Mir Şahin: Xoşqədəmə, Zaura baxıb, sonra... - Video...Son bir neçə il ərzində ilk dəfədir ki, televiziyalar, onlara ictimai münasibət haqqında danışıram. Məcburam. Xüsusilə son zamanlar sosial şəbəkələrdə yerindən duran, hissə-hissə duran, alayarımçıq duran bütün Dursun müəllimlərə bəzi deyəcəklərim var. Onlar baxdığı kanalları tənqid edirlər. Qısası bu! Və demək olar ki, bütün telekspertlər, teleekspırtlar hamısı eyni mənzərəni tənqid edir. Ay müğənnilər elə oxudu, ya belə geyindi, bütün günü çal-çağırdı, hansı gününüzə oxuyursunuz, çalırsınız və sair.

Soruşmaq lazımdır ki, bəs siz niyə onlara baxırsınız, hansı gününüzə yalnız çalıb oynayanlara tamaşa edirsiniz? Əvvəldən sonadək Xoşqədəmin, Zaurun layihələrinə baxıb sonra da onları tənqid edirsiniz. Bu, riyakarlıq deyilmi? Özü də bunu artıq internet TV-si olanlar da etməyə başlayıb. Tənqid edirlər ki, müxalifətə efir vaxtı verilmir, özlərinin də TV olduqlarını unudaraq. O vermir sən ver! Nə mane olur? Bu bir.

İkincisi, kim deyib ki, biz, məsələn REAL TV müxalifətə efir vaxtı ayırmalıdır. Bu bizim televiziyadır. Bu bizim seçimimizdir. Redaktor siyasətini biz müəyyənləşdiririk. Bu gün buna zərurət görmürük. Sabah baxarıq. Bizə 20-lər maraqlıdır, TANAP, TAP maraqlıdır. Bizə Azərbaycanın regional layihələrdə söz sahibi, təkcə söz yox, həm də əməl sahibi olduğunu nümayiş etdirən layihələrdən canlı yayımlar təşkil etmək maraqlıdır. REAL 9 aya yaxın müddətdə 200-dən artıq birbaşa yayım edib. Özü də bu yayımlar arasında ekstremal şəraitdə aparılanları da çoxdur.

“Azərbacyanda mətbuat və mediya azadlığı yoxdur” - deyə boş boğazlıq edənlərə bizim daha nə cavabımız ola bilər! Hadisəni yerindən, anında, dərhal, olduğu kimi göstərmək! Bu deyilmi azadlıq? Özü də təkcə Azərbaycanda yox, bütün dünyadan. BMT-sinin, NATO-sunun, AŞPA-sının, ATƏT-inin toplantılarını, Azərbaycanda və dünyada keçirilən az qala bütün mühüm mətbuat-konfranslarını! Guya bunlar ekspertdir. Ekspert deyəndə bir tərəfdən baxanda düzdü. Eksdir. Yəni keçmiş. Keçmiş “pert”! Üzr istəyirəm bundan sonra onlara sadəcə “pert” deyək. Madam ki eks olmamaq, gündəlikdə qalmaq istəyirlər.

Xülasə, belə “pert”lərin teledüşüncələri mənə əslində maraqlı olmamalıdır. Bayaq dediyim səbəblərdən. Bu gün də ona görə cavab vermək istədim ki, onların çeynəyib-tüpürdükləri, ölkə telekanallarını nişangaha gətirmələri heç də səmimi teletənqidçi qeydləri deyil. Bəlkə bir təhlükəli tendensiyanın tərkib hissəsidir. Hətta diversiyadır. Belə düşünməyə əsaslarım var. Bir anlığa tamaşaçıların-vətəndaşların baxdığı, nəyə görə, nə üçün, hansı verilişlərə baxdığını kənara qoyaq, hər halda baxdığı telekanallar vurulur, gözdən salınmasına ardıcıl cəhdlər edilir. Bəs, alternativ hansılardır? Bax məncə bu barədə daha ciddi düşünmək lazımdır. Budur onların alternativləri. Qərəzli, üfunət dolu, idbar, antiAzərbaycan, yalnız qara-qura göstərən.

Qurban Məmmədovun düşük və düşkün tribunası, Sevinc Osmanqızının ingilis dilli əyalət tribunası, Tural Sadıqlının, Orduxan Temirxanın unitaz pəncərəsi, Qənimət Zahidin rəvayət quraşdırıb nağıl danışan həpənd çərçivəsi, Vidadi İskəndərlinin tərbiyəsizlik və əxlaq püskürtüsü!

Başqalarının da adını çəkib efiri daha çox zibilləmək istəmirəm. Onlar öz mahnılarını oxumurlar. Onlar üçün başqaları bəstələyir. Sədaqətli canlılar isə ifa edir.

Azərbacyana örnək göstərilənlər bunlardır. Bax budur cəmiyyətə soxuşdurulan alternativ TV-lər. Bəs bu “pert” müəllimlər nə vaxt çıxıb ortaya cəmiyyətə daha böyük təhlükə olan bu tribunaların zərəri barədə danışdılar? Hansı biri çıxıb Orduxana, Osmanqızına ən azı bədən tərbiyəsi verdi ki, ayıbdı, ayıb yerinizi bağlayın! Mən görməmişəm. Yoxsa Vidadi İskəndərlinin layiq olduğu cavabı verdilər xəbərimiz olmadı? Bəlkə onların təqdim etdikləri teletərbiyə bizim “pert” müəllimləri qane edir. Hansısa aparıcının kulis arxası ağzından ehtiyatsız ifadə çıxarmasını görk edərək sosial şəbəkələrdə ondan qat-qat artığını edən, ana-bacı, arvad-uşaq söydürən xoşqeyrət tv-cikləri, onların verilişləri altında dəvə ifrazatı kimi axıb gedən təhqirləri analiz etmək lazımdır. Anamı söyərlər deyə vətəni "kruqa" buraxmaq kişilikdən deyil! Mən hələ telepeşəkarlıqdan danışmıram...


Realtv.az
Rüsvayçı olay Azərbaycanda baş verməyib - Qalmaqallı videoya aydınlıq gətirildi"Ər azərbaycanlı olsa da Rusiya vətəndaşıdır"

"Dünən sosial səbəkələri ayağa qaldıran hadisə Azərbaycan ərazisində baş verməyib".

Bu barədə modern.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova xəyanət etdiyi üçün saçı qırxılan qadının videosundan danışarkən deyib:

"Videodan danışan qayınana qızın yaxın qohumudur. Ər azərbaycanlı olsa da Rusiya vətəndaşıdır. Hadisə 3 ay bundan əvvəl olub. Videonun yayılamsında ər və yaxın qohumlar iştirak etməyib".

M.Zeynalova videonun digər şəxlər tərəfindən yayıldığını bildirərək, əlavə şərh vermək istəməyib.
Günahkar şəxs öz cinayətini ölünün üstünə atır - İDDİAGöycay Rayon Məhkəməsinə

Göycay RPŞ-nin 27.11.2017-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından, “Məhkəmə nəzarətinin həyata keçirilməsi” qaydasında

Göyçay şəhəri, Nizami küçəsi , ev 69 ünvanənda qeydiyyatda olan İsmail (İsmayılov) Rüstəm İsmayıl oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Bildirirəm ki, Göycay RPŞ-nin müstəntiqi, polis baş leytenantı Ağayev Taleh Elman oğlu tərəfindən, Əliyev Arif İbadət oğlunun AR CM-nin 186.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair materialla əlaqədar HK-1/652 saylı materialı üzrə, 06 oktyabr 2017-cı il tarixində “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir.(Surəti əlavə olunur).

Hazırkı qərardan verilmiş şikayət əsasında, material Baş Prakrorlıxda sonra isə rayon prokurorluğunda öyrənilmiş materialdan məlum olmuşdur ki, yoxlama səthi aparılmışdır. Odur ki, həmin qərar DİN və Baş Prokrurlığ tərəfindən bir neçə dəfə ləğv edilmiş, əlavə yoxlama aparılması üçün rayon polis şöbəsinə göndərilmişdir.

Əlavə yoxlama aparan həmin təhqiqatçı, polis leytenantı Rauf Hüsenliyə, yenidən, 26.08.2016-cu il tarixində və 06.08.2017-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmişdir.

Bildirirəm ki, Göycay şəhəri Nizami küçəsi ev 69 ünvanında yaşayıram. 27.05.2016-cı il tarixdə Bakı İnzibati-İqdisadi Məhkəməsinə Göycay şəhəri M.Müşviü küçəsində yerləşən Avtonəqliyyat ASC-nin sədri Əliyev Arif İbadət oğlu tərəfindən həmin ASC-nin qanunsuz özəlləşdirmə aparmasına dair iddia ərizəsi ilə müraciətim əsasında, məhkəmədə iddia qaldırmışam. Həmin ərizə icraata götürüldükdən sonra Arif Əliyev 08.06.2016-cı il tarixdə gecə saat 03 radələrində həmin ASC-nin ərazisində yerləşən mənə və mənim ailə üzvlərimə məxsus tikintinin arxa divarının sökmüşdür. Ona görə də , DİN-in 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişəm. Bundan əlavə 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinə mübahisəli ərazidə söküntü və tikinti işlərinin aparılmasına qadağa qoyulması barədə vəsatətlə müraciət etmişəm. 30.06.2016-cı il tarixdə məhkəmə işin Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmasına dair qərardad cıxarmışdır və qarşı tərəfin vəkili Mətanət xanıma sökentü aparılmaması barədə şifahi qöstəriş verilmişdir. Hakimin qöstərişinə məhəl qoymayan və Proseslərin davam etdiyi müddətdə Arif Əliyev 03.08.2016-cı il tarixdə yənədə gecə saatlarında Avtonəqliyyat ASC-nin ərzisində yerləşən əmlakımı darmadağın edərək yer üzündən silmişdi. Bununla əlaqədar birdaha DİN 102 xidmətinə zəng vurub şikayət etmişdim. Bundan sonra Arif Əliyev 06.08.2016-cı il tarixdə gecə saatlarında həmin yerdən yararlı söküntü materiallarını götürmüşdür. Bu barədə də təcili DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişəm və Arif Əliyevin qanunsuz hərəkətlərinə son qoyulması ücün sonuncunun məsuliyyətə cəlb olunaraq barəsində tədbir görülməsini xahiş etmişəm.

AR Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu cinayətdə də A.Əliyev həm, uzun ilər qərəzli və qanunsız yollardan istifadə edərək daşınmaz əmlakımı xarabazarlığa çevirməsi, bu yöntəmlərlə qaz durbalarından tutmış bütün avadanlığları oğurlatdırması və ya oğurlanmasına qərəzli şərayət yaratması, həmçinin 2014-ci ildə sökmüş oldığı qapı pəncərəmin Prezident Adminstrasyası və Onbudsman tərəfindən müdahiləsi nəticəsində qeri taxarak bərpa etməsi, həmən hadisədən sonra daşınmaz əmlakımın sökülməsi üçün məhkəməyə müraciyət etməsi və Apelasya Məhkəməsinin daşınmaz əmlakın qanunla mənə məxsus olmasın təsdiq edib və A.Əliyevə söküntünü sadəcə İnzibati İqtisadi məhkəmədə qərar çıxartıqdan sonra sökə biləcəyini yazılı qöstərərək idiasının təmin edilmədiyini bildiyi halda, A.Əliyev Prezident Admenstrasyasının, Onbusdmanın və Şəki Apelasya Məhkəməsinin qərarların heça saydı və iki ayrı tarixdə qecə saatlarında, işçi qücü və texnikadan istifadə edərək daşınmaz əmlakımı qərəzli şəkildə söküb tamami ilə yer üzündən silməsi, CM 186.2.2 aitdir.

Müstəntiq dağıdılmış əmlakımı, açıq talvar olaraq son vəzyətini qeydə almış, həmçinin dəyərsis bir xarabalıq kimi göstərmişdi. Oisə uzun illər verqisin ödədiyim həmən tikintidə, yay və qış aylarında, çörək məsularının istehsalı, çayxana, toptan satış ərzaq maları açıq talvar altında nəcür həyata keçirildiyinin münkün oldığını izah etməmiş. Həmçinin 2014 ci ildə Prezident Admenstrasyası və Onbusdman hansı açıq talvarın qapı pəncərəsin qeri taxdırılmasına dair Rayon İcra Hakimyətinə göstəriş veribmiş ?

Bildirməq istəyirəm ki, 2016-cı ildə qanunsız söküntü barədə 5-6 dəfə cinayət işi polisdə açılmış və hər dəfəsində Arif Əliyevin izahatları alınmış, həmən vaxta hər hansı başqa insanın sökdüyü barədə hər hansı izahat verilməmiş, son 7-ci dəfə açılan şikayətə Arif Əliyev tərəfindən verilən izahatda, söküntüyə heç bir hüququ olmayan, bir ay əvvəl ölmüş hansısa adamın üstünə atmaqla cinayətdən yayınmışdır. O isə şikayət edilən dövürdə bu qün adı çəkilən həmən mərhum yaşayırdı və söküntü ilə heç bir əlaqəsi olmadığı üçün heç bir izahatda onın adı çəkilmirdi. Çünkü qanunla həmən şəxs bu yalan məsuliyyəti huquqla edə bilmədiyi üçün üzərinə götürə bilməzdi. A.Əliyev ovaxtki öz cinayətin bu qün hansısa ölmüş adamın üstünə atarkən bir şeyi unutmış ki, tikinti və söküntü işi hansısa icarədarın deyil, birbaşa sədrin üzərinə düşən məsuliyyətdi və əvvəl ki izahatlarında həmən mərhum yaşadığı üçün adı heç bir izahatda halanmamışdı. Həmçinin mənim video görüntü ilə müsahahibə aldığım 2 şahiddən heç bir izahat alınmamış, hansı ki, həmən şahidlər söküntünün gecə saat 12-dən sabah səhər 6-ya qədər aparıldığını təsdiqləyir bu da gözətçisi olan bir Avtonəqliyyatın müdürün icazəsi olmadan aparılmasının mümkün olmadığın göstərir. Baxmayaraq ki həmən vidio çarxı mən müstəndiqə internet vastəsi ilə çatdırmışdım. Bundan başqa A. Əliyev bu binanın sökülməsindən xəbərsiz olmasının və cinayəti yenicə ölmüş birinin üstünə atma yalanı, uzun illər tikintinin sökülüb götürülməsi üçün, həttda məhkəmədə belə iddia qaldıran Arif Əliyevin şəxsən özünün maraqlı olmasının sübutudur, çünkü həmən cinayətlər barədə verilən izahatların heç birində mərhumun hələm həyatda olduğı üçün A.Əliyevdən başqa kimsənin adı halanmırdı. Sadəcə son 7-ci şikayətdə, cinayəti ört-bastır etməq məqsədi ilə cinayətə aidiyyatı olmayan bir vəfat etmişin adamın adından istifadə olunmuşdur.

Ilkin araşdırma zamanı Əliyev Arif İbadət oğlu izahatında göstərmişdir ki, o Göycay şəhərində fəaliyyət göstərən Göycay Avtonəqliyyat ASC-nin sədridir. Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 24.02.1999-cu il tarixli 100 saylı sərəncamına əsasən Göycay Avtonəqliyyat müəsissəsi Göycay –Avtonəqliyyat ASC-yə çevrilmişdir.

Bununla bağlı bildirirəm ki, 2723 Göyçay avtomobil dəstəsinin ərazisində yararsız boş torpaq sahəsində mənim istifadəmdə olmuş 80 kv.metr çörək istehsalı üçün nəzərdə tutulmuş istehsal obyekti olmuşdur. Həmin mübahisəli istehsal obyektini “Göyçay Avtonəqliyyat” Açıq Səhimdar Cəmiyyətinin sədri Arif Əliyev tərəfindən qeyri-qanuni qizədilmiş və boş torpax sahəsi kimi göstərilərək 27.07.2013–cü ildə tam özəlləşdirilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi “Göyçay Avtomobil Dəstəsinin” yararsız boş ərazisində yerləşən, 80 kv.metr yeri Göyçay Rayon İcra hakimyətindən 661 nömrəli, 20 dekabr 1994-cü il tarixli cavab məktubu ilə ( 07.12.1994, 58 saylı məktub ) mənim adima qərara alınmış və Avtonəqqliyatın ovaxtki müdürü Mehman Məməmmədov tərəfindən 1995-ci ildə müddətsiz icarə müqaviləsi əsasında öz şəxsi vəsaitim hesabına istehsal sahəsi tikdirmişəm və bizim 8 nəfər ailə üzvümüzün səhimlərinidə “Göyçay Avtomobil Dəstəsinə” qoymuşdır. Bundan başqa Göyçay Rayon İcra Hakimiyyətinin Baş Memarı C.Zeynalovun 10.03.1997-ci il tarixli məktubuna cavab olaraq , mənə məxsus çörək bişirmə seximin qarşısında sxem çəkilərək ( 50 x 3 KM ) açıq talvar tikintisinə etiraz edilmədiyini bildirmişdir. Hər iki tikintimin mənə aid oldığını təsdiq edən sxemi Göyçay şəhərinin baş planından № 2000 nömrəli cıxarışda var. Həmçinin Göyçay 2723 nömrəli Avtomobil dəstəsinin sabiq müdiri Səfərov Ağadadaş tərəfindən yararsız boş torpaq sahəsinin 371 kv.metr sahəsi 1996-ci ildə 10 il müddətli rəsmi müqaviləyə əsasən mənim istafadəmə verilmişdir. 20.07.2006-cı il məktubunda bununla bağlı geniş açıqlama vermiş və şahidlərin iştirakı ilə təsdiq edilmişdir. Bildirmək istəyirəm ki, həmin 371 kv.metr ərazidə sanitar qovşağı, hasar, çarhovuz kimi başqa lazımı tikintiləridə öz şəxsi vəsaitim hesabına tikdirmişdim və torpağ verqilərində ödəmişdim.

1999-cu ildə “Göyçay Avtomobil Dəstəsi” “ Göyçay Avtonəqliyyat “ Açıq Səhimdar Cəmiyyətinə cevrilmişdir. Mənim şəxsi vəsaitim hesabına tikdirdiyim ərazini sədr Arif Əliyev qeyri-qanuni qizlədərək öz balansında göstərmiş və Əmlak Məsələri üzrə Dövlət Komtəsində 27.07.2013-cü il tarixdə tam özəlləşdirilmişdir və 2713003551 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmışdır. Dövlət reyesterində qeydiyyata alınarkən, əmlak kompleksinin plan-sxemin də mənə məxsus 80 km2 daşınmaz əmlakım boş ərazi kimi göstərilmişdir və məqsədli olaraq gizlədilmişdir.

Göyçay rayonu, Nizami küçəsində yerləşən, çörək istehsalı üçün nəzərdə tutulmuş istehsal obyekti 80 m2 05.01.1995-ci il tarixdə müddətsiz və ərazi sahəsi 371 m2 boş torpaq sahəsini 01.05.1996-ci il tarixli, icarə müqaviləsinə əsasən həmin ərazini götürmüşəm və həmin icarə müqavilələrinə əsasən o zaman Göyçay Rayon İcra Hakimiyyətinin sərəncamı ilə həmin ərazi mənim istifadəmə verilmişdir. Həmin ərazi uzun illər bizim ailənin istifadəsində olmuşdur. Göycay rayonunda atam İsmaylov İsmayıl Rüstəm oğlunun “ 2723 nömrəli Göyçay avtomobil dəstəsində” 40 il əmək fəaliyyəti olmuşdur. 1998-ci il tarixində səhimlərini “Göyçay Avtonəqliyyata” ( Açıq Səhimdar Cəmiyyətinə ) qoymuşdur. “Göyçay Avtonəqliyyat ” ASC-nin səhmdarları içində bizim ailə üzvlərimizində səhmləri olduğundan, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinə müraciət edilməmişdir və reyestr kitabında qeyd olunmamışdı, istifadə hüququnu təsdiq edən qeydiyyat vəsiqəsini aldadılaraq ala bilməmişdik. Özəlliklə qeyt etməq istəyirəm ki, bizim kimi aldadılmış bir çox fəhlə səhimdarlarda vidyo çarxı qarşısında müsahibə vermiş və uzun illərdi mətbuat vastəsi ilə cənab Prezidentə, Baş Prokrorlığa, DİN-nə və aidiyəti üzrə bütün orqanlara öz şikayətlərin verməkdə dəvam edir. A.Əliyev cinayətləri barədə mətbuatda 20 yuxarı məqalələr dərc edilmiş və edilməkdə dəvam edir.

Qeyd etmək istəyirəm ki, istifadəmizdə olmuş cörəkbişirmə sexi əvvəllər iş üzrə 3-cü şəxs olan “Göyçay Avtonəqliyyat ” ASC-nin sələfi “Göyçay Avtomobil dəstəsi ”-nə yaxın ərzidə boş zibil tulantılar ərazisi olmuş və 05.01.1995-ci ildə müddətsiz icarə müqaviləsinə əsasən “Göyçay Avtomobil dəstəsi” tərəfindən əlavə, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən bizə satılmışdır. Həmin ərazidə Göyçay Rayon İcra Hakimiyyətinin sərəncamı ilə çörək istehsalı üçün nəzərdə tutulmuş istehsal obyekti 80 m2 tikintisi tikilməsi üçün razılıq alınmışdır.

“Göycay Avtomobil Dəstəsi” ASC-nin hüquqi varisi olan « Göycay-Avtonəqliyyat » Açıq Səhmdar Cəmiyyətinin sədri A.Əliyev tərəfindən mənə qarşı «əmlakdan məhrumet qoyulmaqla istifadəmə son, tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma haqqında» iddia tələbi ilə Göyçay rayon məhkəməsinə ( 30.05.2014 ) və Şəki Apellyasiya Məhkəməsinə ( N 2(107)-666/2014, 09.07.2014 ) şikayət edilsədə, məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiaları ilə birlikdə araşdıraraq bu qərara gəlmişlər ki, Göycay Rayon Məhkəməsi işi baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsidə, tərəfimdən hüquqən tikilmiş daşınmaz əmlakın sökülməsinin qanuna zid oldığın nəzərə alaraq, A.Əliyevin iddia ərizəsin baxilmasını mümkünsüz hesab etmişdir. İnzibati-İqtisadi Məhkəməsində uduzacağını bilən A.Əliyev 2014-ci ildə şikayətin İnzibati-İqtisadi Məhkəməsindən qeri çəkmiş, Prezident Adminstrasyasının, Onbustmanın, məhkəmə qərarlarına və qanunlara məhəl qoymayaraq cinayət əməlləri ilə əmlakımı söküb darma-dağın və talan etmişdi.

Daşımaz əmlakımı gizədərək boş torpağ sahəsi olaraq göstərib qanunsız özələşdirmişdi, 1995-ci ildə Tikinti üçün 80 Km boş torpağ sahəsi müddətsiz, 1996 ci ildə 371 Km 10 illik rəsmi icarəyə verilmişdi, uzun illər Arif Əliyev binanın güya 1999-cı ildə balansına salıb özələşdirib və güya bina ona aid olduğun deyərək cahil fəhlə atamı aldadıb və iştəməyə ənqəl çıxardaraq əmlakımı qərəzli xarabaxanaya çevirib, sübut atamın ölümündən bir il qabaq 2006-cı ildə video qarşısındakı müsahibəsində bildirmiş. A.Əliyevin izahatında qöstərdiyi, qüya mənim 2014-ci ildə ( əmlakdan məhrumetmə aradan qaldırımsı ) iddiamın təmin edilməyərəq uduzmam deyil, əksinə ( mən və ailə üzvlərimizin giriş çıxışa qadağa, istifadəyə son verilərək məhrumət qoyulması və tikintinin sökülməsi barədə ) bizə qarşı A.Əliyev şikayət vermiş və uduzmışdı. Həmən qərarada Apelasya məhkəməsi, əmlakın mənə aid oldlğın sübut edildiyin təsdiqləmiş və A. Əliyevin şikayəti rədd edilmişdi. Müstəntik 2014-cü il mənim lehimə olan məhkəmə qərarın tamami ilə tərs göstərərək A.Əliyevin lehinə qöstərmişdi. Belə ki, A.Əliyev binanın sökülməsi üçün olan şikayətinin təmin edilməməsin, güya mənim şikayətimin təmin edilmədiyin qöstərərək istifadə etmiş. O cümlədən qanunsız özələşmənin ləğvi barədə 2017-ci ildə qoydığımız şikayətin, düzgün tədbiq edilmədiyi üçün və yenidən şikayət verilməsini göstərərək Hakimlər tərəfindən münkünsüz sayılması, qərarda öz təsdiqin tapır. Müstəntiq amma tam əksi olaraq 2017-ci il məhkəmə qərarını qüya A.Əliyevin xeyrinə və bizim xeyrimizə olmadığına dair qərar kimi təqdim etmişdir.

Dəfələrlə Baş Prokurolığ, DİN-yi araşdırma aparaq cinayət oldığın aşqar etmiş, cinayət işin aparılması üçün Rayon Polis İdarəsinə yollamış. Müstəntiqlər isə cinayəti ört-bastır etməq məqsədi ilə bəhanələri dəyişsədə, nəticə isə hərzaman ədalətsiz qalıb. Ortada bir çox istiqamətdə qanun pozulması və cinayətlər var, cinayətkarlar isə heç bir məsulyət daşımadan sərbəst qəzir və başqa insanlara qarçıda cinayət törətməqə dəvam edirlər. Oisə cənab Prezidentimiz xalqa qarşı bu cür cinayət törədən şəxslərə qəti adımların atılmasın, hüquq mühafizə orqanlarından qecə-qündüz tələb edir, Bunlarsa öz şəxsi maraqları üçün Azərbaycan Hüquq sistemin dünyada biyabır etməqdən çəkinmir.

Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

Mən, həmin əmlakı əldə edərkən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsinə əsasən, müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, əmlak verildiyi vaxtdan əmələ gəlir.

Həmin maddənin ikinci hissəsinə görə, əmlakın özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir.

Eyni məcəllənin 143-cü maddəsinin birinci hissəsinə görə, əmlak, onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli surətdə əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilməli olmadıqda (vicdanlı əldə edən) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o əmlakın onun özü tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş şəxs tərəfindən itirildikdə və ya əmlak onların hər hansı birindən oğurlandığı, yaxud onların iradəsindən asılı olmayaraq sair yolla onların sahibliyindən çıxdığı halda tələb etməyə haqlıdır.

Həmin ərazini əldə edərkən şəxsi vəsaitim hesabına çörək istehsalı üçün nəzərdə tutulmuş istehsal obyekti inşa etdirmişəm və müqavilə üzrə həmin dövr üçün verqi və icarə puların ödəmişəm, həmin daşınmaz əmlakı onun istifadəsində və sahiblik hüququ olan şəxs olmuşam. İstifadəmdə olan torpaq sahəsinində vergisini ödəmişəm, Göyçay rayon Göyçay Bələdiyyəsinə vergi ödənişlərinin bəzi tapılan ceklərini (vöen 6000021791) işə əlavə etmişəm.

Ulu öndərimiz Heydər Əliyevin 1996-cı il fərmanına əsasən, həmən tikilən sahə birmənalı olaraq qeyri şərtsiz mənə verilməsi gərəkirdi.

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinin tələblərinə görə, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.

Həmin Əsasnamənin 11-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə ( rəsmi sənəd və imza şərti ilə ) təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan ( rəsmi sənəd və imza şərti ilə ) imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.

Qanunvericilik mülkiyyətimdə olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin satın alınmasının ilk növbədə mənə təklıf edilməsini imperativ bir norma kimi qoysa da, mənə həmin torpaq sahəsinin satılması barədə məlumat verilməmişdir və bu barədə hər hansı rəsmi sənəd və imza yoxdur.

AR Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AR CPM-nin 85.1-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.
Həmin məcəllənin 85.2.10-cu maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək;
. prokurorun göstərişlərini icra etmək;
prokurora və məhkəməyə yazılı və şifahi izahatlar vermək;

Bu məcəllənin 85.6.2-ci maddəsinə əsasən müstəntiqin cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir;
cinayət işləri üzrə hərtərəfli, tam və obyektiv ibtidai istintaq aparılması üçün zəruri təşkilati tədbirlər görür;
AR CPM-nin 122.1.-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər.

Həmin Məcəllənin 122.2.-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir:

122.2.1.-ci maddəyə əsasən, təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından-ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora;

122.2.2.-ci maddəyə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından-yuxarı prokurora;

Odur ki, tərəfimizdən Göycay rayon prokuroruna hazırkı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi yazılmışdır.

Hesab edirəm ki, hazırkı qərar, məhkmə nəzarəti qaydasında, Göycay Rayon Məhkəməsi tərəfindən ləğv edilməlidir.

AR CPM-nin 449.-cu, 449.1.1.-ci maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən, onun səlahiyyətlərini həyata keçirən şəxsin qərarlarından məhkəməyə şikayət verilə bilər.

Bütün bunları, AR CPM-nin 86.-cı, 122.-ci, 207.-ci, 449.-cu, 451.-ci maddələrini rəhbər tutaraq, Sizdən

X A H İ Ş E D İ R Ə M

Göyçay RPŞ-nin baş müstəntiqi polis baş leytenantı Ağayev Taleh Elman oğlu tərəfindən qəbul edilmiş 27 noyabr 2017-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarının qanunsuz hesab edilməsinə və bu qərarın ləğv edilərək cinayət işinin başlanmasına qərar qəbul edəsiniz.

Şikayətə əlavə edilmiş sənədlərin siyahısı:

1 ) 27.11.2017-cu il tarixli qərarın surəti
2 ) 06.10.2017-cu il tarixli qərarın surət.
3 ) əmlakın mənə məxsus oldığını sübut edən rəsmi sənədlər

İmza: R.İsmayil

01.12.2018

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Jurnalist Mustafa Hacıbəyli barəsində cinayət işi qaldırıldıBastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağırılıb və ona qarşı Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb.

Xəbəri “Turan” agentliyi yayıb.

Xəbərdə bildirilir ki, M.Hacıbəyli CM-in 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Redaktor barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həftədə iki dəfə o, yaşayış yeri üzrə sahə polisinə gedib qeydiyyatdan keçməlidir.
Qızılhacılı məktəbinin direktorundan şikayət varGoranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən D.Qasımov adına 1 saylı tam orta məktəbinin pedaqoji kollektivi məktəbin direktoru Qabil Həsənovu qanunsuzluqda ittiham edir. Bu barədə kollektiv tərəfindən virtualaz.org-un redaksiyasına ünvanlanan müraciətdə qeyd olunur. Lakin müraciətdə konkret şəxslərin imzası yoxdur və müəllif olaraq “məktəb kollektivi” göstərilir.

Bildiririlir ki, direktor fərdi təhsil aparan müəllimləri ixtisaslarına görə seçməyib. Belə ki, texnologiya diplomlu müəllimə Azərbaycan tarixi, riyaziyyat, biologiya diplomlu müəllimə coğrafiya, fizika, informatika, rus dili diplomlu müəllimə Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi dərslərinin tədrisi tapşırılıb.

“Bu dərs bölgüsü qanunauyğundurmu, ədalətli dərs bölgüsüdürmü? Bu müəllimlər fərdi dərs jurnallarını yazıb, əməkhaqqı alıblar. Bu isə maliyyə saxtakarlığı deməkdir. Məktəbdə təşkil olunan təhsildən yayınan 2001-ci il təvəllüdlü Rəşad İsmayılovu fərdi təhsilə cəlb edərək adını 6-cı sinfə qeyd ediblər. Şagird bundan xəbərsizdir, dərsdə bir saat da olsun iştirak etməyib. Bu şagird saqqalı, bığıburma, əsgərliyə gedəsi gəncdir, hal-hazırda qəsəbəmizdə fəaliyyət göstərən inşaat materialları mağazasında fəhlə işləyir”, - deyə müraciətdə qeyd olunur.

Müəllimlər həmçinin bildirirlər ki, məktəbdə tarix müəllimi ola-ola direktor başqa tarix müəllimini də işə götürüb: “Məktəbimizin tarix müəllimi Nüyvər Eminovanın dərs saatı 7 saatdır, digər tarix müəllimlərinin dərs saatları 2 saatdır. Bu problemlər olduğu halda direktor nə səbəbə Goranboy RTŞ-də tarix metodisti vəzifəsində işləyən Günel Şirinovanı bizim məktəbə ikinci iş yeri kimi tarix müəllimi vəzifəsinə işə qəbul edib?Eyni zamanda, ixtisası texnologiya və rus-dili olan müəllimlərə fərdi təhsildə dərs demələri üçün tarix fənnindən dərs saatları verib. Bu nə dərəcədə ədalətli və qanunidir? Günel Şirinova Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayıbmı?”, - deyə müəllimlər sual edirlər.

Müraciətdə həmçinin qeyd olunur ki, məktəbdə qanunsuz olaraq psixoloq kimi çalışan Fidan Həsənli Təhsil Nazirliyin göndərdiyi məktub əsasında, direktorun 64 saylı əmri ilə vəzifəsindən azad edilib. Amma buna baxmayaraq F. Həsənli hələ də işə gəlib-gedir və ona əmək haqqı yazılır.

Məktubda şikayət olunur ki, məktəbdə fizika və kimya müəllimlərinin dərs saatları 6 saatdan aşağı ola-ola direktor Mingəçevir rayonundan olan müəlliməni şəxsi tanışlıq əsasında məktəbə laborant götürüb.

Müəllimlərin sözlərinə görə, bu sadalananlarla bağlı ötən ay aidiyyati orqanlara şikayət olunub. Goranboy Rayon Təhsil Şöbəsinin məsləhətçisi məktəbə gələrək şikayətlə maraqlansa da, nöqsanlar araşdırılmayıb. Müəllimlər həmçinin onlara təzyiq olunduğunu, buna görə də, poçt vasitəsilə aidiyyati orqanlara məktub göndərə bilmədiklərini yazırlar.

Şikayətlə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov virtualaz.org-a bildirdi ki, şikayətlə tanış olub ətraflı məlumat verəcək.
Elmira Süleymanova vəzifədən gedirAzərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcək.

Hökumətdəki mənbədən Modern.az-a verilən məlumata görə, bu vəzifəyə seçki 2019-cu ilin mart ayında keçiriləcək.

Qeyd edilir ki, uzun müddətdir İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsində çalışan 81 yaşlı Elmira Süleymanova nəhayət təqaüdə yola salınacaq.

Onun yerinə kimin namizəd irəli sürüləcəyi isə hələ müəyyən olunmayıb. Bu namizədin və ya namizədlərin qarşıdakı müddətdə müəyyən olunacağı gözlənilir.

Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Lakin yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir. Çünki qanunvericiliklə Ombudsmanın səlahiyyət müddəti bitsə də, yenisi seçilənə qədər işinə davam etməlidir.

"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə Ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Nəhayət 2 illik gecikmədən sonra bu seçkinin 2019-cu ilin martında keçiriləcəyi gözlənilir.
142 şəhid varisinə 11 min manat veriləcəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən Komissiyanın iclasında şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Avrasiya.net-ə verilən məlumata görə, iclasda bildirilib ki, ümumilikdə, şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub.

Onların vərəsəliyi notarial qayada təsdiq edilir və birdəfəlik ödənişlə təmin edilmək üçün elektron qaydada ƏƏSMN-nə göndərilir.

Təqdim olunan bu sənədlərə işçi qrupu tərəfindən baxıldıqdan sonra komissiya tərəfindən ödəmənin verilməsi barədə qərar qəbul olunur.

Nazirlikdən bildirilib ki, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi dövlət başçısının mühüm sosial önəm kəsb edən humanist bir addımı olmaqla, ölkədə şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Qeyd edək ki, bu günədək artıq 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir.
Kişinin həyat yoldaşının videosunu yaymasına - Rəsmi reaksiyaAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda kişinin xəyanət iddiası ilə həyat yoldaşının saçını qırxaraq foto və videosunu sosial şəbəkələrdə yaymasına münasibət bildirib.

Avrasiya.net Dövlət Komitəsinə istinadən xəbər verir ki, hadisədən xəbərdardırlar.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır", - Dövlət Komitəsindən vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonun həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.

Gənc qadının kimliyi məlum deyil.
Emin Ağalarov Leyla Əliyevaya təşəkkür etdi - FotoHeydər Əliyev Fondunun vitse-prezidenti, “Bakı” jurnalının baş redaktoru Leyla Əliyeva ilə müğənni-bəstəkar Emin Ağalarovun əkiz oğulları Mikayıl və Əlinin bu gün 10 yaşı tamam olur.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, bu münasibətlə E.Ağalarov oğullarının körpəlik fotosunu paylaşaraq onları təbrik edib:

“10 il göz qırpımında keçdi. Oğlanlarım doğum gününüz mübarək! Bütün uşaqlara xoşbəxtlik arzu edirəm. Leyla, bu möcuzə üçün sənə təşəkkür edirəm”.

Moskvada yaşayan sənətçi əkizlərinə sürpriz hazırlayaraq gecəyarı özünü Bakıya çatdırıb. O, Əli və Mikayılla çarpayıda çəkilən şəkillərini paylaşaraq "Çatdırdım" deyə qeyd edib.
Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılır - SƏBƏBXarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu dekabrın 1-2-də müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləridir.

Aparılan təkmilləşdirmə işlərində əsas məqsəd sənədlərə baxılması prosesinin sürətləndirilməsi, vətəndaşlarla əks əlaqənin gücləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.