Əmisi gəlinini qaçıran oğlanı öldürən şəxsdən xəbər var - Məhkəmə qərar verdiMəhkəmə Zabit Yolçiyevin vəsatəti ilə bağlı qərar verib

Quba Rayon Məhkəməsində əmisinin gəlinini qaçıran Elşad Əsədovun qətlində ittiham olunaraq həbs edilən Zabit Yolçiyevin həbsdən azad edilməsi barədə verdiyi vəsatətə baxılıb.

AzNews.az-ın xəbərinə görə, hakim Xəqani Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Zabit Yolçiyevin vəsatəti üzrə qərar elan edilib. Qərara əsasən, vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Quba rayon Məhkəməsinin qərarı ilə qaçırılan gəlinin əri Şahmar Əsədov, gəlinin atası Sadiq Dadaşov, onun qohumları Zabit Yolçuyev, Mətləb Muradov, Pərviz Əsədov və Nazim Mikayılovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Quba rayon sakini Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb. Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.
Azərbaycanlı gəncdən şəhidlərimizə hörmətsizlik...Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev deyib.

C.Tağıyevin sözlərinə görə, həmin gənci ərazidəki kameralar vasitəsilə tapmaq mümkündür.

“Bu cür hərəkətlər şəhidlərə qarşı, xalqımıza qarşı hörmətsizlikdir. Əraziyə polis tərəfindən ciddi nəzarət olunur və hər tərəfdə kameralar yerləşdirilib. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət olunacaq və həmin gənclə bağlı tədbir görüləcək”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında "Əbədi məşəl" abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına dırmaşması görüntüləri yayılıb.
İlhamə Quliyevanın oğlu azadlığa buraxıldıMərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baş tutan prosesdə Orxan Nadirovun vəkili Hüseyn Eynullayev müdafiə nitqi ilə çıxış edib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib. Onun sözlərinə görə, eyni zamanda Orxan Nadirov məhkəmədə səmimi ifadələr verib və bu işin obyektiv araşdırlmasına öz etirafedici ifadələri ilə bir növ köməklik göstərib.

Vəkil qeyd edib ki, Orxan Nadirov əməlindən peşmandır.

Vəkil bu halları nəzərə almaqla, məhkəmədən Orxan Nadirov barəsində həbslə bağlı olmayan hökm verilməsini məhkəmədən xahiş edib.

Daha sonra Orxan Nadirov söz deyib. O, əməlindən peşman olduğunu bildirib.

Sonra müşavirə keçirən hakim heyəti hökm elan edib.

Hökmə əsasən, Oran Nadirov barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O, 1000 manat məbləğində cərimə olunub.

İttihama görə, Orxan Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib.

Oran Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan qarşı 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib.

Qeyd edək ki, Orxan Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb.

O, oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O, ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

Xatırladaq ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Bakıda insanları zəhərləyən obyekt aşkar edildi - FOTODaxili İşlər Nazirliyi (din) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-nin mətbuat xidmətindən Avrasiya.net-ə verilən xəbərə görə, idarə əməkdaşları tərəfindən balıq, müxtəlif növ quş, eləcə də digər ət məhsullarını antisanitar şəraitdə hisə verərək bişirməkdə və satmaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Səmədov saxlanılıb. Onun idarə etdiyi "Opel” markalı avtomobilin yük yerinə baxış zamanı hisə verillən 8 ədəd kütüm, 8 ədəd çəki balıqları, 4 ədəd dovşan, 4 ədəd toyuq və 4 ədəd ev ördəyi aşkar olunub.

Araşdırma zamanı V.Səmədovun qeyd edilən məhsulları Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan, paytaxt sakini Rövşən Zaidlinin həyətində fəaliyyət göstərən qanunsuz obyektdə onunla birgə hazırlandığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq idarə əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib. Oradan qeyd edilən məhsulları hazırlamaq üçün istifadə olunan kustar üsulla hazırlanan soba, gigiyenik normalara cavab verilmədən bişirilən hisə verilmiş hazır məhsullar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, hisə verilmiş məhsulları hazırlanmaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Yanma prosesi zamanı yaranan kimyəvi üstü həmin məhsullarda müxtəlif bakteriyaların yaranmasını daha da sürətləndirir.

Aşkar edilən məhsullardan götürülən nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində müəyyən edilib ki, qeyd edilən məhsullar istifadəyə yararsızdır, eləcə də insan orqanizmində ağır qida toksiki infeksiyası qrupuna aid olan botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.

Daxili işlər Nazirliyi hisə verilmiş məhsulları antisanitar şəraitdə müvafiq dövlət qurumlarından icazə almadan hazırlayan və satışını həyata keçirən şəxslərdən bu qanunusuz fəaliyyətlərinə son qoymağı tələb edir. Paytaxt, eləcə də regionlarda bu tipli qanunsuz sexlərin aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən mütamadi olaraq qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.
Vəzifəli şəxslər barəsində cinayət işi başlanıbİnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər davam etdirir.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.
Azərbaycanda professor plagiata görə işdən qovulduAzərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda unikal hadisə baş verib: professor plagiata görə qovulub.

Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi “İqtisadiyyat” qəzetində institutun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib.

Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş. Oğurluq yazı böyük rezonans doğurub. Çünki təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.

Dünən İqtisadiyyat İnstitutunda məsələ ilə bağlı iclas keçirilib, əməkdaşların hərəkətləri pislənilib və müxtəlif cəzalar təklif edilib. Hər iki əməkdaş cəzalandırılıb. Plagiat məqalənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub. Bu, Azərbaycanda professorun plagiata görə işdən qovulması ilə bağlı ilk hadisədir.(bakupost.az)
AAK və BAK-dan Azərbaycan bayrağına qarşı hörmətsizlik - FOTOAvropa Azərbaycanlıları Konqresi (AAK) və Beniluks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatcılığı ilə Hollandiyanın Haaqa şəhərində yerləşən Niderland Parlamentinin News Poort Beynəlxalq Mətbuat Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının 15 illiyi ilə əlaqədər anim tədbiri kecirilib. Tədbirdə millət vəkili Elmira Axundovanın ingilis dilində nəşr olunan "Səxsiyyət və zaman" kitabının prezentasiyasi keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Hollandiya Parlamentinin millət vəkilləri, Azərbaycanın Hollandiyada fəaliyət göstərən diplomatik korpusunun nümayəndələri, Hollandiyanın müxtəlif siyasi partiyalarında fəaliyət göstərən siyasətcilər, Azərbaycan diaspora təşkilatlarının rəhbərləri də iştirak ediblər.
AAK və BAK-dan Azərbaycan bayrağına qarşı hörmətsizlik - FOTO
Təəssüf doğuran məqamlardan da biri o olub ki, tədbirdə Azərbaycan bayrağı öncə tərs qoyulub. Bu da dövlət atributumuza qarşı məsuliyyətsizlik demək olub. Lakin əldə etdiyimiz məlumata görə, deputat E.Axundovanın iradından sonra Azərbaycan bayrağı düzgün formada yerləşdirilib.

Hətta Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov millət vəkili Elmira Axundova ilə tərs qoyulan Azərbaycan bayrağı önündə foto da çəkdirib. Çəkilən fotolar sosial səhifələrdə yerləşdirilsə də, sonradan silinib.

Avrasiya.net-ə açıqlama verən E.Məmmədov faktı təsdiqləyib. Bayrağın səhv asıldığını və sonradan düzəldiyini söyləyib.

Bu peşənin sahibi olan qadınlar ərlərinə DAHA ÇOX XƏYANƏT EDİR - ŞOK ARAŞDIRMAQadınlar və kişilər arasında münasibətlərə dair məqalələr dərc edən bir internet nəşrin yeni araşdırması gündəm olub.

Avrasiya.net Publika.az-a istindla xəbər verir ki, nəşr partnyorunu aldadan 5658 qadın arasında sorğu keçirib. Sorğuda onların hansı peşə ilə məşğul olduqları araşdırılıb.

Araşdırmaya qatılan qadınların 65%-i partnyorlarını iş yerində aldatdıqlarını etiraf edib. Onların 85%-i isə iş yoldaşları ilə cinsi əlaqəyə girib. Araşdırmada iş yoldaşları ilə özəl münasibətlər qurmağın iş prosesini daha həyəcanlı etdiyini, əyləncəli və asan olduğunu ortaya qoyub.

Həyat yoldaşları və sevgililərini aldadan qadınların məşğul olduqları peşələr:

1.Bank işçisi

2.Pilotlar

3.Stüardessalar

4. Həkimlər

5. Tibb bacıları

6. Birja işçiləri
Təşkilat rəhbərinə 11 il cəza kəsildi - dələduzluq işiAssosasiya rəhbəri hakim qarşısına çıxarılıb. O dələduzluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Telman Səlimovun məhkəməsi başa çatıb.

Telman Səlimov “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Telman Səlimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

İttiham aktına əsasən, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. T.Səlimov həmin binada mənzil satıb.

O, həmin binada inşaat qaydalarının pozulmasına görə tikinti işlərinin dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib. Buna baxmayaraq, T.Səlimov Sumqayıt şəhər sakini Rafiq Bəylərovu 17 mərtəbəli yaşayış binasının tikintisinin yenidən bərpa olunacağına, qısa müddətdə başa çatdırılacağına və mənzillərin hazır olacağına inandırıb.

Məlumata görə o, R.Bəylərovu aldadaraq, yaşayış binasında 50 kvadratmetr sahəli mənzilin hər kvadratmetrinin 300 ABŞ dolları olmaqla, 15 min dollara satılması barədə 8 aprel 2016-cı il tarixli saxta müqavilə tərtib edib. T.Səlimov icraçı qismində sənəd imzalayaraq, “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının möhürünü vurub, R.Bəylərovdan mənzil satmaq adı ilə ilkin olaraq 7231 manat alıb.

T.Səlimov Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Bildirək ki, T.Səlimovun digər cinayət işləri üzrə də məhkəmə istintaqı davam etdirilir. Həmin iş də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi - Video"Space" telekanalının "El bizim, sirr bizim" verilişinin qonağı jurnalist Mirismayıl Xələfli qalmaqallı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, onun efirdə 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi birmənalı qarşılanmayıb.

Belə ki, Xələfli efirdə digər qonaqlar tərəfindən pedofil adlandırılıb: "Öz həyat təcrübəmdən bilirəm. Mən özüm ali təhsilliyəm. Özüm 7-ci sinif şagirdi ilə nişanlanmışam. Onu məktəbdən çıxarmışam. Mən bunu ona görə etmişəm ki, sabah yoldaşım mənə "yorulmuşam, yemək bişirmək istəmirəm" deməsin. Mən öz yoldaşıma dərs demişəm".

Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub.