Telekanalın kollektivi istefa verdi - Azərbaycandaİşçilər rəhbərliyə etiraz olaraq bu addımı atıb.

Bu dəqiqələrdə redaksiyamıza daxil olan məlumata görə, CVN telekanalının 8 nəfər əsas əməkdaşı - 3 aparıcı, 5 müxbir rəhbərliyə etiraz əlaməti olaraq ofisi tərk ediblər.

AzNews.az xəbər verir ki, nəticədə canlı yayım dayandırılıb və efirə təkrar videolar yerləşdirilib.

İşçilər telekanalın Baş prodüsseri Ülvira Qarayevanın əməkdaşlarla qeyri-etik davranışına etiraz ediblər.

Qeyd edək ki, eyni səbəblərdən daha öncə Azadə Balayeva, Kəmalə Əliiskəndərqızı və Nübar Əbilqızı, Rəbiqə Nazimqızı kimi jurnalistlər də həmin kanalı tərk etmişdi.
Keçmiş nazir müavini məhkəmə qarşısında Keçmiş nazir müavini apellyasiya şikayəti verib

Keçmiş Nəqliyyat Nazirinin müavini Arif Əsgərov cavabdeh qismində məhkəməyə müraciət edib.

AzNews.az-ın məlumatına görə, dekabr ayının 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə Arif Əsgərov ilə “Dəmirbank” ASC arasında məhkəmə prosesi keçiriləcək. Belə ki, noyabr ayının 21-də Binəqədi rayon Məhkəməsi Arif Əsgərovdan borcun tutulması ilə bağlı bankın xeyrinə qərar çıxardıb. Bunula razılaşmayan keçmiş nazir müavini apellyasiya şikayəti verib.

Xatırlada ki, son vaxtlar Arif Əsgərovun adı məhkəmə çəkişmələrində daha çox hallanır. Belə ki, Arif Əsgərovun 2 baldızı oğlu- Emin və Rahib Hüseynovlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə uzun müddətlik həbsə göndərilib. Rahib Hüseynovun həbs edildiyi cinayət işində “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və “DəmirBank” ASC-nin Mərkəz filialının müdiri Müşfiq Tükanovun da adı çəkilirdi. Müşfiq Tükanovdan əvvəl həmin filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub.

İlqar Məmmədov A.Əsgərova köməkçi təyin olunandan sonra onu Müşfiq Tükanov əvəzləmişdi. Onun Mərkəz filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi yazılıb. Onları da Müşfiq Tükanovla tanış edən İlqar Məmmədov olub. Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə “DəmirBank”ın Mərkəz filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilib. Yeyinti faktının əsas iştirakçıları kimi Arif Əsgərov və oğlu Elnar Əsgərov göstərilib.
DSX düşmənlə üz-üzə postları təhvil aldı – MN-dən açıqlamMüdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttinə Dövlət Sərhəd Xidmətinin bölmələrinin nəzarət etmələri məsələsinə aydınlıq gətirib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, dövlət sərhədinin bu hissəsində, əməliyyat şəraiti baxımından nisbətən sabit və düşməndən 2000 metrədək uzaqlıqda yerləşən postlar Dövlət Sərhəd Xidmətinin bölmələrinə təhvil verilib.

"Eyni zamanda Müdafiə Nazirliyi bölmələrinin döyüş təcrübəsi nəzərə alınaraq, onlar hazırda Qazax və Ağstafa rayonlarının sərhəd xəttində ağır silah və döyüş texnikası ilə sərhədçilərə dəstək göstərir. Qeyd edək ki, sərhəd xəttinin qarşı tərəfində Ermənistan Daxili İşlər Nazirliyinin polis dəstələri növbə çəkir. 2016-cı ilin aprel döyüşlərində sərhədçilərin iştirakına gəlincə isə həmin dövrdə düşmənə qarşı aparılan əks-həmlə əməliyyatlarında Azərbaycan Ordusunun cəmi 18 faiz şəxsi heyəti iştirak edib və Dövlət Sərhəd Xidmətinin 6 nəfər hərbçisi arxa cəbhədə olmaq şərtilə texniki dəstək məqsədilə əməliyyata qatılıb. Bu barədə beynəlxalq qurumlara da məlumat verilib", - deyə məlumatda qeyd olunub.
İki restoran bağlandıEkologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb.

Avrasiya.net Trend-ə istinadən bildirir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb. İki restoran məhkəmənin qərarı ilə bağlanıb. Onlar "Özkardeşlər" və "Qızıl balıq" adlı iaşə obyektləridir".

İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.
Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – FotoMübariz İbrahimova qarşı mövqeyi ilə gündəmə gələn Nərmin Şahmarzadə adlı psixoloq olduğu deyilən gənc xanımın sosial şəbəkə paylaşımına erməni millətindən olan şəxsin şərhi və N.Şahmarzadənin ona cavabı sosial şəbəkələrdə paylaşılıb.

Axar.az xəbər verir ki, N.Şahmarzadənin erməni ilə bir-birinə sevgi və sayğılarını izhar etməsi şəbəkə istifadəçilərinin etirazına səbəb olub. Bildirilir ki, sonuncu dəfə Xocalı daxil olmaqla, azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törədən, günahsız qız-gəlini, uşaq və qocanı olmazın işgəncələrlə qətlə yetirən, torpaqlarımızı işğalda saxlayan, son yüz ildə 1,5 milyondan çox azərbaycanlını yurdundan qovub, 600-ə yaxın türk-müsəlman kəndini yer üzündən silən, minlərlə yaşayış məntəqəmizi xarabazara çevirən ermənilərin davam edən vəhşiliklərinə dözməyən Mübariz İbrahimova erməniyə sevgi ifraz edən gənc bir azərbaycanlı xanımın neqativ münasibəti qəbuedilməzdir.

Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi.

“Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”, - deyə o qeyd edib.
Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
Mübarizi təhqir edən Nərminə...Nərmin Şahmarzadə adlı gənc qızın Milli Qəhrəman Mübariz İbrahimov haqda yazdığı status ciddi müzakirəyə çevrilib.

Gənc bir qız, həyatı o qədər də anlamayan, dünyanı sevgi dolu görməyə çalışan azərbaycanlı xanımın düşüncələrinə əhəmiyyət verməmək də olardı. Ancaq düşməni də sevəcək qədər “bəşəri” olduğunu nümayiş etdirməyə çalışan bu xanımın əks-reaksiyalara cavabı, hətta öz mövqeyini müdafiə etmək üçün video-müraciəti ona və onun kimi düşünməsi ehtimal olunan gənclərə bəzi məsələləri anlatmağı zəruri edir.

İlk olaraq: heç bir halda bu kiçik xanımın təhqir olunmasına razı deyiləm. Əksinə, insan sevgisi dəyərləndirilməlidir. Ancaq istiqamətindəki yanlışlıqları izah edilməlidir.

Ordan başlayaq ki, “Miatsum” hərəkatı ilə böyük bir azərbaycanlı nəslin həyatı büsbütün məhv edildi: 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində qaçqın-köçkün düşən, yurdundan qovulan, qoca ata-anası düşmən əlində, qardaşı döyüşlərdə ölən minlərlə o vaxtın nərminlərini göz önünə gətirin. O minlərin, onminlərin yaşadıqları faktiki olaraq Azərbaycanın həmin dövrdəki gəncliyini, insanlığını məhv etdi. Hər gün çiyinlərinin arasına “5 nərmin” yerləşən, Əli Kərimin təbirincə desək, gensinə, çatmaqaş oğulların meyitlərini qarşılayırdı atalar, analar, bacılar. Onlar öz evlərini, ocaqlarını, ana-bacılarını qorumaq üçün, ermənilərin gizli şəkildə kəndlərə girib girov götürdükləri və hər gün zorladıqları nərminlərin sayının artmaması üçün ölürdülər.

Arxa cəbhədə də insanlar faktiki olaraq məhv olmuşdu – hər gün alınan xəbərlərdən, acılardan, ağır iqtisadi durumdan, xəyanət soraqlarından...

O dövrü yaşayanlar xatırlayırlar: bütün ermənilər bizə nifrət püskürürdü – 7-dən 77-yə “yan”lar qanımıza susamışdı. Dünənə qədər bizim üçün ölümdən keçməyə hazır olduğunu “nümayiş” etdirən “kirvələr” bizi öldürmək üçün hər şeydən keçirdilər.

Tam əminliklə deyirəm ki, indi də elədirlər. Azacıq fürsətləri olarsa, Xocalıda girov götürdükləri 1200 qız-gəlinin sırasına yeni nərminləri qatıb, səhərisi Azərbaycan oğullarını (Yəni Mübarizləri) “üzəçıxdıya” çağıracaqlar.

Anlaya bilirsinizmi ki, nərminləri girov götürüb aparandan sonra səhəri gün Mübarizlərin üzəçıxdıya, qızgördüsünə çağırılması nə deməkdir?

İkincisi, ermənilər rusların sayəsində son yüz ildə 4 mindən çox kəndimizi dağıdıb, 600-ə yaxınını yer üzündən silib, bir milyon beş yüz mindən çox azərbaycanlını qətlə yetirib. Və bu, təkcə Zəngəzurda, Meğridə, Qafanda, Göyçədə, Qarabağda olmayıb – Sulduzda, Urmiyada da... olub. Hamilə qadınların belinə qaynar samovar bağlayıb onların yana-yana qaçmasından zövq alıblar, uşaqları Spitakda su borularına doldurub, ağzını qaynaqlayıb, son nidalarına şampan partladıblar; qocaları diri-diri çuxura atıb, üstünü torpaqlayıblar...

1887-ci ildə İrəvanda azərbaycanlıların sayı əhalinin 87 faizi qədər idi (Çar Rusiyasının apardığı siyahıyaalmada). Qarabağdakı ermənilərin sayının çoxluğundan isə ümumiyyətlə, söhbət gedə bilməzdi.

İndiki mənzərəyə baxın!

Üçüncüsü, kiçik xanım deyir ki, Mübariz döyüş vaxtı öldürsəydi, başa düşərdi, “amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır”.

Nərmin və ya Nərmin düşüncəsinə düşənlər, siz dərk etmirsiniz ki, Azərbaycan 30 ildən artıqdır müharibədədir?! Bunun hüquqi-siyasi adı belədir – müharibə şəraiti. Yəni ermənilərlə atəşkəs əldə olunub, müharibə isə bitməyib, davam edir.

Hər gün döyüş gedir – cəbhədə, Brüsseldə, Strasburqda, Nyu Yorkda; Parisdə, Vaşinqtonda, Moskvada... NATO-da, KTMT-də, AB-də, AİB-də, Minsk Qrupunda və diasporlarda...

Bu savaşlarda hamı iştirak edir – başda da başdakılar!

“Vətəni itirmək təhlükən olmadan” yazır gəncimiz. O postlarda duran ermənilər bizim vətənimizdədirlər, bizim əlimizdən alınmış torpağımızdadırlar, onları bura göndərən də, burda xidmət çəkən də hədəfimizdir. Erməni snayperlər istənilən an Mübarizləri hədəfə götürürlər və ilk fürsətdəcə öldürürlər. Ön cəbhədəki Mübarizləri təsəvvür edirsinizmi?

Etmirsiniz! Mübarizlərin hesabına Bakıda oturub, qışda istilik bir qədər az gələn kimi hökuməti var-yoxdan çıxaranlar, dodaqlarını qabağa uzadıb çəkdikləri selfilərini sosial şəbəkədə paylaşanlar, Madonnanı özünə kumir seçənlər, Nazın dodağına, qazın dalına baxanlar nə bilsin Murovda Mübarizlər gözünü qırpa da bilmir düşmənin əlindən!

Dördüncü: Bilirsinizmi Mübariz hansı psixoloji hücumlardan sonra silaha sarılıb, “hərbi hissəni özbaşına tərk edib”?

Ermənilərin hər gecə, fürsət tapdıqca yaxın səngərlərdən qışqırdıqları atmacaları, ratsiya ilə verdikləri qıcıqları cəbhədə düşmənlə üz-üzə aylarını, illərini verən gənclərdən soruşun. Soruşun, öyrənin görün onlar girov götürdükləri azərbaycanlı nərminlərin “səsini çıxarmaqla” azərbaycanlı əsgərlərə necə təsir edirlər. Onları ideallaşdırmağa, evlərinə getmək üçün günlərini sayan kimi təsvir etməyə, günahsız olduqlarını sübuta yetirməyə tələsmə: əmr verilən kimi Mübarizlərin üstünə atılan çaqqal sürüsüdür o Azərbaycan torpağında əsgərlərimizlə üz-üzə duran ermənilər. Mübariz İrəvanda arvadının qoynunda xoruldayan dığanı öldürməyib, Azərbaycan əsgərinə silah tuşlayan, bir əmrlə azərbaycanlı gənci öldürməyə hazır olan sürüyə hücum edib; həm də günlərlə “bacılarınızla burda kef edirik, kişiliyiniz varsa, gəlin” deyən erməni dığalarına hücum edib, həm də təkbaşına.

Beşincisi: 90-cı illərdə bizim nəslin əfsanələşən igidləri az deyildi. Mübariz isə, Fərid isə Azərbaycanın 21-ci əsrinin – ilk növbədə siz gəncliyin əfsanələridir. Əfsanələr müzakirə olunmur, tənqid edilmir, onlara münasibət birmənalı olur. Onlar nərminlər zorlanmasın deyə, erməni dığalar cəbhədə azərbaycanlı əsgərlərin heysiyyatı ilə oynamasın deyə, ermənilər mülki əhaliyə atəş açmasın deyə və nəhayət, ermənilərin oturduğu postların, ərazilərin Azərbaycana aid olduğu və bir gün o torpaqları geri qaytaracağımıza ermənilərdə heç bir şübhə yeri qalmasın deyə öldülər və ölürlər...

Savaş vaxtı qəhrəman olmağa nə var ki! Özünü müdafiə edərsən, arxan-dayağın yanındakı əsgər qardaşın, komandirin olar və sən də - əlbəttə ki, cəsarətlisənsə - Allahın lütfü ilə qəhrəmanlıq göstərərsən.

Mübariz qəhrəmanlıq göstərmədi! Mübariz sıradan qəhrəman deyil! Mübariz “mən getdim ölməyə, ölənə qədər düşməndən gücüm çatanı öldürəcəm” düşüncəsi ilə təkbaşına erməni ordusuna hücuma keçən, ölümü göz altına alan yox, məhz ölümə gedən Əfsanədir!

“O qayıtsaydı, burda mühakimə olunacaqdı, çünki hərbi hissəni özbaşına tərk etmişdi” yazır gəncimiz.

Siz Mübariz əfsanəsini anlamırsınız ki! Dərk etmirsiniz ki! Əziz gəncimiz, Mübariz 5 erməni öldürüb qayıtmağa getməmişdi! Mübariz qayıtmamaq üçün getmişdi! Getmişdi ki, bu Torpaq üçün, bu Vətən üçün, girovluqda qalan nərminlər üçün, Bakıda yaşamağın dadını çıxaran nərminlər üçün, onu müzakirəyə çıxaracaq nərminlər üçün ölsün!

Anlayırsınızmı?

Mübariz nəyi sübut etdi, bilirsinizmi? Sübut etdi ki, 90 min ordunun qarşısına 7 nəfərlə çıxan Türk oğlu türklər haqda əfsanə sizin düşündüyünüz əfsanə deyil, realdır, faktdır.

Mübariz göstərdi ki, ölüm 20 yaşda da olar, 70 yaşda da – bu dünyadakı illərin heç bir fərqi yoxdur. Ancaq yaşamın missiyası var, doğulanın vəzifəsi var – bu vəzifə 20 ilə də tamamlanar, 70 ilə də.

Mübariz öz missiyasından qaçmayan, Azərbaycan gəncinə öz missiyasını xatırladan gözümüzün önündəki əfsanədir, rəvayətdir, mifdir, tarixdir. Heç kimin əfsanə, tarix, mifə qarşı çıxmaq, onu mühakimə etmək səlahiyyəti yoxdur!

...Və nəhayət sonuncu: Mübarizlər olmasa, siz erməniyə sevginizi bildirə, bu statusunuzu yaza, sonra da özünüzə haqq qazandırmaq üçün video paylaşa bilməzdiniz.

Əgər Mübarizlər olmasa, siz indi ermənilərin əsirliyində Allah bilsin nələr çəkirdiniz!

Bir də, heç vaxt unutmayın, siz çox tolerant ölkədə yaşayırsınız – yoxsa belə arın-arxayın hələ də fikirlərinizi davam etdirə bilməzdiniz. Əgər Ermənistanda olsaydınız, sizi çoxdan baş-ayaq eləmişdilər.

Bu qədər yetər yəqin – savadlı, işıqlı gənclərsiniz, gerisini özünüz də anlayarsınız...

kult.az
Bu qidaları gecə yeyib kökəlməmək olarTriptofan çatışmazlığı yuxu, damar və ürək problemlərinə səbəb olar.

Gecə vaxtı yemək yeyən insanlar üçün zərərsiz qida rasionu açıqlanıb.

Mütəxəssislər ilk növbədə toyuq döşünə diqqət yetirməyi məsləhət görürlər.

Toyuq döşündə triptofan (yaxşı əhval amin turşusu) var. Triptofan çatışmazlığı yuxu, damar və ürək problemlərinə səbəb olar.

Siyahıda həmçinin qatıq, balqabaq, balıq, toyuq yumurtası və banan yer alıb. (oxu.az)
Azərbaycanlı PR mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətindəİctimaiyyətlə əlaqələr (PR) üzrə azərbaycanlı mütəxəssis Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (İPRA) “Eventiada IPRA Golden World Awards 2018” müsabiqəsində münsiflər heyətində yer alıb. Bu barədə müsabiqənin rəsmi internet səhifəsində - https://www.ldfforum.com/en/ məlumat verilib.

Münsiflər heyətinin tərkibində iştirak etmiş İlham Məmmədovun (Məmmədzadə) sözlərinə görə Moskvada keçirilən beynəlxalq müsabiqəyə 01.09.2017-01.10.2018 tarixləri aralığında icra edilən layihələr təqdim edilib. Müsabiqənin predmetləri gənclər, şirkətlər, agentliklər, yerli və regional icra orqanları, peşəkar assosiasiyalar, universitetlər və digər tədris və ixtisaslaşmış müəssisələr tərəfindən reallaşdırılmış kommunikasiya layihələri təşkil edib.

PR mütəxəssis bildirib ki, müsabiqəyə təqdim edilən layihələrə qarşı bir sıra tələblər irəli sürülüb. Belə ki, bu layihələr özündə etik qaydalara cavab verməli, spirtli içkilər, tütün məmulatları, zorakılıq, milli və digər ayrıseçkiliklər daşımamalıdılar: “Müsabiqəyə dünyanın 20-ə yaxın ölkəsindən 10 nominasiya üzrə yüzdən artıq layihə təqdim edilmişdi. Bunlar “Korporativ kommunikasiyalar”, “Rəqəmsal və SMM Layihələr”, “Sosial layihələr”, “İlin ən yaxşı tədbiri”, “İctimai layihələr”, “Ümumi layihələr”, “Marketinq kommunikasiyaları”, “Ən yaxşı könüllü layihəsi”, “Ən yaxşı mədəni layihə” və “İdman kommunikasiyası sahəsində ən yaxşı layihə” nominasiyaları olub”.
İ.Məmmədzadə yaxın gələcəkdə bu müsabiqənin Azərbaycanda da baş tutacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, İlham Məmmədzadə (Məmmədov) uzun illər ölkə mediasında jurnalist kimi, daha sonra isə dövlət və özəl sektorda ictimaiyyətlə əlaqələr sektorunda rəhbər vəzifələrdə çalışıb. O, həmçinin “Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının” (APRA) həmtəsisçisi, “Baku School of Public Relations” şirkətinin rəhbəridir. Hazırda İlham Məmmədov “Veysəloğlu” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəridir.
Mətbuat Şurası saytlardan edilən şikayətlərə baxıbMətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Avrasiya.net-in məlumatına görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

“Kür-Xəzər” Xeyriyyə cəmiyyəti ictimai birliyinin sədri Akif Kərimovun “Təzadlar” qəzeti və “təzadlar.az” saytı barədə şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, “təzadlar.az” saytında yayımlanan və şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) balans prinsipi pozulub. “Akif Kərimovun 200 min dollara işə düzəltmə qalmaqalı” adlı yazıda ciddi ittihamlar yer alsa da, qarşı tərəfin rəyi soruşulmayıb, mövqeyi öyrənilməyib. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Təzadlar” qəzeti və “təzadlar.az” saytına MŞ tərəfindən xəbərdarlıq edilib. Tərəflər razılaşıblar ki, yazıda adı keçən və ittiham olunan tərəflərin fikirlərinin açıqlanması üçün saytda şərait yaradılsın.

“Biləcəri Təmir Quraşdırma” QTSC-nin sədri Nazim Tahirovun “dia.az” və “teref.az” saytına qarşı şikayətini araşdıran komissiya müəyyən edib ki, şikayətçidə narahatlıq doğuran materialda “Biləcəri Təmir Quraşdırma” QTSC və onun sədri Nazim Tahirov barəsində ciddi ittihamlar var. “Dia”az saytı qarşı tərəfin rəyini öyrənib dərc etsə də, bu, öncəki materialda əks edilmiş ittihamlara adekvat olmayıb. Komissiya hər iki sayta tövsiyyə edib ki, qarşı tərəfin mövqeyinin uyğun şəkildə işıqlandırılması üçün şərait yaradılsın. Tərəflər rəylə razılaşıblar.

Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun “cahan.info”, “afn.az”, “bakupress.az saytlarına qarşı şikayətini araşdıran komissiya müəyyən edib ki, adı çəkilən saytlarda RTŞ barədə dərc edilən materiallarda AJPDQ-nın prinsipləri pozulub. Faktlar tələsik, dəqiqləşdirilmədən və qarşı tərəfin rəyi öyrənilmədən yayılıb. MŞ adından tövsiyyə edilib ki, adı keçən xəbər saytları qarşı tərəfin mövqeyinin işıqlandırılmasına şərait yaratsınlar və bənzər yanlışlar təkrarlanmasın. Tərəflər rəylə razılaşıblar.

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun, Şamaxı rayon sakinlərinin “cahan.info” saytına qarşı şikayətinin araşdırılması zamanı da bənzər xətalar üzə çıxıb. MŞ adından tövsiyyə edilib ki, adı keçən xəbər saytı qarşı tərəfin mövqeyinin işıqlandırılmasına şərait yaratsın. Tərəflər rəylə razılaşıblar.
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti göstərən  22 casus ifşa edilibDekabrın 14-də Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­ib.

Avrasiya.net xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavi­rədə hesabat məruzəsi ilə çıxış edib.

Elçin Quliyev Dövlət Sərhəd Xid­mə­tinin tərkibində 4 silahlı birləşmənin - Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüv­və­lərinin, Sahil Müha­fizə­sinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəa­liyyətin daha da optimallaş­dırıldığını qeyd edib.

Bildirib ki, Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbay­can Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib.

O, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Döv­lət Sər­həd Xid­mə­tinin Sərhəd Qoşunları tərəfindən təşkil olunduğunu, hazırda bu istiqa­mət­də dövlət sərhədinin mühafizəsi sisteminin ya­ra­dıl­ması məqsədilə ardıcıl və dina­mik işlərin həyata keçirildiyini vurğulayıb.

Elçin Quliyev Ali Baş Komandanın bu qəra­rının Azərbaycan Respublikasının Müdafiə Na­zir­liyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni eh­tiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının güclən­dirilməsinə yönəldiyini söylləyib.

Müşavirədə bildirilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2018-ci ildə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib.

Xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərər­sizləşdirilib.

Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanıl­ıb.

38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

İl ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecə­görmə cihazı aşkar olunub. O cümlədən, iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qar­şısı alınarkən silahlı sərhəd pozucuları ilə atış­mada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib. Əməliyyat-axtarış və qoşun təd­birləri nəti­cəsində 29 noyabr tarixində dövlət sər­hədinin pozulmasının qarşısı alı­narkən baş vermiş atışma zamanı sərhədçilər tə­rəfindən şəxsi şücaət nümayiş etdi­rilib, çavuş R.Kurupovun ayağından yaraladığı sərhəd pozucusu saxlanılıb.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzə­rilərinə düşən və­zifələri və Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri vurğulanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltif­ləri təqdim olunub.