Seksin 22 xeyri (18+)1. Kökəlməyinizə maneə törədir:

Bəli, yarım saatlıq bir yataq otağı kefi ilə 200-250 kalori yandıraraq kilo verə bilər, istəksiz kilolarınızdan xilas ola bilərsiniz.

2. Ürək-damar sağlamlığınızı qoruyur:

Belfast Queen's Universitetində 1000 kişi təcrübəlik üzərində edilən işin nəticələrinə görə həftədə üç və ya daha çox seks edən kişilərdə infarkt risklərinin yarı yarıya azaldığı göstərilmiş.

3. İflic olma riskini azaldar:

Yenə eyni işin nəticələrindən biri də nizamlı seks ilə qadın və kişilərin enmə (iflic) risklərinin azaldığı.

4. Yuxusuzluq probleminizi aradan qaldırır:

Cinsi əlaqə əsnasında salınan və bədənin təbii morfinləri olaraq bilinən"endorfin" ifrazatı ilə bədən rahatlamaqda və əlaqə sonrası yerini gözəl bir yuxuya buraxır.

5. Qoxu duyğunuz inkişaf edir:

Orgazm əsnasında beynin hipofiz bölgəsindən ifraz olunan "prolaktin" hormonu sayəsində beynin qoxu hiss etmə mərkəzi xəbərdar edilir və bu şəkildə nizamlı seks sonrasında insanlarda qoxu hiss etmə duyğusu inkişaf edir.

6. Yaşlanmağı gecikdirir:

Bəli, Dr. Mehmmet Özə görə ildə 100 dəfə edilən əlaqə ilə yaşlanma azalır, dəri gözəlləşir.

7. İmmunitet sistemini gücləndirir:

Edilən araşdırmalara görə həftədə bir və ya iki dəfə seks etmək, immunitet sistemi üzərində %30 nisbətində artırıcı təsir edir. Bu şəkildə təbii olaraq xəstəliklərə azad bir hala gəlirsiniz.

8. Ağrı kəsici xüsusiyyəti:

Bir çox qadın yoldaşlarını rədd etmək üçün istifadə etdiyi "canım başım ağrıyır" bəhanəsi artıq çox işə yaramayacaq. Çünki cinsi əlaqə və orgazm olma əsnasında ifraz olunan "oksitosin" hormonu sayəsində qadınlarda "endorfin" hormonunun yüksəlməsi ilə birlikdə ağrı kəsici təsir görülür. Bu şəkildə təmin edici bir sex, qadınlarda migren və vaskuler (damarsal) baş ağrılarının azalmasına səbəb olur.

9. Bədəni forma salır:

Seks əsnasında bir çox bədən əzələsi və skelet sistemi koordinasiyalı olaraq çalışaraq sanki sıx bir məşq edirlər. Bunun nəticəsində nizamlı seks, bədənin forma girməsini təmin edir.

10. Bədəninizin elastikliyi artır:

Bədəninizin elastikliyi nizamlı seks ilə birlikdə artır.

11. Sümüklərinizi gücləndirir:

Seks əsnasında ifraz olunulan testosteron hormonunun sümükləri gücləndirici təsirləri var.

12. Pelvik əzələlərinizi gücləndirir:

Seks əsnasında pelvis yəni "ləyən sümüyü" içində olan bir çox əzələ koordinasiyalı olaraq çalışır. Bu şəkildə qadınlarda xüsusilə menopoz sonrası görülən mesane, rəhm və bağırsaq sallanmaları azalır.

13.Sancılarınızı (dismenore) azaldır:

Dismenorenin azalması da seksualın ağrı kəsici xüsusiyyətinin başqa bir əks olunması olaraq düşünülə bilər.

14. Adətlərinizi təşkil edir:

Stanford Universitetində edilən bir araşdırmada həftədə ən az bir dəfə seks edən qadınların adət dövrlərinin, ayda bir dəfə edənlərə nisbətlə daha nizamlı olduğu müəyyən olunmuş.

15. Pelvis bölgəsinin qan dövranını müsbət istiqamətdə təsirlənir:

Cinsi əlaqə və orgazm əsnasında pelvis bölgəsində, balonlar və yumurtalıqlar kimi bir çox pelvik orqanların sağlam funksiya görə bilməsini müsbət istiqamətdə təsir edir.

16. Vajinal quruluğu azaldır:

Nizamlı seks ilə vajina və pelvis damar dövranının yaxşı inkişafı nəticəsində xüsusilə menopoz dövrü sonrasında ortaya sıx olaraq çıxan "vajinal quruluq" problemlərinin görülmə sıxlığı da azalır. Necə ki vajinal islanmanın, vajinanın öz damarsal strukturlarından meydana gəldiyi bilinir.

17."Seks, seksi artırır":

Edilən hər seks sonrası kəslərdə libido artımına səbəb olan "testosteron" hormonu artır. Testosteron hormonu da insanlarda cinsi istəyi təkrar təkrar qamçılayır. Bu vəziyyətin tam tərsini də söyləmək doğru; yəni cinsi əlaqədən uzaq bir həyat zaman içində hormonal azalmaya bağlı olaraq insanlarda cinsi istəksizliyi artırır.

18. Ailə bütünlüyünü və davamlılığını dəstəkləyir:

Evliliklərdə ara-sıra yaranan bəzi müzakirələr nəticəsində yaranan gərginliklər sex ilə həll edilə bilər. Bu şəkildə nizamlı sex, sanki bir "meditasyon və ya müalicə etmək" kimi ailə bütünlüyünün sağlam bir şəkildə davamlılığı üçün imtina edilməz ünsürlərdəndir.

19. Öz limitlərinizi aşmanız üçün bir yerdə "bəhanə" olur:

Bəli, cinsi əlaqə əsnasında özünüzü ən təbii halınızla; xoşbəxt, agresif, ehtiraslı və həyəcanlı bir şəkildə ortaya qoymanız, gün içindəki bütün monotonluqlardan qurtararaq bir yerdə "sizin siz kimi davranmanızı" təmin edir.

20. Özünüzə etibarınızı artırır:

Sevdiyiniz yoldaşınızı fiziki və romantik doyuma çatdırmanız sizi də xoşbəxt edərək özünüzə olan etibarınızı artırır. Bu şəkildə insanların özlərini daha çox sevmələrinə imkan tanıyır.

21. Həyat sahələrinizi fərqliləşdirir:

Yoldaşı ilə cinsi uyğunlaşmazlıq, təminsizlik və ya müvəffəqiyyətsizlik yaşayan bir çox cütün özlərini başqa məşğuluyyətlərə verdiyi, xüsusilə iş həyatlarında son dərəcə iş düşkünü bəziləri olaraq iştirak etdikləri edilən işlərdə müəyyən olunmuş bir gerçək.
Cinsi həyatları müsbət istiqamətdə inkişaf edən, eşq və ehtirası doyana yaşayan kəslərdə isə həyat sahələrindəki prioritetlərin dəyişdiyi görülür. Daha xoşbəxt, daha rahat və müsbət həyat onların həyat sahəsi halına çevrilir.

22. "Sizlərə dünyanın ən gözəl meyvəsi"ni təqdim edir:

Bəli, iki adamın bir-birini sevərək meydana gətirdikləri ortaq eşq meyvəsi təbii ki dünyanın ən gözəli "Sağlam bir körpə dünyaya gətirmək" bütün cütlərin ortaq düşüncəsi və idealı. Bu şəkildə evliliklər çox daha məna və dad qazanır.

joy.az
Bakıda daha bir kitab biabırçılığı - Qarabağ və Naxçıvan erməni torpağı kimi təqdim olunduAzərbaycanda satılan daha bir kitab qalmaqala səbəb olub. Femida.az xəbər verir ki, "AZER-GLOBE” İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi Gürcüstanda rus məxfi agenti və nümayəndəsi, polkovnik Stepan Daniloviç Burnaşevin (1743-1824) XVIII əsrə aid nadir əsərini tədqiq edib və çapa hazırlayıb. S.Burnaşevin üç əsərinin reprint nəşrini "XVIII əsr Qafqazı rus məxfi agentinin gözü ilə” adı altında "Teas Press” nəşriyyat evi hazırlayıb.

Kitab Türkiyədə çap edilib və Azərbaycanda satışa buraxılıb. Kitabdan məlum olur ki, polkovnik S.Burnaşev geniş agentura şəbəkəsi qurub və nəticədə Qafqaz haqqında "mühüm” materiallar toplayıb, Azərbaycan və Gürcüstanı təsvir edir.

Qeyd olunan kitab guya "əski slavyan əlifbası” ilə yazılmış və uzun müddət sonra tapılmış sənədə istinadla hazırlanıb.

Utandırıcı məqamlardan biri də kitab çap olunarkən erməni yazıçısı Akop Melik-Akopyanın əsərinə də istinad edilməsidir.
Bakıda daha bir kitab biabırçılığı - Qarabağ və Naxçıvan erməni torpağı kimi təqdim olundu
Yəni Bakıda Azərbaycan tarixi erməni yazıçısına istinadla öyrənilir?

Femida.az-ın araşdırması zamanı məlum olub ki, kitabda Azərbaycanın tarixi torpaqları barədə təhrif olunmuş məlumatlar da yer alıb.

Kitabın 12-ci səhifəsində Şuşadan bəhs edərkən Şuşanın Qarabağda yerləşən 5 erməni məliyindən biri olan Şah-nazara aid olduğu qeyd edilib:

Həmin hissədən ixtisarla tərcümə:

" Şuşa Qarabağda yerləşən 5 erməni məliyindən biri olan Siqnat məliyi Şa-nazara aid olub. Can - Şirvan (Red- Cavanşirlər sülaləsinin yaşadığı ərazini nəzərdə tutur.)kəndinin ağsaqqalının oğlu Pana (red- Pənahəli xanı nəzərdə tutur) Nadir şahın ölümündən sonra ətrafına silahlı dəstə toplayıb Siqnata girdi və özünü xan elan etdi. Onun oğlu İbrahim erməni məliyi Şa-nazarın qızı ilə evləndi və Şuşa qalasını tikdirdi. Bundan sonra Naxçıvan və Qarabağın digər kəndlərindən də öz ərazilərinə qatdı. Onun bu işləri görməsinə Çar İrakli mane olmurdu. Əksinə ona dəstək verirdi. Beləliklə, o, Qarabağ və Naxçıvan torpaqlarında Şuşa xanlığının əsasını qoydu...”
Bakıda daha bir kitab biabırçılığı - Qarabağ və Naxçıvan erməni torpağı kimi təqdim olundu
Müəllifin fikrindən belə çıxır ki, Azərbaycanın tarixi torpağı olan Şuşa daxil olmaqla bütövlükdə Qarabağ ermənilərə məxsus olub.

Müəllif daha sonra İbrahim xanın yaratdığı qoşundan da söhbət açır.

"...Onun qoşununun tərkibində 7000-ə qədər erməni var idi”, deyə müəllif yazır.
Bakıda daha bir kitab biabırçılığı - Qarabağ və Naxçıvan erməni torpağı kimi təqdim olundu

Daha sonra kitabda Gəncə xanlığı barədə söhbət açılır.Gəncənin böyük, ticarət yollarının üzərində yerləşdiyini qeyd edən müəllif yazır:

"...Gəncənin xanları əvvəllər bütün Qarabağın sahibi olub. İbrahim xan Gəncəni işğal edəndə Məhəmməd xanı əsir götürür və nəzarətdə saxlayır. Bu işdə ona gürcü çarı İraklı kömək edir...”

Daha sonra müəllif köçürmə proseslərindən bəhs edərkən əslində ermənilərin Qarabağa gəlmə olduğunu qeyd edib. Bununla da o, "Qarabağın erməni torpağı olduğu” ilə bağlı fikirlərini təkzib edir. Bu kimi təzadlı fikirlər kitabın sonuna qədər davam edir:

"Şəhər və şəhərətrafı ərazilərə 3000-ə yaxın ailə köçürüldü. Onların yarısı erməni əsilli ticarətçilər idi. Onlar Tiflisin ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayırdılar... Hindistan və İrana gedən ticarət yolları Gəncədən keçirdi... Gəncə əvvəllər Qarabağın paytaxtı olub. Şamxor (red-Şəmkir) və Qazax da onun tərkibində daxil idi. Sonradan gürcü çarı həmin əraziləri öz hakimiyyəti altına aldı...”

"...Kür və Arazın sahilində köçüb gələnlər də yaşayırdı. Onlar yayda dağlarda, qışda isə İrəvan yaxınlığında yaşayırdılar. Sayları bəzən 2000, bəzən də 3000-ə qədər olurdu. Onlara nəzarəti isə Əli Sultan edirdi. Onun 600-ə qədər malikanəsi var idi...”- deyən müəllifin bu fikri də özünütəkzibdir. O, növbəti dəfə ermənilərin gəlmə olduğunu qeyd edir.

Azərbaycanın qədim torpağı olan İrəvan şəhəri haqqında da kifayət qədər maraqlı məqamlara rast gəlinir. İrəvanın böyük bir şəhər olduğunu, Araz çayının sahilində, Şimaldan və Şimal-Şərqdən Gürcüstanla,Qərbdən isə Türkiyə ilə sərhəddə yerləşdiyini yazan müəllif daha sonra qeyd edir:
Bakıda daha bir kitab biabırçılığı - Qarabağ və Naxçıvan erməni torpağı kimi təqdim olundu
" ...İrəvanın sahibi Məhəmməd xan faktiki çar İraklidən asılı idi. İraklinin atası Teymuraz onun atası Hüseyn bəyi İrəvanda xan elan etmişdi. Bununla bağlı ömürlük yazılı sənəd də imzalanmışdı...”

Müəllif İrəvan xanlığının ordusunda kifayət qədər erməni olduğunu yazır:

" ...İrəvan xanlığının 5000-ə yaxın döyüşçüdən ibarət ordusu var idi. Onların üçdə bir hissəsi ermənilərdən ibarət idi... ”

Kitabda Ağrıətrafı ərazilərin "Ararat” adı altında bizlərə təqdim olunması isə bir ayrı dərddir.

Tarixi rüşvət

"... Ararat Patriarxı Eçmiədzin ətrafında yaşayan erməniləri himayə edirdi.
Erməni kəndlilərinin Məhəmməd xana mane olmaması üçün Patriarxdan rüşvət alırdılar. Bu məbləğ bəzən 1000, 2000 arsında dəyişirdi. Verilən pullar erməni kəndlilərinə borc adı ilə verilsə də, heç vaxt geri qaytarılmırdı...”

Kitabda Naxçıvanla bağlı hissəsində nəinki ermənilərin, hətta ümumilikdə xristianların bu ərazilərə gəlmə olduqları deyilir.

Naxçıvanın tarixindən bəhs edən müəllif yazır ki, Cəfərqulu xan o qədər də varlı olmadığı üçün onun qoşununda 1000 nəfərdən çox döyüşçü yox idi. Müəllif həmçinin bu vaxt Naxçıvanda yaşayan xristianların sayının cəmi 500 nəfər olduğunu qeyd edir.

Femida.azmüəllif və ya müəlliflərin mövqeyini, kitabla bağlı fikirlərini yayımlamağa hazırdır. Qeyd edək ki, kitab haqqında materialın hazırlanmasında məqsəd Azərbaycan ictimaiyyətinə Bakıda bu cür zərərli materiallarla bağlı məlumat vermək, aidiyyatı orqanların bu haqda xəbər tutmasına şərait yaratmaqdır.
Araz Əlizadə: “Mədət Quliyev mənə cavab verdi ki, atam heç vaxt DTK agenti olmayıb”Bu yaxınlarda müxalifətçi fəallar sosial şəbəkələrdə bildiriblər ki, məşhur siyasətçi, Sosial-Demokrat Partiyasının lideri, Milli Məclisin deputatı Araz Əlizadənin atası sovet illərində ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin həbsinə bais olub. Guya görkəmli azərbaycanlı şərqşünas alim Məmmədmübariz Əlizadə məhkəmədə iştirak edərək, Elçibəyə qarşı ifadə verib və Elçibəy özü isə son sözdən imtina edib və M.Əlizadənin çıxış edərək özünü biabır etməsini deyib.

Bununla bağlı virtualaz.org Araz Əlizadəyə müraciət edib. Millət vəkili suala cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevə müraciət edib.

“Xahiş etdim ki, atamın xüsusi xidmət orqanlarının gizli əməkdaşı olub-olmaması barədə mənə məlumat versinlər və Əliyev Əvülfəz Qədirqulu oğlunun məhkəmə işinin materialları ilə tanış olmaq imkanı barədə bildirsinlər. Qeyd etdim ki, atamın parlaq ruhu qaralanır və bunları öyrənmək mənim üçün vacibdir. Mədət müəllimə çox təşəkkür edirəm ki, o, mənə aydın cavab verdi: sizin atanızın adı milli təhlükəsizlik orqanlarının gizli əməkdaşlarının siyahısında yoxdur və o, Əliyev Əbülfəz Qədirqulu oğlunun məhkəməsində iştirak etməyib”, - A.Əlizadə deyib.
Ramil Usubov bu jurnalistlərə vəzifə verdiDaxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri cinayətlər barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərinin daha da yaxınlaşdırılması məqsədilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizin 6 bölgəsində - Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyi kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib. Seçimin sonunda iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər “polis leytenantı” xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub.

Polis leytenantları Eşqin Qasımov Gəncə, Toğrul Nəsirli Şirvan, Nizam Həmidov Quba, Məhəmməd Rzayev Lənkəran, Mahir Məsimov Şəki, Aslan Qiyaslı isə Bərdə şəhər, rayonları daxil olmaqla adları çəkilən bölgələrdə artıq xidmətə başlayıblar.
“Nikoil Bank”ın sabiq sədri barəsində cinayət işi başlandıAzərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Nikoyl” İnvestisiya Kommersiya Bankı ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb.

Report-un xəbərinə görə, Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.

Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə “Nikoyl” İnvestisiya Kommersiya Bankı ASC-nin bankın sabiq sədri Xamaza Vasiliy Viktoroviçə qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddiası üzrə bankın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək, bankın iddiası tam həcmdə təmin edilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mülki işə baxılarkən cavabdeh V.V.Xamazanın hərəkətlərində Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcudluğu aşkara çıxarıldığından, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xüsusi qərardadla xəbər verilməsi qərara alınıb. Məhz Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan xüsusi qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində toplanmış material üzrə 28 sentyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.

Qedy edək ki, sabiq sədrin “Nikoyl” İnvestisiya Kommersiya Bankı ASC-yə nə qədər ziyan vurduğu açıqlanmayıb. Onun hazırda harada olduğu da məlum deyil.

Xatırladaq ki, V. Xamaza 2005-ci ildən 2017-ci il iyul ayınadək bankın İdarə Heyətinin sədri olub. Bu il onu sədr vəzifəsində Nikoloz Şurgaia əvəz edib.
Araz Əlizadə oğluna vəzifə verdi: “Parlament seçkilərində iştirak edəcək”Azərbaycan Sosial Demokrat Partiyasının XIII-cü qurultayı keçirilib.

Qurultayda deputat Araz Əlizadə yenidən sədr, oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin seçilib.

Partiya sədri Araz Əlizadə AzNews.az-a açıqlamasında bildirib ki, Səməd Əlizadə uzun illərdir ki, partiyanın üzvüdür:

“2014-cü ildən o, beynəlxalq məsələlər şöbəsində fəaliyyət göstərirdi. İnanıram ki, biz bir-birimizi yaxşı başa düşəcəyik. Səmədin bütün Azərbaycan vətəndaşları kimi gələcəkdə parlament seçkilərində iştirak etmək hüququ var”.

Araz Əlizadə qeyd edib ki, partiyada cavan kadrlara üstünlük verilir: “Bizim əsas məqsədimiz odur ki, partiya daxilində ziddiyət olmasın”.
“Yurd” “Aprel döyüşləri”nin xatirəsinə kikboksinq turniri keçirib“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” adlı layihəyə start verib.

Xızı, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında reallaşdırılacaq layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə keçirilən kikboksinq turnirinin açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihənin əsas məqsədi yetişməkdə olan gənc nəslə aprel döyüşlərində şəhid olan igidilərimizin, qəhrəmanlarımızın həyatını təbliğ etməklə onları daim yaşatmaq, gənc nəsildə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etməkdir. O, öz çıxışında aprel döyüşlərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu döyüşlər nəticəsində igid oğullarımızın qanı bahasına erməni qəsbkarlarından bir qısım ərazilərmiz - Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəklik azad edilib. Lələ təpənin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat yenidən qaynamağa başlayıb.

“Yurd” “Aprel döyüşləri”nin xatirəsinə kikboksinq turniri keçiribCənab Prezidentimizin sərəncamı ilə infrastrukturun qurulması üçün xeyli vəsait ayrılıb, yeni məktəb, səhiyyə ocaqları tikilib əhalinin istifadəsinə verilib. Natiq çıxışında qeyd edib ki, aprel döyüşləri zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə bir qrup hərbiçimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara, Samid İmanov isə ölümündən sonra “Azərbaycanının Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Bu döyüşlərdə Şabran rayonunun Zeyvə kənd sakini Babək Abidov, Xızı rayonunun Giləzi qəsəbə sakini Ravil Novruzov, Xaçmaz rayonunudan olan Elvin Qayıbov, Elvin Mirzəyev və Əmrah Yüzbəyov, Qusar rayonundan olan Yalçın Osmanov və Əmiraslan Xeyirbəyovun qəhrəmancasına şəhid olmasını bildirən layihə rəhbəri tədbirlərin regionlarda keçirilməsinin də məhz həmin şəhidlərin xatirəsinə həsr olunduğunu qeyd edib, tədbirlər zamanı şəhidlərimizin məzarlarının ziyarət ediləcəyini də vurğulayıb.

“Yurd” “Aprel döyüşləri”nin xatirəsinə kikboksinq turniri keçiribRəsmi hissə başa çatdıqdan sonra Quba və Xaçmaz rayonundan olan 40 idmançı 11 çəki dərəcəsində mübarizə aparıb.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplom və medallar, eləcə də layihə çərçivəsində hazırlanmış xüsusi kitabça və bukletlər təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə icra edilən layihə çərçivəsində Xızı rayonunda sərbəst güləş, Qusar və Şabran rayonlarında cüdo, Quba rayonunda isə atıcılıq yarışları və gənc rəssamların sərgisinin təşkili nəzərdə tutulur.
“Yurd” “Aprel döyüşləri”nin xatirəsinə kikboksinq turniri keçirib


“Oazis”də polisi döyüblər? - AçıqlamaBinəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşı Həsənzadə Turalbəy Mehman oğlu restoran çıxışında sərxoş şəxslər arasında düşən mübahisəni sakitləşdirmək istəyən zaman xəsarət alıb.

Bu sözləri Axar.az-a Binəqədi Rayon Mühafizə İdarəsindən 15 oktyabr tarixində “Oazis” restoranında olduğu deyilən davada yaralanan idarənin əməkdaşı barədə danışarkən deyiblər. İdarə əməkdaşlarının verdiyi məlumata görə, T.Həsənzadə üz nahiyyəsindən yumruq zərbəsi alıb:

“Vəziyyəti yaxşıdır, səhhəti ilə bağlı heç bir problem yoxdur. Hazırda ərazidədir, xidməti vəzifəsini yerinə yetirir”.

Binəqədi Rayon Mühafizə İdarəsindən həmçinin onu da bildiriblər ki, dava 8-ci mikrorayon ərazisində, küçədə vaş verib.

Məsələ ilə əlaqədar Axar.az-a açıqlama verən “Oazis” restoranının adminstratoru da bildirib ki, qeyd edilən tarixdə restoranda heç bir mübahisə baş verməyib:

“Oazis” restoranının adı çıxıb. Bu ərazidə nə baş versə, hamı bizim restoranı günahlandırır. Həmin mübahisədən məlumatımız var, ancaq hadisə küçədə baş verib, bizim restorana heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, 15 oktyabr tarixində paytaxtın Binəqədi rayonu ərazisində restoranların çox olduğu 8-ci mikrorayonda kütləvi dava olub.

Restoranlardan birindən çıxan Bakı sakinləri- 1988-ci il təvəllüdlü Rüstəm Cəfərov, 1992-ci il təvəllüdlü Ramiz Babazadə və 1989-cu il təvəllüdlü Sumqayıt sakini sərxoş vəziyyətdə dalaşıb. Hadisə yerinə gələn DİN Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Həsənzadə Turalbəy Mehman oğlu xuliqanları asayişi bərpa etməyə çağırıb. Lakin davanın gedişində dalaşanlardan biri polisin gözünə yumruq vurub və hadisə yerindən qaçaraq gizlənib.

Hadisənin “Oazis” restoranında olduğunu “Sputnik Azərbaycan” saytı yazmışdı.

Xatırıladaq ki, polisə hücum edən şəxsin Rüstəm Cəfərov olduğu məlum olub və o, 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət məsuliyyətinə cəlb edilib.
Bakıdan Avropaya su qiymətinə biletlər  - SİYAHIUkrayna Hava Yolları Bakıdan Avropaya 30 faiz endirimli bilet kampaniyasına start verib.

A24.Az xəbər verir ki, kampaniya çərçivəsində 100 mindən çox bilet satışa çıxarılıb.

Biletlərin satışı 28 oktyabrda sona çatacaq. Alınan biletlərlə uçuşlar isə 1.11.17 – 15.03.2018-ci il tarixləri üçün nəzərdə tutulub.

Endirimli bilətlər bunlardır:

Bakı-Minsk-Bakı – € 197 (395 AZN)

Bakı-Helsinki-Bakı € 240 (481 AZN)

Bakı-Vilnius-Bakı € 275 (551 AZN)

Bakı-Berlin-Bakı € 287 (575 AZN)

Bakı-Stokholm-Bakı € 302 (605 AZN)

Bakı-Amsterdam-Bakı € 317 (635 AZN)

Bakı-Paris-Bakı € 341 (683 AZN)

Bakı-Münhen-Bakı € 351 (703 AZN)

Bakı-Zürix-Bakı € 367 (735 AZN)

Bakı-Düsseldorf-Bakı € 387 (775 AZN)

Bakı-Afina-Bakı € 396 (793 AZN)

Bakı-Nyu York-Bakı € 452 (905 AZN)
6 tələbənin ölümü ilə bağlı kompensasiya ödənilib - 41250 manat2017-ci ilin martın 9-da Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan "Ford" markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.

İcbari Sığorta Bürosundan (İSB) "APA-Economics"ə verilən məlumata görə, kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub. Belə ki, "İcbari sığortalar haqqında" qanunun 32.1.3-cü maddəsinin tələblərinə əsasən İSB tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.

Qeyd etmək lazımdır ki, sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İSB-nin tarixində qeydə alınmış rekord göstəricidir.

İSB tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücü Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrim edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.