa çalışan AzTV-nin modern dünyadan əxz etdiyi xüsusiyyətdir.

Cəmiyyətin formalaşması və təşəkkülü prosesi ardıcıl sürətdə deyil, ayrı ayrı dövrlərdə min illər boyu davam etmiş, ictimai hadisələrin gedişi cəmiyyətin formalaşmasını müəyyənləşdirmişdir. AZTV informasiyalı cəmiyyət formalaşdırmaqla yanaşı, informasiya növlərinin istehsalı, işlənməsi və ötürülməsində tutduğu mövqeyə görə digər kanallara nümunədir. Xalqın adət-ənənəsini yaşatmasını, dilinin qorunmasını fəaliyyət predmetinə çevirən kanalın digər istiqaməti peşəkar kadrların yetişdirilməsi, səviyyəli verilişlərin hazırlanmasından ibarətdir. Bu günlərdə yaradılan Bədii Şuranın əsas spektri də öz dəst-xətti olan kanalın qorunması ilə bağlıdır.

“AZTV mədəni ailə kanalıdır” söyləyənlər yanılmır. Müasir studiyalar, dünya standartlarına cavab verən texnoloji yeniliklərdən yararlanan kanalda peşəkar diktorların apardığı verilişlər, incəsənət xadimlərinin hazırladığı proqramlar zövq oxşamaqla yanaşı, informasiya bolluğu ilə seçilir. Elə buna görə də adıçəkilən kanalın fəaliyyətinə dərin düşüncə ilə baxılmalıdır. 2019-cu ilin əvvəlində Prezident İlham Əliyev cənablarının AZTV-də kadr dəyişikliyi və islahatların müxtəlif sahələri əhatə etməsi nəticəsində baş verən yeniliklər müasir televiziyanı düşüncəli tamaşaçıların zövqünü oxşayan bir məkana çevirməyə xidmət edir. Artıq yeni layihələrə start verilib, studiyalar yenilənir, uzun illərdən bəri durğunluq yaranan televiziya filmləri və tamaşalarının illik planı təsdiqlənib. Cəmiyyətdə işıqlı düşüncəsi ilə seçilən bütün ziyalılara televiziyanın qapısı açıqdır. Eyni zamanda siyasi gündəmdəki hadisələrin işıqlandırılması, tamaşaçılara doğru-düzgün çatdırılması üçün verilişlərin, talk-şouların sayı artırılıb. İctimiai-siyasi proqramlar studiyasında hazırlanan “Həftə” Analitik-İnformasiya proqramı, “Günün Nəbzi”, “Bizim Planet”, “Əsas Məsələ”, “Nəsillərin Debatı”, eləcə də Xəbərlər və Səhər Proqramları, o cümlədən digər studiyalarda hazırlanan verilişlər bugünün və tamaşaçıını tələblərinə tam uyğun şəkildə yenidən hazırlanır. Bütün bunlar yalnız tamaşaçının təlabatının ödənilməsinə hesablanıb. Dövrün tələbləri qarşısında yeni fəaliyyət planını elan edən AZTV-də canlanma hiss olunur. Bunu artıq tamaşaçı da hiss edir. Bu gün AZTV-nin kollektivi gəncləşdirilir, xarici ölkələrdən canlı bağlantılar yaradılır, ictimai-siyasi proqramların sayı artırılır. Bundan başqa, verilişlərin sosial şəbəkələrdə nümayişi üçün xüsusi personaldan ibarət qrup da yaradılıb. Bu həm tamaşaçı auditoriyasının genişlənməsinə, həm də operativliyə xidmət edəcək. Verilişlərin yeni dizaynda təqdimatı da vacib məsələlər sırasındadır. Ölkəmizdə baş verən canlanmanın, inkişafın, yeni layihələrin icrasının, insanların rifahının yaxşılaşdırılması üçün görülən işlərin əhəmiyyətinin dünya tamaşaçısına çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan studiyaların yeni görkəmi, son texnoloji vasitələrlə bütün bunların vizual qaydada dünyaya nümayişi indi televiziyanın əsas planları sırasındadır.

Bir sözlə, indi AZTV yeni görkəmlə, yeni planlarla tamaşaçıların qarşısına çıxır. Azərbaycanlılar üçün doğma olan, teleməkanda ata yurdu, ata ocağı hesab etdikləri bu kanalda baş verən canlanma sadə və sadiq tamaşaçını çox sevindirir. Ən azından ona görə ki, o birincidir. Birinci yaradılıb və birinciliyini də saxlamalıdır. Ümid edirəm ki, günü-gündən yenilənən və çağdaş dövrün tələblərinə cavab verən Dövlət Televiziyamız xalqımıza bundan sonra da layiqincə xidmət edəcək, milli maralarımız və dövlətçiliyimizin qorunmasında müstəsna rol oyanayacaq və müasir Azərbaycanın tarixində parlaq izlərini qoruyub saxlayacaq.

Rufiz Qonaqov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
Leyla Yunusun adamı şəhid ailəsini evindən çölə atır - Video1998-ci ildə milliyətcə rus olan Jukova İrina Vladimirovnaya adlı Azərbaycan vətəndaşından notarial qaydada ev alaraq onun tam mülkiyyətçisi olmuşam. 21 ildir ki, bu mənzildə yaşayıram. İndi bir qrup işbaz tərəfindən evim 4500 manat müqabilində əlimdən alınır.

Avrasiya.net xəbər verir ki, bu haqda Milletinsesi.az-a Xətai rayonu Cavanşir küçəsi 15 B saylı evin 52 saylı mənzilində qeydiyyatda olan Məmmədova Xənifə Xalıqverdi qızı danışıb. Onun sözlərinə görə, ev aldıqdan üç il sonra, 2001-ci ildə Yukova Raisa Qriqoryevna adlı şəxs onun gəlini Jukova İrina Vladimirovnayanın evi ondan xəbərsiz satdığını bildirərək, Xətai rayon Məhkəməsində iddia qaldırır. 2001-ci ildə Xətai Məhkəməsi iş nömrəsi 2-1352 olan qətnamə ilə Bakı şəhəri Cavanşir küçəsindəki 15 B saylı 52-ci mənzilin özəlləşməsi və həmin mənzil üçün Yukova İrina Vladimirovanın adına verilmiş 30/138820 saylı 28 mart 1998-ci il tarixli qeydiyyat vəsiqəsini etibarsız edir. Qətnamədə Məmmədova Xənifənin əri Verdiyev Firudun Mürsəl oğlunun xeyrinə iyirmi dörd milyon manat tutulması və bunun müqabilində evin boşaldılması öz əksini tapır. Bu qərardan sonra Verdiyev Firudun Mürsəl oğlu ürək infarktından dünyasını dəyişir.

Məmmədova bildirir ki, Xətai rayon Məhkəməsinin bu qərarının icra edilməsi haqqında 23 noyabr 2001-ci il tarixli icra vərəqisində göstərilənlərlə cavabdeh tərəf olaraq məcburən razılaşsalar da, iddiaçı tərəf göstərilən məbləği ödəməkdən yayınıb və bir müddət yoxa çıxıb. 10 idən sonra, yəni evlərin qiyməti 10 dəfələrlə qalxmasını nəzərə almayan iddiaçı yenidən peyda olub və eyni iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə o vaxt ödənilən 24 milyon manatı indeksləşdirərək, alqı-satqıda göstərilən məbləği 4500 manat dəyərində qiymətləndirib. Həmçinin evin təmiri və cavabdeh tərəfə dəyən ziyan qarşılığında 73 min manat məbləğ də qərarda ödənilməsi şərt olaraq göstərilib. İndeksləşən 4500 manat miqdarında ağlasığmaz kiçik məbləği dərhal ödəməyə hazır olmasını məhkəməyə bildirən evi satanın qayınanası Raisa evin dərhal boşaldılmasını tələb edib.

Qəribəsi odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarında ziyan kimi hesablanan böyük hissə - 73 min manat təzminatın ödənilməsi hal-hazırda Rusiyada yaşayan, alqı-satqı müqaviləsində satıcı kimi göstərilən Yukova İrinanın üstünə atılır. Kiçik məbləğ isə qayınana tərəfindən ödənilir.

Evinin əlindən alınma təhlükəsi olan müsahibimizin sözlərinə görə, məhkəmə icraçıları bir-iki dəfə həmin evin qapısını qıraraq evə daxil olublar. Evdə yeni dünyaya gəlmiş körpə olduğu üçün icra prosesi bir az yubadılıb.

"Mən evi aldığım zaman yalnız müqavilədə göstərilən məbləğ geri qaytarılsaydı, yenə gedib Hövsanda bir otaqlı mənzil ala bilərdim". - deyən Məmmədova indi nə təmirə xərclədiyi məbləğ, nə də ona dəyən ziyan ödənilmədən evini boşaltmağa məcbur edildiyini bildirir. Halbuki məhkəmənin bu haqda qanuni qüvvəyə minmiş qətnaməsi var.

"Niyə məhkəmə icraçıları qətnamənin yalnız iddiaçının istədiyi hissəsini icra edirlər? Halbuki qərarda bizə dəyən ziyan kimi göstərilən 73 min manatın da eyni vaxtda ödənilmısi tələb olunur. Lakin məhkəmə icraçıları yalnız Raisanın istədiyi bənddə göstərilənlərini icra edirlər. Biz insan deyilik? Bizə dəyən ziyanı kim ödəməlidir? Raisanı əvvəldən axıra kimi ermənipərəst Leyla Yunus və onun yaxını Eldar adlı şəxs müdafiə edib. Bütün proseslərdə Eldar şəxsən iştirak edib. İcra prosesi sabah zorla həyata keçiriləcək. Mən hara və kimə dərdimi deyim?", - Məmmədova bildirir.

Daha ətraflı məlumat üçün Məmmədova Xənifə Xalıqverdi qızın videosunu təqdim edirik:
Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub.

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.

Oğurlanan 49 min dolları sahibinə qaytardılarBalakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

Hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib. Belə ki, kənd sakini Sabir Teliyev yaşadığı evdən nəməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının oğurlanması ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edib. Elə həmin gündən Balakən Rayon Polis Şöbəsi tərəfindən S.Teliyevin yaşadığı ünvandan küllü miqdarda pulu oğurlayan şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Lakin hadisə baş verən gündən 15 gün sonra qəribə olay baş verib. S.Teliyevin yaşadığı evdən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər oğurladıqları pulun məbləğini tam şəkildə “Biz haram pul istəmirik” məzmununda məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar.

Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub.

Araşdırmalar davam etdirilir.
"Bütün çap məhsulları üzərindən əlavə dəyər vergisini götürək""Bütün çap məhsulları üzərindən əlavə dəyər vergisini götürək"Azərbaycanda çap məhsullarının, kitab və jurnalların üzərindən əlavə dəyər vergisinin götürülməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

O qeyd edib ki, Azərbaycanda kitabların, əsasən də kənardan gətirilənlərin qiyməti çox bahadır:

"Məlumatlara görə, hazırda ölkəyə il ərzində 200 minə yaxın kitab gətirilir. Qiymətlərə gəldikdə isə kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Həmçinin satış zamanı gəlir əldə etmək üçün təqribən 20 faiz də əlavə olunur. Bundan başqa satış mərkəzləri müvafiq dövlət qurumlarına hesabat verərkən yenidən 18 faiz vergi ödəməli olurlar. Bunlar ümumilikdə 63 faiz edir. Bundan sonra təsəvvür edin ki, oxucu kitabı əldə etmək üçün nə qədər pul xərcləməlidir”.

Ə.Amaşov vurğulayıb ki, bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır: "Bütün çap məhsulları, kitab və jurnalların üzərindən əlavə dəyər vergisini götürək”.
Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEOMüğənni Əbdül Xalidin anasının yas mərasiminə qatılan sənət yoldaşları ac qalmaqdan şikayət edib.

BiG.AZ xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) məlumat verib. O bildirib ki, yasdan qayıdan müğənnilər "Bizə yeməyə heç nə vermədilər. Stolun üstündə pendir və göyərtidən başqa heç nə yox idi" deyib.

Verilişdə qonaq olan Ə.Xalid məsələyə aydınlıq gətirərək "Bizim rayonda ehsan verilmir. Bilirsiniz ki, ehsanın daha bolunu verə bilərəm. Kasıb insanları nəzərə alıb süfrə təşkil etmədik. Anamın 7 mərasimini isə Bakıda etdik".

Tolik həmin müğənniləri sərt tənqid edib: "Elə yasa getməkdənsə heç getməsəydilər daha yaxşı idi".

Qeyd edək ki, Ə.Xalidin anası öd kisəsindən əməliyyat olunduqdan sonra dünyasını dəyişib. O, Tovuz rayonunda dəfn edilib.
Səfir xanım Bilgəhdə sahili zibildən təmizlədi - FotoBöyük Britaniyanın Azərbaycandakı səfirliyi dəniz kənarını plastik tullantılardan təmizləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, nazirlik və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib.

İməcilikdə ETSN-nin əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts, səfirliyin nümayəndələri və Azərsun Holdinq MMC-nin texniki heyəti iştirak edib.

Əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib və yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb.