Sizin Reklam Burada

Yeni ildə internet dələduzlarından bu cür qorunun

Yeni ildə internet dələduzlarından bu cür qorununYeni il bayramında da internet dələduzluğu problemi öz aktuallığını saxlayır. Təcavüzkarlar Yeni il ərəfəsində onlayn hədiyyə alanların diqqətsizliyindən istifadə edərək, tez-tez tanınmış brendlərin adı altında gizlənir, istifadəçilərə sadə oyunlar qarşılığında böyük məbləğdə pul uduşları vəd edirlər. Dələduzlar uduşun əldə edilməsi üçün bank kartı məlumatlarının daxil edilməsi və ya komissiya ödənilməsini istəyə bilərlər. Öz məlumatlarınızı daxil etdiyiniz saytları diqqətlə yoxlayın və şəbəkədəki “səxavətli” təkliflərə qarşı olduqca həssas yanaşın.

Avrasiya.net xəbər verir ki, bunu “Kasperski” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşfiq Məmmədov deyib.

“Təcavüzkarlar öz sxemlərini hər zaman aktual hadisələrə uyğunlaşdırırlar. Yeni il bayramı da istisna deyil. Görürük ki, fırıldaqçılar tez-tez elektron ödəniş, sorğu, uduş səhifələri və onlayn mağaza adı altında gizlənirlər. Təhlükəsizlikdən əmin olmaq üçün saytın doğrudan da həmin brendə aid olduğunu, ünvan adının rəsmi adla üst-üstə düşdüyünü yoxlayın, həmçinin onun kimin adına və nə zaman qeydiyyata alındığını da dəqiqləşdirmək olar”, - M.Məmmədov bildirib.

Onun sözlərinə görə, dələduzların toruna düşməmək üçün əsas qaydalara əməl etmək lazımdır:

“Elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin. Ödəniş üçün məlumatları daxil etməzdən öncə ünvan zolağındakı sayt ünvanını diqqətlə yoxlayın. Daha yaxşı olar ki, onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual kart açasınız və onun balansında az məbləğ saxlayasınız, həmçinin gündəlik nağdlaşdırma limiti təyin edəsiniz. Fişinq və ya spam saytlarına, eləcə də zərərli reklam banerlərinə keçidi bloklayan qoruma proqramı yükləməkdə fayda var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər