Baş nazirdən qəbiristanlıqlarla bağlı - Yeni qərarQəbiristanlıqların salınması və idarə olunması qaydaları təsdiqlənib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli qanununun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Fərmanının 3-cü hissəsinə əsasən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib.

Yerli icra hakimiyyəti orqanlarına bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etmək tapşırılıb.
BNA əməkdaşları döyülür, polis müdaxilə etsin - EkspertBNA-nın əməkdaşlarına qarşı edilən hərəkətlər xoşagəlməzdir. Bu qurumun əməkdaşları qanunla onlara verilən səlahiyyətləri yerinə yetirirlər. Bizim cəmiyyət, sürücülər Bakı Nəqliyyat Agentliyinin əməkdaşları kimi mülki şəxslərin onları cərimələməsinə öyrəşməyib deyə, bunu qəbul etmir. Cəmiyyətimiz ancaq polis, rütbəli şəxs görəndə özünü yığışdırır, tabe olur.

Bu sözləri Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının dayanma, durma və parklanma qaydalarına riayət etməyən sürücüləri cərimələməsi zamanı yaşanan xoşagəlməz olaylardan, BNA əməkdaşlarının yaralanması ilə nəticələnən mübahisələrdən danışarkən deyib.

Ekspert bildirib ki, problemin aradan qaldırılması üçün BNA rəhbərliyi təklif irəli sürsə də, bu, uzun prosesdir:

“BNA rəhbəri Vüsal Kərimli bu məsələ ilə bağlı çıxışında bildirmişdi ki, əməkdaşları sürücülər tərəfindən söyülür, təhqir edilir və hətta döyülür. Bu səbəbdən Vüsal Kərimli dedi ki, ümumiyyətlə, sürücülərlə BNA əməkdaşlarının ünsiyyətinə qadağa qoyulacaq və qayda pozan sürücülər kameralar vasitəsilə aşkar edilərək cərimələnəcək. Bunun üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməlidir. Hələlik dayanma, durma və parklanma qaydalarının pozulmasına görə sürücüləri yalnız yerində aşkar edib cərimə yazmaq mümkündür. Bunu istəsək belə kamera ilə çəkib yazmaq mümkün deyil, çünki buna qanun imkan vermir. Vüsal Kərimlinin təklifini həyata keçirmək üçün qanunda dəyişiklik edilməlidir”.

E.Muradlı təklif edir ki, BNA əməkdaşlarının təhlükəsizliyi baxımından onlar hələlik polislərlə birgə iş görməlidirlər:

“BNA Daxili İşlər Nazirliyinə müraciət edib, bunu ya Dövlət Yol Polisi, ya da Post Patrul Xidmətinin əməkdaşlarının iştirakı ilə həyata keçirmək istədiyini bildirsin.

Yadınızdadırsa, keçmiş Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamenti var idi. Onları “nəqliyyat qoçuları” da adlandırırdılar. Onlarla sürücülər arasında mübahisə də məhz bu səbəbdən baş verirdi. Gün ərzində dəfələrlə yollarda taksi sürücüləri ilə Nəqliyyat Departamentinin əməkdaşları arasında problem yaşanırdı. Bu, axırda həmin departamentin ləğv edilməsi ilə nəticələndi. İndi həmin departamentin əməkdaşlarının aqibətini BNA əməkdaşları yaşayır. Düşünürəm ki, hər hansısa formada BNA əməkdaşlarının təhlükəsizliyi naminə müəyyən tədbirlər görülməlidir”.
Həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması üçündür“Bu günlərdə Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sənədə nəzər yetirdikdə aydın olur ki, növbəti ilin dövlət büdcəsi də sosialyönümlü olacaq. Belə ki, büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Növbəti ildə əhalinin sağlamlığının qorunması da diqqət mərkəzində olacaq. Gələn il səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni, 32 faiz çoxdur. Bununla yanaşı, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Təhsil xərcləri isə 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq.”

Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ehtiyac meyarının, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimum məbləğinin, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin artırılması ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələridir: “2019-cu ildə ehtiyac meyarının həddinin 13 manat artırılaraq 143 manata, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimumu məbləğinin 173 manatdan 180 manata çatdırılması planlaşdırılır. Həmçinin qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 262 milyon manat vəsait ayrılacaq. Bu rəqəm 2018-ci illə

müqayisədə 7 faiz çoxdur. Dövlət büdcəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsinin davam etdirilməsi üçün 50 milyon manat vəsaitin ayrılması da nəzərdə tutulur.

Rəqəmlərdən də göründüyü kimi, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Görülən işlər, həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması, onların dövlətin diqqət və qayğısı ilə əhatə olunması üçündür.”

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, gələn ilin büdcəsində ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, həmçinin hərbi qulluqçulara mənzillərin verilməsi, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı da mühüm məqamlar yer alıb: “Belə ki, bu istiqamətdəki xərclərə 212 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu tendensiya ildən-ilə daha yüksək göstəricilərlə davam etdirilir.”
Azərbaycanda daha bir ər arvadının saçlarını kəsdi – “Rədd olub getsin” – FOTOAzərbaycanda daha bir qadın məişət zorakılığının qurbanı olub.

Minval.info xəbər verir ki, ər 14 illik həyat yoldaşına dəhşətli işgəncələr verib və sonda saçlarını qırxıb.

Bundan sonra qadın 2 azyaşlı qızı ilə birlikdə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına üz tutub. Bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qadından ailəsi də imtina edib:

“Onlar bir neçə saat öncə sığınacağa yerləşdiriliblər. Artıq ikinci dəfədir ki, qadın uşaqlarını da götürüb bizim sığınacağa pənah gətirir.

Qadın ruh kimidir. Bir tək arzusu var ki, uşaqları oxusun. Atası deyir ki, boşanıb kəndə, bizim yanımıza bir şərtlə qayıdarsan ki, burada uşaqlarını oxutmayacaqsan. Tez bir zamanda ərə verəcəyik, rədd olub getsinlər “.
Azərbaycanda daha bir ər arvadının saçlarını kəsdi – “Rədd olub getsin” – FOTO
Döyüş hazırlığı: müdafiə naziri ön xətdə - VideoAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti barədə məruzə edildikdən sonra bölmələrin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Gecə və gündüz şəraitində döyüş mühafizəsinin daha keyfiyyətli təşkili və müdafiənin dayanıqlığının artırılması məqsədilə yaradılan müşahidə məntəqəsindən qarşı tərəfdə yerləşən düşmən mövqelərini izləyən general-polkovnik Z.Həsənov müasir texniki vasitələrdən istifadə edilməklə xidmətin daha effektiv təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Ön xətdə yaradılmış təlim-tədris sahələrindən birində döyüş tapşırıqlarını məşq etdirən şəxsi heyətlə görüşən Müdafiə naziri, xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr əldə etmiş hərbi qulluqçuları mükafatlandırıb, bölmələrin maddi-texniki təminatı, silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, həmçinin sosial məişət şəraiti ilə tanış olub.

Sonra Ağdam rayonu ərazisindəki kəndlərdən birində yerli sakinlərlə görüşən nazir yaşayış məntəqələrimizin müdafiəsinin təşkili və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb.

Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı burada yerli əhali və hərbçilər üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, xüsusilə cənab Ali Baş Komandana çatdırmasını xahiş ediblər.

Sakinlər hərbçilərə etimadın yüksək olduğunu və Ordumuzun bölmələri tərəfindən bu istiqamətdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini də bildiriblər.
Nazir kollegiya iclası keçirdi – süründürməçilik, ayrı-seçkilik müzakirəyə çıxarıldı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya, icra intizamına əməl olunması, sosial obyektlərin tikinti və təmiri sahələrində görülən işlərin müzakirəsinə və bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən edilməsinə həsr olunmuş iclası keçirilib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Avrasiya.net-ə verilən məlumatda bildirilib.

İclasda Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, görülən işlər, eyni zamanda, sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsindəki səmərəli iş metodlarının, fərdi reabilitasiya proqramlarının tətbiqi ilə yenidən qurulmasına, bu sahələrdə sosial reabilitasiya istiqamətinin gücləndirilməsinə xidmət edir. Bu sahədə xidmətlər elə qurulmalıdır ki, xidmət göstərilən kateqoriyaların sosial statusunun daha effektiv yollarla bərpa olunması və cəmiyyətin fəal hissəsinə çevrilməsi ilə nəticələnsin.

S.Babayev qeyd edib ki, ölkədə 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur. Hazırda sosial xidmət sisteminin sosial işçi modelinin tətbiqi əsasında təkmilləşdirilməsi üçün müvafiq işlər aparılır. Həmçinin nazirliyin 14 bərpa mərkəzi var və onlarda fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ hallar, qəbul zamanı süründürməçilik, ayrı-seçkilik və s. kimi halların aradan qaldırılması işləri aparılmaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Nazir kollegiya iclası keçirdi – süründürməçilik, ayrı-seçkilik müzakirəyə çıxarıldı
Nazir diqqətə çatdırıb ki, artıq “Əlilliyi olan şəxslərin bərpa mərkəzlərinin inkişaf Konsepsiyası”nın, eləcə də “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası”nın, “Fərdi reabilitasiya və abilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydası”nın, “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar”ın və s. layihələri işlənib hazırlanıb. Digər tərəfdən, Mərdəkan Müalicə Pansionatında, Naftalan şəhərindəki və Yevlax rayonundakı Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində təmir işləri sürətləndirilib.

S.Babayevin sözlərinə görə, sosial xidmət və reabilitasiya sahələrində kadr personalının bilik və peşəkarlıq səviyyələrinin artırılması, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılması və s. kimi vacib istiqamətlərdə də işlər aparılır. Nazir Tibbi-sosial ekspert komissiyaları tərəfindən fərdi reabilitasiya proqramlarının tərtib edilməsinin, bərpa mərkəzlərində bərpa müalicəsi almış şəxslərin sonrakı sosial statusu və vəziyyəti barədə məlumatların əldə edilməsi üçün mexanizmin qurulmasının, bu məqsədlə mərkəzləşmiş elektron məlumat bazasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Nazirliyin sifarişi ilə sosial obyektlərin tikintisi və təmiri sahələrində aparılan işləri qeyd edən S.Babayev bu sahələrdə işlərin sürətlə və keyfiyyətlə aparılmasının əsas vəzifələrdən olduğunu bildirib.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sosial obyektlərin tikintisi və təmiri sahəsində görülən işlər, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Cavid Əbdülqədirov bərpa mərkəzlərinin fəaliyyəti, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sosial xidmət müəssisələrinin fəaliyyəti, Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası sahəsində aparılan işlər barədə hesabat məruzələri ilə çıxış ediblər.

İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar tapşırıqlar verilib.
Bacısını öldürən qızla bağlı qərar verildiBakı Apellyasiya Məhkəməsində bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.

Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya prostesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı P.Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

Bakı Ağır Cinayətlər Məhkəməsi P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Daha sonra onun yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Belə ki, onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib. Qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub. Bu dəfə P.Nuriyevanın yaxınları kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Daha sonra P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasında onun müalicəsinin dəyişdirilib, məcburi ambulatoriya müşahidəsi və psixatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib və P.Nuriyeva azadlığa çıxıb. Məhkəmə qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib.(report.az)
Mətbuat Şurası jurnalistlə bağlı Baş Prokurorluğa və səfirliyə müraciət etdiAzərbaycan Mətbuat Şurası “Report” İnformasiya Agentliyinin Şuraya məktubu ilə bağlı Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova və Ukraynanın Azərbaycandakı Səfirliyinə məktub göndərib.

Məktubda bildirilir ki, sözügedən agentliyin əməkdaşı Mübariz Aslanov 2018-ci il noyabrın 20-də Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxslər tərəfindən izlənilib, silahlı hədəyə məruz qalıb, jurnalistin fotosu çəkilib. İnformasiya agentliyinin əməkdaşı bununla bağlı Ukrayna polisinin “102” xidmətinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Azərbaycanın Ukraynadakı Səfirliyində olan nümayəndəsinə rəsmi məlumat verib.

Müraciətdə jurnalist M.Aslanovun növbəti günlərdə də izlənildiyi, naməlum şəxs tərəfindən şəklinin çəkildiyi bildirilib. Sənəddə qeyd olunanlarla bağlı Azərbaycan diasporunun hüquqi və təşkilati dəstəyi ilə Kiyev şəhər Peçerskiy Rayon Polisinə müraciət olunduğu, Polis tərəfindən Ukrayna Cinayət Məcəlləsinin 129-cu (ölümlə hədələnmə) maddəsi ilə cinayət işinin başlanıldığı vurğulanıb.

Hazırda həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyinin xatırladıldığı müraciətdə həmçinin “Report” İnformasiya Agentliyinin əməkdaşı M.Aslanovun uzun müddətdir Ukraynada bu ölkənin ictimai-siyasi həyatı və Azərbaycan diasporu barədə diqqət çəkən materiallarla çıxış etdiyi, indiyədək belə xoşagəlməz halla üzləşmədiyi bildirilib.

Müraciətdə eyni zamanda həm Azərbaycan Respublikasının Baş Prokurorluğunun, həm də Urkaynanın Azərbaycandakı Səfirliyinin məsələyə həssas yanaşacağına, jurnalistlə bağlı yaranmış durumu nəzarətə götürəcəyinə, müvafiq tədbirlərin görülməsinə yaxından köməklik göstərəcəyinə əminlik ifadə olunub.

Başı qırxılan gəlinin dəhşətli işgəncə görüntüləri - ŞOK FOTOLARƏrinə xəyanət etdiyi iddiası ilə saçı qırxılan və bu görüntüləri sosial şəbəkəyə yayılan qadınla bağlı yeni detallar ortaya çıxıb.

Avrasiya.net musavat.com-a istinadən xəbər verir ki, hadisə baş verən gün qadına qarşı törədilən işgəncə izlərinin görüntüləri üzə çıxıb. Məlum olub ki, xəyanət etdiyi iddia olunan qadın videoya çəkiləndən əvvəl və sonra vəhşicəsinə döyülüb.

Görüntülərdən bəlli olur ki, qadının bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirilib, bədənində siqaret söndürülüb. Qadının ailəsi iddia edir ki, hətta 5 yaşlı qızlarının əlinə bıçaq verilərək, "get, ananı yarala" deyilib.

Zərərçəkən tərəfin ailə üzvlərinin bu sayaq məhrəm xarakter daşıyan şəkillərin bu formada yayılmasına etiraz etmədiyini nəzərə alaraq görüntüləri təqdim edirik.
Başı qırxılan gəlinin dəhşətli işgəncə görüntüləri - ŞOK FOTOLAR
Başı qırxılan gəlinin dəhşətli işgəncə görüntüləri - ŞOK FOTOLAR
Başı qırxılan gəlinin dəhşətli işgəncə görüntüləri - ŞOK FOTOLARBaşı qırxılan gəlinin dəhşətli işgəncə görüntüləri - ŞOK FOTOLAR
Böyük ürəkli insan, 70 yaşın mübarək!Onu Sumqayıtda tanımayan adam yoxdur- şəhərin nüfuzlu sakinlərindəndir...
Daxil olduğu məclisdə hamı Ona ehtiram göstərir- ağsaqqaldır, ictimai çəkisi var...
Məntiqli danışır- söhbət edəndə hamının diqqəti Onda olur...
Xeyir-şər adamıdır- heç vaxt xeyir-şərdən qalmaz...
Dostcanlıdır- nə vaxt yanına getdinsə ətrafında dostlarını görəcəksən...
Xeyirxahdır- çox adama əl tutub...
Ruh adamıdır- poeziyanı, incəsənəti gözəl dərk edir...
İşgüzardır- yorulmadan çalışır...
Təcrübəli həkimdir- minlərlə adamı müalicə edib, normal həyata qaytarıb...
Yaradıcı alimdir- işlədiyi tibb sahəsinə yeniliklər gətirib...
Mehriban atadır- övladlarına yüksək səviyyədə təhsil verib, hamısını ev-eşik edib...
Sədaqətli qardaşdır- qardaşlarının necə qayğısını çəkdiyinin şahidi olmuşam...
Yaxşı eloğludur- Onun üçün vətən yurddan başlayır...
Əsl vətəndaşdır- Vətən qarşısında xidmətləri var...

Söhbət tibb üzrə fəlsəfə doktoru, uzun illər Sumqayıt Ruhi Əsəb Disponserinə rəhbərlik etmiş, həkim- psixiatr Mayıl Tağıyevdən gedir...
Onu çoxdan tanıyıram, aramızda hər zaman xətir-hörmət olub. Yaş fərqimiz çox olsa da söhbətimiz həmişə tutub...

Bir dəfə Moskvada yaşayan hərbi təyyarəçi eloğlumuz, polkovnik Vaqif Nəsirov Azərbaycana gəlmişdi. Bir həftə Sumqayıtda qonağımız oldu. Anası rus olan və 3 yaşından Azərbaycandan çıxmış bu eloğlumuza Mayıl həkimin göstərdiyi sayğı və diqqət onu heyran etmişdi. Mayıl həkim ona Azərbaycan xalqı, milli mənəvi dəyərlərimiz haqqında elə izah verirdi ki, böyük döyuş təcrübəsi olan polkovnikin sevincdən gözləri yaşarmışdı. Polkovnik azərbaycanlı olduğundan qürur duyurdu...
Yaşı yetmişə çatsa da qardaşının övladı olmamışdı. Bir sınıq qəlbi sevindirmək üçün Mayıl həkim ona gözəl bir yubiley tədbiri düzənləyib dostlarını qardaşının başına yığmışdı. Kaş görəydiz, ucqar bir rayonda yaşayan həmin qardaşı necə sevinirdi, necə qayğısız görünürdü...

Rəhmətlik Məmməd Aslanla çox mehriban dost idilər. Məmməd Aslan Onun xətrini çox istəyirdi. Şairin pulu-parası hardandı? Mayıl həkim ona həmişə dəstək olardı. Tez-tez özüylə Yardımlıya aparardı. Dağları gəzərdilər. Rəhmətlik deyərdi ki, mən Yardımlıya gedəndə elə bil doğma Kəlbəcərimi görürəm. Şair həm də həvəskar fotoqraf idi. Füsünkar mənzərələri fotoaparatın yaddaşına köçürməkdən yorulmazdı. Bu gün həkimin özəl klinikasında divarlar Məmməd Aslanın çəkdiyi gözəl təbiət mənzərələri ilə bəzədilib...

Mayıl Tağıyev bir həkim kimi də doğulduğu ata-baba yurduna biganə olmayıb. Rentgen cihazı ilə təmin olunmuş xüsusi avtomobil və həkim heyətilə bərabər dəfələrlə rayona gedib, əhalini təmənnasız olaraq müayinədən keçiriblər...

Unun, qəndin qıt vaxtlarında şəxsi nüfuzundan istifadə edərək Rusiyadan gətizdirir, rayon camaatını bu ərzaqlarla təmin etdirirdi...
Onun xeyirxah əməlləri çoxdur, sadaladıqca bitməz. Kim bilir, Allahla öz arasında hələ nə qədər xeyirxah əməlləri gizli qalıb...
Dekabrın 5-də Mayıl Tağıyevin 70 yaşı tamam olur. Uzaq Amerikadan Ona üz tutub təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram...
Çox hörmətli Mayıl həkim, biz sizin xidmətlərinizi bilir, sizə sayğı və ehtiramımızı çatdırırıq.

70 yaşınız mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan