AXC-nin daxili işlər naziri Mustafa bəy Vəkilovun vəfatından 53 il keçirAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Mustafa bəy Vəkilov haqqında məqalə yenidən redaktə olunaraq və təkmilləşdirilərək oxucuların istifadəsinə verilib.

MEK-dən bildiriblər ki, məqalədə Mustafa bəy Vəkilovun həyat və fəaliyyəti barədə ətraflı məlumat əksini tapıb. Qeyd edilib ki, 1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M.Vəkilov Cümhuriyyətin daxili işlər naziri təyin olunub. O, hökumətin ən gənc naziri idi. Azərbaycanın istiqlaliyyətini ilk qoruyanlardan biri olmuş ictimai-siyasi xadim M.Vəkilov ilk növbədə nazirliyə peşəkar hüquqşünas kadrlar cəlb etməyə çalışıb. M.Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat edib və orada dəfn olunub.
Məqalə ilə daha ətraflı bu linkdə https://az.wikipedia.org/wiki/Mustafa_b%C9%99y_V%C9%99kilov tanış

Bu məqalə “Vikipediya” könüllülərinin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Cümhuriyyətin 100 illiyinə dəyərli töhfəsidir.
Gəncənin başçısı əmr imzaladı: 2 nəfər işdən çıxarıldıGəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib.

Report xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb.

N.Bayramovun digər əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahova təyin olunub.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.
Diqqət: bu yerdə park etsəniz, cərimə yazılacaq - FotoDayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi Bakı Nəqliyyat Agentliyinə verildikdən sonra bu istiqamətdə müəyyən boşluq yarandı.

Axar.az xəbər verir ki, Dövlət Yol Polisinin bu səlahiyyəti alınandan sonra sürücülər arasında dayanma, durma və parklanma qaydalarını pozanların sayı artdı. Hətta bir çox işbazlar səkiləri zəbt edərək avtomobil parklama yeri kimi istifadəyə verib.

Bu məqsədlə hətta bir çox mərkəzi küçədə işbazlar səkilərdə avtomobil parklamaq üçün xüsusi nişanlama xətləri də çəkib. Bu da əksər sürücülərin özlərinin də xəbəri olmadan cərimələnməsinə səbəb olur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, hazırda agentlik tərəfindən şəhərin hər hansısa yerində avtomobillər üçün parklama yerləri təşkil edilməyib, daha doğrusu, bəzi səkilərdə avtomobillər üçün parklanma nişanlarını BNA çəkməyib:

“Hazırda BNA tərəfindən şəhərin hər hansı bir yerində avtomobillər üçün parklanma yerləri təşkil edilməyib. Şəkildə əks olunan Mətbuat prospektindəki bu parklanma yeri səkinin üstüdür və burdakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır.

Bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir”.
Uşaqları baqajda daşıyırlar - VİDEOŞəmkirdə sürücü azyaşlı uşaqların həyatını təhlükə qarşısına qoyub.

Avrasiya.net xəbər verir ki, rayonda azyaşlıların avtomobil baqajında daşındığını əks etdirən video yayılıb.

Hadisə “57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobil küçədə gedərkən lentə alınıb. Sürücü salonda yer olmadığından azyaşlı uşaqları avtomobilin yük daşınan yerinə mindirib.

Uşaqların həyatını təhlükəyə atan sürücü, bu azmış kimi üstəlik, onların hava alması məqsədi ilə baqajı da açıq qoyub.
Orta aylıq pensiya məbləği artırılacaq - Gələn ilBu, 2018-ci il üzrə müvafiq göstəricidən 6.3 faiz çoxdur.

Azərbaycan üzrə 2019-cu ilin sonuna əmək pensiyaçılarının sayının 1 286 700 nəfər olacağı proqnozlaşdırılır.

"Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Belə ki, 2018-ci ilin proqnozu üzrə əmək pensiyaçılarının sayı 1 301 800 nəfər olub. Bu da onu göstərir ki, gələn il əmək pensiyaçılarının sayı 15 100 nəfər azalacaq.

Göstəricilərdə əmək pensiyaçılarının yaşayış minimumunun gələn il 149 manat olacağı nəzərdə tutulub ki, bu da 2017-ci il üzrə müvafiq göstəricidən 18.8 manat və ya 14.4 faiz, 2018-ci il üzrə müvafiq göstəricidən (144 manat) 5 manat və ya 3.5 faiz çoxdur.

Orta aylıq pensiya məbləğinin gələn il 241 manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci il üzrə müvafiq göstəricidən 14.2 manat və ya 6.3 faiz çoxdur. (report)
Abutalıbov əsəbiləşdi, dediyi sözlər isə alqışa səbəb olduŞəxsi maşınlarıyla yük daşıyan sürücülərin cərimələnməsi ilə bağlı narazılıqları Baş nazirin müavini Hacıbala Abutalıbov şəxsən nəzarətə götürüb.

Axar.az xəbər verir ki, H.Abutalıbov sürücülərlə görüşərək, problemin həll edilməsi istiqamətində addımlar atıb. O, sürücülərlə görüşdə aidiyyəti qurum rəhbəri ilə telefon əlaqəsi yaradaraq, cərimələrin dərhal dayandırılmasını tələb edib.

“Mən sizə deyirəm, dayandırın yığılan pulları! Dayandırın! Ümumi qərar qəbul edək, ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra pullar yığılsın”.

H.Abutalıbov hətta danışdığı məsul şəxsə cərimələri özünün ödəməyə hazır olduğunu da bildirib:

“Nə qədər edir, mən verirəm. Amma camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur, sonra...

Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu, ayrı-seçkilikdir. Bunlara oktyabrın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb?!”

Baş nazir müavininin telefon danışığı zamanı qurum rəhbərinə dediyi “ağ çörək yeyib, qara çörək yeyənləri düşünmürsüz” sözləri isə sürücülərin alqışına səbəb olub.

H.Abutalıbovun bu çıxışı sosial şəbəkə istifadəçiləri və digər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Azərbaycanın 871 vətəndaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır” Mədət QuliyevƏsirlərin azad edilməsi üçün zəruri tədbirlər davam etdirilir.

“Ermənistanın qeyri-kontruktiv mövqeyi nəticəsində uzun müddət keçməsinə baxmayaraq, Dağlıq Qarabağmünaqişəsinin həlli uzanır. Bu illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir, girovluqdan azad edilsə də, Dövlət Komissiyasında olan məlumatlata görə, 871 Azərbaycan vətənaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 il ərzində görülən işlərlə bağlı hesabat iclasında Komissiyanın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev deyib.

“Daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və elə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər. Əlbəttə ki, Azərbaycan həm də qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilən Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev, Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir-girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına olan şəxslərin “Hamının hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir”, - M.Quliyev vurğulayıb.
Baxın, bu bizim xarici işlər nazirimizdir - Biabırçılıq + VİDEOÜç gün əvvəl İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Avrasiya.net bildirir ki, nazir Elmar Məmmədyarovun ana dilində çıxışındakı rabitəsiz ifadələr nəninki anlaşılmaz olub, üstəlik, bir çox mühüm əhəməiyyətli layihələrin təqdimatı belə düzgün olmayıb.

Həmin çıxışı şərhsiz oxuculara təqdim edirik:
Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözümİşıqlı Atalı: Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm

Qan qardaşım, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı 50 yaşında ağır xəstəlikdən yaşamdan (həyatdan) getdi.
Onun ölümüylə ailəmizin yaşamında (həyatında) yeni çağ başladı: canımızdan ağrıyla qopan, həyatın amansızlıqla (acımasız) apardığı, heç vaxt sağalmayacaq dərdi, yaranı, itkini yaşamaq çağı.
Dərd insana gələndə güzəşt eləmir, özünü boyamır.
Ancaq itki həmişəlik də insanı halsızlıqda saxlaya bilmir, bilməməlidir.
Həyatın amanızlığını anlayırsan. Bilirsən ki, ölüm-həyatın şərtidir.
Həyat gətirdiyini aparmalıdır ki, yenilərini gətirsin.
Bu əbədi qaydanı bilə-bilə doğmanın yaşamdan getməsiylə barışa bilmirsən.
Kədərinlə baş-başa qalırsan.
Əcdadlarımız da ağlayıblar, yəni ağlanıb-işıqlanıblar.
Kədərdən güc almaq bu deməkdir.
Dərddən-kədərdən zəlilləşmək – insanlığa uyğun olmayan haldır əslində.

***

Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm
Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm
Ölmək istəmirdi qardaşım. Yaşamaq istəyirdi!
Vəsiyyəti olmadı.
Zarımadı.
Bu və başqa ayrıca vurğulanmalı cəhətlərini gördüm.
Qardaşımı idealizə etmirəm.
İnsan mahiyyətcə zamandan üstündür.
İnsan ölür, onun yaxşı cəhətləri qalır – İnamdan, İdrakdan, Mənəviyyatdan, İradədən nəyi varsa.

***

Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm
Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm
İlkin ailəmizin böyük övladı, oğlu idi.
Dədəmin, anamın ilki olduğuna görə adı İlkin idi.
Uşaqlıqdan zərif, həssas idi.
Habelə kənd həyatının bütün çətinliklərindən keçmişdi.
Yaşamın (həyatın) hər üzünü görmüşdü.
Axıracan həyatçı (yəni həyata uyğunlaşan) ola bilmədi.
Ruhsal (mənəvi) keyfiyyətləri yaşam ölçüsü sayırdı.
İki gen olur: soy (nəsil) geni və ulus geni.
Soyumuzdan gələn gözəl keyfiyyətlər əsasında var oluruq, özümüzü aşkarladıqca ulus geninə layiq oluruq.
İlkin Soltanlıda dəyərləndirdiyim başlıca cəhət ailəcanlılığı idi.
O, türk ailəcanlığına uyğun yaşayırdı.
Balalarının ləyaqətli, halal böyüməsi üçün gecə-gündüz çalışdı.
Baba oldu.
Nəvəsinin ona baba deməsini gördü.
Ancaq bu fərəhinin ömrü az oldu.

***

Ömür yel kimi ötür, keçir.
İlkinin adıyla artıq soyu yaranır.
Yeni nəvə(lər)i doğulacaq, soyunu yaşadacaqlar.

***

Basdırıldığı gün kəndimizə yüzlərlə adam gəlmişdi.
Hamı kədər içindəydi.
Basdırılarkən söz dedim. Dedim, başını dik tut, Qalib müəllim!
İlkinin ölümü ailəmizin faciəsi olsa da, dərdimizi məğrurcasına daşıyacağıq. Zəlil olmayacağıq.
Basdırmağa gedəndə anama dedim, kədər sənindir, heç kəsin kədərini əlindən almağa, adiləşdirməyə gücü yetməz.
Ancaq ağlamağımızda nümayiş olmamalıdır.
Ona görə ki, “Tənha ağlayarlar, birgə gülərlər” (İnam Ata-Asif Ata).

***
Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm
Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm
Ölümünün 3-cü günündə, Bakıdakı evində keçirilən yas törənində gələnlərə ailəmiz adından sayğımı bildirdim. Habelə ulusal yöndə ölən - yaşamdan gedən haqqında söz dedim. Fərqi yoxdur, ölən ya eldən, ya da evdən gedir, onun haqqında söz deyilməlidir. İstər adi bir sənət yiyəsi olsun, istərsə də ictimai mühitdə tanınmış insan olsun.

***
Dədəmin İlkinin ölümünə ürək dağlayan hayqırtısı, anamın bayatılı ağıları ürəyimi göynətdi. Bu hayqırtılarda, ağılarda zəlillik yox idi, türk ruhuna xas olan ağılda, duyğuda ölümlə öcəşmək, ölümə meydan oxumaq, ölümdən ötə olmaq vardı.

***

Qardaşımı basdırarkən dediyim ulusal sözün mayasını – İnam Atanın (Asif Atanın) Ulusumuz üçün Ölügötürmə Kurallarının mahiyyətini ifadə edən uyğun sözünü sunuram:

AQİBƏT

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim arayacaq, arayacaqdı.
Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm

***
Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm
MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS

Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir –
Mənada qalır.

***
Bir daha bu ağır günlərdə qardaşım İlkin Soltanlının yaşamdan getməsi (ölümü) ilə ilə bağlı yasa gələn, başsağlığı verən, zəngiylə dərdimizi bölüşən hər kəsə sayğımı bildirirəm.
AZAL-ın vitse-prezidentinə qarşı təxribatBir sıra kütləvi informasiya vasitələri məlumat yayıblar ki, DYP-nin yol hərəkəti qaydalarını pozanlara qarşı reydi zamanı AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğlu saxlanılıb.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Fərhad Eldar oğlu Hacıyev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Gənc 10 NG 800 dövlət nömrə nişanlı “Jaguar” markalı avtomobilin sükanı arxasında olub.

Lakin virtualaz.org-un əməkdaşı ilə söhbətində AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bu məlumatı təkzib edərək qeyd edib ki, onun Fərhad adlı oğlu yoxdur.

“Mənim üç uşağım var. Əli (1990-cı il təvəllüdlü), Arslan (1993) və qızım Şükufə (1997). Fərhad adlı oğlum yoxdur”, - Eldar Hacıyev bildirib.

O, həmçinin jurnalistləri məsuliyyətli olmağa və yoxlanmamış məlumatları yaymamağa çağırıb.