Sizin Reklam Burada

Dövlət Komitəsinə Aparat rəhbəri TƏYİN OLUNDU

Dövlət Komitəsinə Aparat rəhbəri TƏYİN OLUNDUDini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.

Avrasiya.net “Report”a istinadən məlumat verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.

Əmrə əsasən, qurumun Aparat rəhbəri vəzifəsinə Amil Cavadov gətirilib. O, bu təyinata qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi işləyib. Eyni zamanda, bu il sentyabrın 13-də Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.

Xatırladaq ki, Amil Cavadov 23 fevral 1986-cı ildə Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. 2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında təlimatçı, 2011-2013-ci illərdə Ağdam rayon İcra Hakimiyyətində müxtəlif şöbələrdə məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2013- 2014 –cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində koordinator, daha sonra isə Yeni Azərbaycan Partiyası İcra Katibliyində İdeologiya şöbəsində referent vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, 2015-2016-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2016-2021-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb. Çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər