Sizin Reklam Burada

Komitə sədri xalqımızı təbrik edib

Komitə sədri xalqımızı təbrik edibDəyərli Həmvətənlər!

Sizi 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Azərbaycan xalqı dünyanın ən qədim, təqribən 5 min illik dövlətçilik ənənələrinə malik olan bir xalq olaraq özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

Buna baxmayaraq, Azərbaycan dövləti müxtəlif zamanlarda müharibələr, inqilablar, hərbi münaqişələr nəticəsində parçalanıb, işğallara məruz qalıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bu və ya digər səbəbdən doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar.

Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan azərbaycanlılar hazırda 55 milyondandan cox olmaqla dünyanın hər yerində yaşayırlar.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ümummilli liderimiz Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, məhz bu tarixdən bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
44 günlük “Vətən Müharibəsi”nin gedişindən və qazanılmış Şanlı Zəfərdən sonra torpaqlarımıza əyri gözlə baxan hər bir dövlət bilməlidir ki, qarşısında dünyaya şanlı tarix yazmış AZAD TÜRK xalqı var!
Biz əminik ki, necə ki, Heydər Əliyev idealogiyası yaşayır və müasir dünya siyasi arenasında qətiyyətli, qorxmaz İlham Əliyev kimi lideri, Müzəffər Ali Baş Komandanı var, bu xalq hələ uzun illər şərəfli tarix yazmaqda davam edəcək!

Sizi bir daha yeni arzular gətirən YENİ İL və xüsusən də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanımızın daim var olması, inkişafı naminə yorulmaz fəaliyyət arzulayıram!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər