Biləcəri bələdiyyəsi 9 ayın yekunun hesabatını veribBiləcəri bələdiyyəsinin inzibati binasında 2017-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev və bələdiyyə kollektivi iştirak edib.

Biləcəri bələdiyyəsinin sədi Hikmət Quliyev iclası giriş sözü ilə açaraq 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuş və hələdə görüləsi işlərin olduğunu vurğulayıb.

Sonra yığıncaqda Biləcəri bələsiyyəsi sədrinin 26.10.2017 – ci ili tarixli 01-08/12-ü saylı əmri Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri S.Əliyeva tərəfindən səsləndirilib və əmrə əsasən bələdiyyənin bir neçə əməkdaşı təşəkkürnamə və maddi həvəsləndirmə ilə təltif edilib.
Biləcəri bələdiyyəsi 9 ayın yekunun hesabatını verib
Biləcəri bələdiyyəsi 9 ayın yekunun hesabatını verib
Azərbaycanda terror təhlükəsi - Deputatdan mühüm mesaj: “İŞİD-çilər ölkəmizə üz tutub...”Dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Milli Şuranın mitinqində terror planlaşdıran dəstə üzvlərinin məhv edildiyi ilə bağlı məlumat yayıb. Kifayət qədər ciddi bir hadisə baş versə də, müxalifət düşərgə sosial şəbəkələrdə bunun siyasi oyun kimi təqdim etdilər. Lakin bu, Azərbaycanda planlaşdırılan ilk terror faktı deyil. Bu il ərzində bir neçə dəfə DTX ölkəmizdə terror törətmək istəyənlərin zərərsizləşdirildiyi ilə bağlı rəsmi məlumat yayıb. Bunlardan biri isə hətta Milli Məclisin binasında planlaşdırılmış.

Bəs kimlər Azərbaycanı hədəf alıb?

Mia.az xəbər verir ki, məsələ ilə bağlı BakuPost.az-a danışan Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Zahid Oruc bildirib ki, ələ keçirilən adamlar inanclı kəsimdən olsalar da, onların dini ekstremist qruplaşmalarla nə dərəcədə əlaqəli olduğunu demək çətindir: "İŞİD yarandıqdan sonra ekspertlər, siyasətçilər hamısı həyəcan təbili çalırdı. Hər kəs bir sualı verirdi: İŞİD dayaqlarına zərbə vurulandan, yuvaları dağıdılandan sonra sağ qalan birləşmələr hara üz tutacaqlar? İŞİD çıxarıldığı ərazilərdə bayrağını endirib, harada qaldıracaq?

Elə bilin ki, həmin o dövr gəlib çatıb. İŞİD-ə ciddi zərbə vurulur, məskunlaşdığı yerlərdən çıxarılır.

DTX-nın zərərsizləşdirdiyi həmin adamların ləqəblərindən görünür ki, bu sahədə "əməkləri” olmuş şəxslərdir. Hətta onların içərisində əmir rütbəsinə qədər yüksələnlər var. Bu o anlama gəlir ki, casus kimi ələ keçirilən, terror şəbəkəsinin yeminə çevrilmiş adamlar, təəssüf ki, inanclı kəsimdən olanlardır. Bu adamların etiqadından istifadə edən konkret mərkəzlər mövcuddur. Dünən zərərsizləşdirilən adamların həmin dini ekstremist qruplaşmalarla əlaqəsi varmı, bu suala cavab vermək çətindir”.

Plan baş tutsaydı, nələr ola bilərdi?

Millət vəkili düşünür ki, o adamların planları baş tutsaydı, bu, Azərbaycanda qarışıqlıq salmaq istəyən qüvvələrin mənafeyinə işləyəcəkdi:"Azərbaycanın ən böyük sərvəti sabitliyidir. Lakin düşünün ki, hansısa qüvvələr hər hansı bir kütləvi aksiyanı hədəf götürərək, ora zərbə vururlar. Burada həyatını itirən insanlar hansı cinahdan, hansı siyasi mənsubiyyətdən getmələrindən asılı olmayaraq, birinci növbədə terrorçu qüvvələrin niyyəti baş tutmuş olacaq.

İkincisi, onların niyyəti odur ki, camaata "dövlət sizi qorumur, bizimlə hesablaşın” mesajını verə bilsinlər.

3-cüsü isə, şübhəsiz ki, Avropada ixtisaslaşmış tənqidçi siyasi mərkəzlər bununla Azərbaycan hakimiyyətini daha çox tənqid etmək imkanı qazanmış olurlar. Ona görə də təhlükəsizlik məsələsində müxaliflik etmək olmaz. Hər kəs bu məsələdə dövlətin müvafiq qurumlarının yanında olmalıdır”.

"Hakimiyyət terror planıyla bağlı məlumat yaydı ki, Milli Şuranın mitinqinə gələn olmasın, yaxud da az olsun” fikirlərinə də münasibət bildirən millət vəkili bunun boş xəyal məhsulu olduğunu deyib:"Milli məsələlərdə bəzən amansız yanaşmalar bizdə təəssüf doğurur. "İnsanların kütləvi toplaşdığı yerlərdə qəddar plan baş versin və bu, cəmiyyətdə xofu, qorxunu gücləndirsin” məramına dayalı bir əməliyyat zərərsizləşdirilib. Buna görə dövlətə minnətdar olmaqdansa, adamlar bunun üzərində siyasət qururlar və anti-iqtidar təbliğatı aparırlar. Əli Kərimlinin burnu qanasa, onun çevrəsində qərarlaşmış səfirliklər və müxtəlif növbətçi ixtisaslaşmış beynəlxalq təşkilatlar bunu da dövlətin üzərinə atacaqlar, müxtəlif bəyənatlarla çıxış edəcəklər.

Ancaq adamların fiziki varlığı hifz edilir, burada da bir düşmən niyyəti axtarırlar. Axı əməliyyatda zərərsizləşdirilən konkret adamların adları çəkilib. Əməliyyatın məkanı, ünvanı göstərilib. Bu admaları sabah təhlükəsizlik orqanına dəvət edib planla tanış etməlidirlər ki, nələr olub? Yalnız bundan sonra vətəndaş mövqeyi göstərəcəklər?

Bunu 28 oktyabr aksiyasının ideolojisinə çevirmək, hakimiyyətin texnologiyası saymaq təəssüf hissi doğurur. Hər bir məsələdə müxalifətçilik aramaq nə deməkdir? Düşünün ki, müxtəlif ölkələrin əli ilə hansısa terrorçu qruplaşmanın silahlı bir hissəsi gəlib o çevrədə özünə yer eləyib... Günlərlə, aylarla, sağdan soldan, ayrı-ayrı qitələrdən bəyanatlar eşidiləcəkdi.

Bəlkə bunlara özlərinin ölümü doğrudan da lazımdır? Bəlkə hesab edirlər ki, yalnız bu vasitəylə insanları hakimiyyət üstünə qaldıra bilərlər? Bu, fəlakət nəzəriyyəsidir. Həmin informasiyaya şübhəylə yanaşmaq terror planlaşdıranlarla eyni müstəvidə hərəkət etmək deməkdir”.

Zahid Oruc əhaliyə tövsiyə də verib: "Dövlət Təhlükəsizlik Xidmətinə bu işlərdə yardım etmək lazımdır.

Yaxınımızın, qonşumuzun o şəbəkənin içərisində olduğunu, hansısa əməliyyatlarda iştirakını biliriksə, bu məlumatları paylaşmaq lazımdır. Sistem nümayəndələrinə çatdırmaq lazımdır.

Övladını amansız savaşın içinə verənlər, hansısa şəbəkələrə cəlb olunanlar, yaxud varlanmaq ehtirasıyla bu işlərə qoşulanlar varsa, bu, adamları tanıyanlar öz ailəsinin imicini, adını düşünmədən yaxınlıqdakı təhlükəsizlik orqanlarına getməlidir, məlumat verməlidir. Burada güzəşt mövqeyi seçilə bilməz”.
Seks zamanı baş verə biləcək 7 təhlükəli halSeks sizdə əvəzolunmaz hisslər buraxa bildiyi qədər, mənfi tərəfdən də unudulmaz ola bilər. Beləki, əgər siz seks zamanı ehtiyatlı olmasanız sizin cinsi orqanınız (penis) qırıla bilər, kəsilə bilər, zədələnə bilər. Bu cür hadisələrdən qorunmaq üçün bu məqaləni diqqətlə oxuyun.

Cinsi orqanın qırılması

Sizin penisinizdə sümük olmasa da, burada xüsusi kavernoz adlanan qan damarları var ki, ehtiraslandığınız zaman onlar qanla dolur və nəticədə penisiniz durmuş və bərkimiş vəziyyətə çatır. Öz penisiniz barəsində doldurulmuş təkər kimi düşünün. Əgər kəsici bir şeylə toxunarsa və ya güclü yükə düşərsə sizin penisinizin qırılması baş verə bilər.

Bu hal baş verərsə sizin penisiniz dərhal şişir və göyərir, siz dərhal ereksiyanı itirirsiniz. Ən tez zamanda həkimə müraciət etmək lazımdır. Qırıq əməliyyat yolu ilə bərpa edilir. Sərt seksdən özünüzü qoruyun. Xüsusən də belə hallar “qadın üstdə” pozasında baş verir.

Sürtünmədən qızartı

Əksər kişilər nəmləndirici xüsusi vasitələrdən istifadə etmirlər və cinsi münasibətə girən zaman qadının vaqinası qurudursa sizin penisiniz sanki sümüyə sürtünmüş kimi olur. Əgər bu hal baş vermişdirsə sakitləşdirici losyonlardan istifadə edin və seksə qızartı və sızıltı keçənə qədər fasilə verin.

Xüsusi halqalar

Bəzi kişilər ereksiyanı daha uzunmüddətli etmək üçün xüsusi penis halqalarından istifadə edirlər. Lakin ehtiyatlı olun, halqanın penisi sıxması və uzunmüddət onun çıxardılmaması penisə qan axınını azalda bilər və penis şişər. Bu halda sizə artıq FHN işçiləri kömək etməli olacaqlar. Əgər belə bir ideya ağlınıza gəlibsə xüsusi bağlanıb açılan yeri olan halqalardan istifadəni qəti məsləhət edirik.

Sorma yerləri

Əgər tərəfdaşınız orals seks “ustasıdırsa”, intensiv sorma nəticəsində penisiniz üzərində göyərmələr, qızarmalar baş verə bilər. Bu zaman heçnə etmək lazım deyil, bir neçə günə keçəcək. Lakin bir həftənin sonunda keçmədisə, həkimə müraciət etməyiniz məsləhətdir.

Dişləmək

Bir çox qadın oral seks zamanı penisi dişləməyi xoşlayır. Ehtiyatlı olun! Ehtiras zamanı bu addım təhlükəli ola bilər. Dərin yara yaranarsa infeksiyanın düşmə ehtimalı çox yüksəkdir. Bu baş veribsə antibakterial kremlərdən dərhal istifadə edin, yaxşı olar ki, həkimə müraciət edəsiniz və antibiotik müalicəsi aparasınız. Kiçik yaralar (cızıq, diş yeri) antibiotik mazları ilə sağaldılır.

Penisdə ağrı

Uzunmüddətli seksin yekununda penisiniz, güclü qan axınının nəticəsində qarala bilər və ağrılar ola bilər. Əgər bu ağrılar səhərisi gün də keçməyibsə yenə də qorxmağa bir səbəb yoxdur. Yeni macəralara hazırlaşın!

Xayalarda ağrı

Seks zamanı sizlər xayalarınızda ağrılar hiss edə bilərsiniz. Bu əsasən qadının oları dartmağından, oynatmasından və ya sıxmasından baş verir. Yadınızda saxlayın ki, xayalar çox həssasdırlar. İntensiv orqazm da ağrılara gətirə bilər. Lakin bu halda qorxmağa ehtiyac yoxdur.

idol.az
Generalın həbs edilən bacısı oğlu kimdir?Bakıda məhbusların qaçması faktı ilə bağlı həbs olunan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı, qarovul rəisi Ceyhun Səmədov şəhid ailəsinin üzvüdür.

"Report" xəbər verir ki, C.Səmədovun qardaşlarından biri - Gülümxan Hüseyn oğlu Səmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda döyüşlərdə şəhid olub. Belə ki, 1994-cü ilin martın 21-də Daxili Qoşunların kəşfiyyatçısı kimi ermənilərlə döyüş zamanı Gülümxan Səmədov əsgər yoldaşları Faiq Rzayev və Tofiq Abdullayevlə birgə minaya düşərək, dünyasını dəyişib. G.Səmədov Bakının Keşlə qəsəbəsindəki şəhid qəbiristanlığında torpağa tapşırılıb. Hazırda Keşlədə ailə üzvlərinin yaşadığı evə xatirə lövhəsi vurulub.

Çoxuşaqlı ailənin övladı olan C.Səmədov əvvəllər daha iki qardaşını itirib. Qardaşlarından daha biri - Rafael Səmədov da hərbi xidmət vaxtı bədbəxt hadisə nəticəsində vəfat edib.

Qardaşı Oqtay Səmədov "Report"a qeyd olunan məlumatları təsdiqləyib. O, hazırda istintaq getdiyi üçün açıqlama vermək istəmədiyini, lakin iki qardaşını Vətən yolunda itirən, şəhid ailəsinin üzvü olan C.Səmədovun dövlətin qanunlarına zidd əmələ yol verməsinə inanmadığını bildirib.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Kriminal aləmdə tanınan Ə.Ağaminin “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb,

Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ceyhun Səmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.
Deputatlar laçınlı məmurun cəzalandırılmasını tələb edirlərFüzuli Tanirverdiyevin məsuliyyətə cəlb edilməsi ilə bağlı hələ rəsmi qurumlardan heç bir cavab almamışıq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov sosial şəbəkələrdə İraq Kürd Muxtariyyətinin “müstəqilliyinə” dəstək verən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevlə bağlı danışarkən deyib.

“Bu məmur Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyib. Ona görə də o, birmənalı şəkildə cəzalanadırılmalıdır. Bildiyiniz kimi, bir müddət öncə həmkarlarımla birlikdə məsələ ilə bağlı rəsmi qurumlara müraciətimizi ünvanlamışıq. Gözləyirik, hələ müraciətimizə cavab verilməyib”, - V.Əhmədov bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də həmkarının fikirlərinə qatılaraq, bu məsələdə onu dəstəkləyib:

“Həmin şəxs açıq şəkildə İraq Kürd Muxtariyyətində keçirilən “müstəqillik” referendumuna dəstək nümayiş etdirib. Bu kimi hərəkətlər ölkəmizin siyasi mövqeyinə bə beynəlxalq hüquq normalarına ziddir. Azərbaycanın rəsmi mövqeyinə qarşı çıxan adam necə rəsmi görəv daşıya bilər? Biz qəti şəkildə bunu pisləyirik və zəruri tədbirlərin görüləcəyinə də ümid edirik”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, xocalılı millət vəkili Elman Məmmədov da bir daha Laçın Rayon İcra Hakimiyyətini Azərbaycan dövlətçiliynə ziyan vuran Füzuli Tanirverdiyevlə bağlı tədbir görməyə çağırıb:

“Ümumiyyətlə, bir millət vəkili olaraq separtizmə dəstək verənlərin, ona şərait yaradanların və bu təhlükəyə laqeyd olanların hamısına qarşıyam. Bu qəbulolunmazdır. 30 ilə yaxındır ki, Azərbaycan separtizmdən əziyyət çəkir. Ona görə də də Azərbaycanda dövlət məmuru bu cür mövqedə ola bilməz”.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib.

Azərbaycan rəsmi olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və dünyada baş verən bütün separatizmlərə qarşı olduğunu bildirib. Dövlətin bu siyasi mövqeyindən sonra bir məmurun separatizmə açıq dəstəyi cəmiyyətdə narahatlıq yaradıb.

Baş Prokurorluq olayı nəzarətə götürdüyünü və araşdırma aparıldığını, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli isə sözügedən məmurla bağlı ölçü götürüləcəyini bildirsə də, aradan bir ay ötməsinə baxmayaraq, nə Baş Prokurorluğun araşdırması başa çatıb, nə də Laçın RİH hər hansı ölçü götürüb.
Referendumu dəstəkləyən laçınlı məmur hələ iş başındadırİraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev vəzifəsinin icrasına davam edir.

Bu barədə Axar.az-a Laçın Rayon İcra Hakimiyyətindən bildirilib. Başçının birinci müavini hüquq şöbəsinin müdiri F.Tanirverdiyevin hər hansı cəza alıb-almadığı barədə danışmayıb.

Xatırladaq ki, F.Tanirverdiyev İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirmişdi. İndi də sosial şəbəkələrdə Bərzani sevgisini gizlətməyən F.Tanirverdiyev dayanmadan İraq Kürd Muxtariyyətinin separatçı rəhbərinin fotolarını paylaşır.

Bütün bunlar azmış kimi, F.Tanirverdiyev dövlətimizi də şantaj edərək bildirmişdi ki, millətçi çıxışlarına görə cəzalandırılacağı təqdirdə pasportu və hərbi biletini yandıracaq.

Sitat: “Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm”.

Məsələ ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli şöbə müdiri Fizuli Tanirverdiyev barəsində ölçü götürüləcəyini vəd etmişdi. Mediaya açıqlamasında icra başçısı bildirmişdi ki, məsələ diqqətindədir və lazımı ölçü götürüləcək.
77 yaşlı anasını zorlayan şəxsə hökm oxunduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını zorlamaqda və oğurluq etməkdə təqsirəndirilən 1971-ci il təvəllüdlü Telman Yusubovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo” xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə T.Yusubov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Biləcəri qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Telman Yusubov evlərində 1940-cı il təvəllüdlü anasına işgəncə verərək zorlayıb. O, sexdən təkər oğurlamağa görə də ittiham edilir.

Təqsirləndirilən T.Yusubov bundan öncə də dəfələrlə məhkum olunub. Belə ki, 1996-cı ildə 5 il azadlıqdan məhrum edilib. 2003-cü ildə narkotika görə 1 il 6 ay, 2009-cu ildə oğurluğa görə 4 il cəza alıb. 2013-cü ilin mayında azadlığa çıxıb, o vaxtdan da 202 saylı marşrut avtobusunda sürücü işləyib. Həmin müddətdə də Biləcəridə anası ilə yaşayıb.
Rəşad Dağlı “Lotu Quli”nin ziyafətində - VİDEOXəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan kriminal avtoritet, "Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa buraxılıb.

Artıq bir neçə gündür Nadir Səlifovun həbsdən çıxması böyük coşqu ilə qeyd edilir. Onun şəninə hətta ziyafət də təşkil edilib.

Həmin ziyafətlərin birində məşhur meyxanaçılar Rəşad Dağlı, Orxan Lökbatanlı, Vasif Əzimov və digərləri də iştirak ediblər.

Rəşad Dağlı məşur avtoritetlə bağlı belə bir qafiyə deyib: "Quli də bizimdi, Namiqdə bizimdi...”

Qeyd edək ki, "Lotu Quli"nin qardaşı "Lotu Namiq"də azadlığa çıxıb.


unikal.org
Lotu Quli əlində tapança ilə - İstanbulda ilk fotosuAzadlığa çıxmış “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) İstanbuldadır.

Kriminal avtoritet ailəsinin və yaxın dostlarının əhatəsindədir.

Nadir Səlifovun azadlığa çıxdıqdan sonrakı ilk fotoşəklini təqdim edirik. Şəkildə kriminal avtoritet qardaşı, “qanuni oğru” Namiq Səlifovla birlikdə çəkdirdiyi fotoda hər ikisinin əlində tapança olduğu aydın görünür.

Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün N.Səlifov Gürcüstana getmişdi.
QHT “Kitab üzərindən açılan dünya“ adlı layihəsinə start verdiAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Kitab üzərindən açılan dünya“ adlı lahiyəyə artıq start verilib.

Birlikdən verilən məlumata görə hazırda lahiyənin icrasıyla bağlı hazırlıq işləri davam edir. Layihənin əsas məqsədi gənclər arasında kitaba münasibətin araşdırılması, onlara kitabın ərsəyə gəlməsində çəkilən zəhmətin dəyərləndirilməsini aşılamaq və kitab oxumağın insanın dünya görüşündə, düşüncəsində yaratdığı dəyişikliyi aşkarlamaqdan və hətta belə onların peşə seçimində rolunu təbliğ və təşviq etməkdən ibarətdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilmişdir. Strategiyanın əsas məqsədlərindən biri də qeyd olunan müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək və həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etməkdən ibarətdir. Eyni zamanda yeniyetmə və gənclərə peşə seçimində kitabın rolunun nə qədər önəmli olduğunu aşılamaqla bərabər kitab istehsalının nə qədər əziyyət tələb edən bir proses olduğunu çatdırmaqdır. Bəlkə də kənardan baxdığımızda bu bizim üçün bir o qədər də çətin görünmür. Lakin işlə yaxından tanış olduqdan sonra insanların həyatında kitabın rolunu anlamaq çətin deyil. Məhz bu prosesin yeniyetmə və gənclərin bu istiqamətdə məlumatlandırılmasına ehtiyac var.

Qeyd edək ki, layihənin icrası üç ay müddətində ( 15.09.2017 -15.12.2017 ) Bakı şəhəri Nizami rayonunun 4 tam orta məktəblərini əhatə edir.