Təşkilat rəhbərinə 11 il cəza kəsildi - dələduzluq işiAssosasiya rəhbəri hakim qarşısına çıxarılıb. O dələduzluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Telman Səlimovun məhkəməsi başa çatıb.

Telman Səlimov “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Telman Səlimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

İttiham aktına əsasən, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. T.Səlimov həmin binada mənzil satıb.

O, həmin binada inşaat qaydalarının pozulmasına görə tikinti işlərinin dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib. Buna baxmayaraq, T.Səlimov Sumqayıt şəhər sakini Rafiq Bəylərovu 17 mərtəbəli yaşayış binasının tikintisinin yenidən bərpa olunacağına, qısa müddətdə başa çatdırılacağına və mənzillərin hazır olacağına inandırıb.

Məlumata görə o, R.Bəylərovu aldadaraq, yaşayış binasında 50 kvadratmetr sahəli mənzilin hər kvadratmetrinin 300 ABŞ dolları olmaqla, 15 min dollara satılması barədə 8 aprel 2016-cı il tarixli saxta müqavilə tərtib edib. T.Səlimov icraçı qismində sənəd imzalayaraq, “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının möhürünü vurub, R.Bəylərovdan mənzil satmaq adı ilə ilkin olaraq 7231 manat alıb.

T.Səlimov Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Bildirək ki, T.Səlimovun digər cinayət işləri üzrə də məhkəmə istintaqı davam etdirilir. Həmin iş də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi - Video"Space" telekanalının "El bizim, sirr bizim" verilişinin qonağı jurnalist Mirismayıl Xələfli qalmaqallı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, onun efirdə 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi birmənalı qarşılanmayıb.

Belə ki, Xələfli efirdə digər qonaqlar tərəfindən pedofil adlandırılıb: "Öz həyat təcrübəmdən bilirəm. Mən özüm ali təhsilliyəm. Özüm 7-ci sinif şagirdi ilə nişanlanmışam. Onu məktəbdən çıxarmışam. Mən bunu ona görə etmişəm ki, sabah yoldaşım mənə "yorulmuşam, yemək bişirmək istəmirəm" deməsin. Mən öz yoldaşıma dərs demişəm".

Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub.
Fazil Məmmədov yenidən əməliyyat olunduSabiq vergilər naziri Fazil Məmmədov yenidən əməliyyat olunub.

Əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutub. Nazirin pankreatitdən əziyyət çəkdiyi, bu səbəbdən də əməliyyat keçirdiyi bildirilir.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzinin iltihabi xəstəliyidir.

Xatırladaq ki, keçmiş nazir yaz aylarında sözügedən xəstəxanada açıq ürək əməliyyatı keçirmişdi.

F. Məmmədov 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə həmin vəzifədən azad edilib.(bakupost.az)
Usubov işdən çıxardığı rəisə yenidən vəzifə verdiDaxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a DİN-dən məlumat verilib.

Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri - şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi.
Təhsil Şöbəsinin müdiri işdən çıxarıldıBeyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova tutduğu vəzifədən azad edilib.

Axar.az xəbər verir ki, Beyləqan rayonuna bu ilin oktyabr ayında təyin edilən yeni icra başçısı Asif Ağayev bununla bağlı əmr imzalayıb. Məlumata görə, Xuraman Rüstəmovanın Təhsil Şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılmasına səbəb rayonda təhsilin keyfiyyətinin və davamiyyətin zəif olmasıdır.

2018-cı ilin dekabr ayında Rayon İcra Hakimiyyətinin başçısının 335 nömrəli sərəncamı ilə Tahir Məmməd oğlu Həsənov Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirən T.Həsənov 1978-1987-ci illərdə Füzuli rayonunun Bala Bəhmənli və Aybasanlı kənd orta məktəblərində müəllim, 1987-1996-cı illərdə Füzuli rayon Təhsil Şöbəsində metodist işləyib, 1996-2012- ci illərdə Füzuli rayonu 55 nömrəli tam orta məktəbinin direktoru olub. Bu təyinatına qədər ATİAHİ Beyləqan rayon komitəsinin sədri vəzifəsində işləyib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 11-ci maddəsinə əsasən, yerli təhsili idarəetmə orqanının rəhbərinin vəzifəyə təyin edilməsi Təhsil Nazirliyi ilə razılaşdırılmaqla icra hakimiyyətinin başçısı tərəfindən həyata keçirilir.
Yasamal bazarı sökülübBakının köhnə ticarət məkanlarından olan Yasamal bazarı sökülüb.

Abbas Mirzə Şərifzadə küçəsi ilə Dairəvi yol arasında yeni salınan avtomobil yolunun üstündə yerləşdiyi üçün bazarın sökülməsinə qərar verilib. Ağır texnika bir-neçə saat ərzində bazarı və ətrafındakı tikililəri söküb.

Qeyd edək ki, Yeni Yasamal və Şamaxinkanın nəqliyyat yükünü azaldacaq yeni yol 2019-cu ildə istismara veriləcək.
Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı yeni məhkəmə - Şikayət təmin olunmadıJurnalistin ölümü ilə bağlı tutulan şəxsin şikayəti təmin edilmədi

Ali Məhkəmədə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Samir Mustafayev barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.

AzNews.az-ın məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən Samir Mustafayevin kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, S.Mustafayev daha əvvəl kassasiya şikayəti versə də, sonradan ərizəsini geri götürmüşdü.

Qeyd edək ki, Bakı şəhər sakini, "Ann.tv"nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci il avqustun 8-də Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2015-ci il dekabrın 22-də Bakı şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə E.İsmayılov 13 il, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib. Daha sonra S.Mustafayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb. "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılıb və o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin edib və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, C.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.
Hüquq müdafiəçilərini Əli İnsanovla görüşə buraxmadılarHüquq müdafiəçiləri Novella Cəfəroöğlu və Səidə Qocamanlının həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovla görüşmələrinə icazə verilməyib. Bu barədə sosial şəbəkələrdə Novella Cəfəroğlu yazıb.

Onun sözlərinə görə, illər ərzində cəzaçəkmə müəssisələrində aparılan monitorinqlərdə iştirak ediblər və fəaliyyətləri üçün heç bir problem yaradılmayıb.

“Bizə edilən müraciət əsasında bir neçə gün öncə Əli İnsanovla görüşmək üçün hüquq müdafiəçisi Səidə Qocamanlı ilə onun cəza çəkdiyi müəssisəyə getdik. Hər şey öncədən rəsmi səviyyədə razılaşdırılmışdı. Çataçatda cəzaşəkmə müəssisəsi rəhbərliyinin adından zəng olundu ki, getməyin, rəis içəri keçməyinizə icazə vermir”, - hüquq müdafiəçisi deyib.

Novella Cəfəroğlu əlavə edib ki, onlara imtinanın səbəbi bildirilməyib və o, hər hansı şərh verməkdə çətinlik çəkir.

Xatırladaq ki, 2017-ci il aprelin 26-da Qaradağ rayon məhkəməsində Əli İnsanov barəsində yeni cinayəıt işi üzrə proses başa çatıb. Keçmiş nazir psixotrop və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub.

Baş redkatora açılmış cinayət işi üzrə istintaq başa çatıbGəncə hadisələri zamanı “criminal.az” saytında yayılmış məlumatlara görə açılmış cinayət işi üzrə istintaq başa çatıb. Bu haqda saytın baş redaktoru Anar Məmmədova dekabrın 8-də Bakı Şəhər Prokurorluğunda bildirilib.

“İstintaqın başa çatması barədə rəsmən məlumatlandırıldım. İttiham aktı ilə tanış olmaq üçün vaxt təyin edildi”, - Anar Məmmədov deyib.

Avrasiya.net “Azadlıq” radiosuna istinadən xəbər verir ki. jurnalist dekabrın 11-də vəkilləri ilə birgə ittiham aktı ilə tanış olmaq üçün Bakı Şəhər Prokurorluğuna gedəcək.

Baş Prokurorluq Gəncə hadisələri zamanı “criminal.az” saytı barəsində cinayət işi açıldığını bildirmişdi.

Noyabrın 30-da A.Məmmədova yeni ittihamlar irəli sürülüb. İttihamların ağırlaşdırıldığı bildirilirdi.

Hazırda A.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır. Prokurorluq jurnalist barəsində polis nəzarətinə vermə tədbiri seçib.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə saytın, o cümlədən “criminal.az”a girişə məhdudiyyət qoyulmuşdu.

A.Məmmədov ittihamları qəbul etmir.
Ukraynalı vegan-aşpazdan pulsuz master klass – FotolarXəbər verdiyimiz kimi, ukraynalı məşhur vegan-aşpaz Konstantin Stolyarov 3-cü dəfə paytaxtımızın qonağı olub.

News24.az xəbər verir ki, xarici aşpaz 30 noyabr tarixində “The Green” restoranında pulsuz master klass keçib.

“Boomerang Label” və “Wedding Art House”un rəhbəri Nigar Məmmədovanın təşkil etdiyi “Vegan Boom in Baku 2” adlı layihə paytaxt sakinlərinin böyük marağına səbəb olub.

Tədbirin bu dəfəki məqsədi bitki yağlarının əsasən də zeytunun faydalarından bəhs etmək olub.

Konstantin Stolyarov tədbirə qatılan qonaqlara vegan yeməklərin hazırlanmasını, yeməklərin daha mükəmməl dadması üçün zeytun yağından necə istifadə olunması və sağlam qidalanmanın yollarını öyrədib.

Qeyd edək ki, “Vegan Boom in Baku 2”nin rəsmi partnyorları

“Zeytun Bağları”, “Aura” təmizlik kağızları və “Casablanca Travel”dir.
Ukraynalı vegan-aşpazdan pulsuz master klass – Fotolar
Ukraynalı vegan-aşpazdan pulsuz master klass – Fotolar
Ukraynalı vegan-aşpazdan pulsuz master klass – Fotolar
Ukraynalı vegan-aşpazdan pulsuz master klass – Fotolar