Regional idarəetmə mövzusu yenidən gündəmdə: SON QƏRAR NƏYİ DƏYİŞƏ BİLƏR

Regional idarəetmə mövzusu yenidən gündəmdə: SON QƏRAR NƏYİ DƏYİŞƏ BİLƏRBələdiyyələrin fəaliyyətə başlamasının 22-ci ili ərəfəsində ölkə başçısının imzaladığı sərəncamla Təhsil nazirliyinin regional idarələrinin təsis edilməsi qərara alınıb. Regional idarələrin müəyyən mənada iqtisadi rayonları üzrə yaradılması ölkədə regional idarəetməyə keçidə start verilməsi kimi də qiymətləndirmək olar.

Bir məqamı unutmayaq ki, Təhsil nazirliyi regional idarəetməyə keçidə qərarı Mikayil Cabbarovun rəhbərliyi dövründə vermişdi. Lakin həmin dövrdə Adminstrasiya rəhbərinin təkidi ilə qərar geri oxunmuş, vəziyyətdən çıxış yolu kimi təhsil üzrə regional malyyə idarələrinin yaradılması mümkün olmuşdu. Bu qərarın qəbulundan bir xeyli müddət keçib. Ölkədə yeni siyasi abu-hava förmalaşıb, yeni inkişaf istiqamətləri müəyyən edilməkdədir, üstəlik doğma Qarabağımızı da mənfur düşməndən azad etmişik.

Fikrimizcə, indiki halda təhsil sahəsində regional idarəetmə sisteminin təsis edilməsi yaxın gələcəkdə regional icra hakimiyyəti orqanlarının yaradılmasını sürətləndirəcəkdir. Nazirlik bu addımı atmaqla təhsil sahəsinə, xüsusəndə yerli icra strukturlarının müdaxiləsinə son qoymaqla, əlavə maliyyə xərclərinin qarşısını almış olacaq.

Beləliklə, regional idarəetmə prosesi sürətləndikcə cəmiyyətdə bələdiyyələrə diqqət arta bilər. Regional idarəetmə strukturlarının yaradılacağı təqdirdə yerli icra strukturlarının fəaliyyətinə son qoyula bilər və bu struktura aid olan səlahiyyətlərin icrası məhz bu halda bələdiyyələrə ötürülə bilər. Bu həm bir tərəfdən əksmərkəzləşmə prinsipinə uyğun olar, həm indiki halda büdcə vəsaitlərinin kifayət qədər qənaətinə səbəb olar, həm də ən əsası vətəndaş məsuliyyətini artırmış olar.

Odur ki, bələdiyyələr çalışmalı, fəaliyyətlərini genişləndirməli və fikir birliyinə nail olmalıdırlar. Bunun üçün ilk növbədə müti şəkildə icra başçılarının tapşırıqlarını icra etməmək, bələdiyyənin fəaliyyətinə müdaxilələrə birdəfəlik son qoymaq, bələdiyyə quluqçularının fəaliyyəti üçün lazimı şərait yaratmaq, ən əsası vergi yığımn artırmaqla DSMF bocrclarını bağlamaq tələb olunur. Bununla yanaşı daim sakinlərlə işləmək, onların rəğbətinin qazanmaqla fəaliyyət təbliğ edilməlidir.

Bu gün bütün yollar bizi regional idarəetməyə doğru aparmaqdadır. İstəsək də, istəməsəkdə. Sadəcə prosesin nöbəti bələdiyyə seçkilərinə kimi baş tutması həm də bələdiyyələrin fəaliyyətinə yaşıl işıq yandırmış olacaqdır.

Vüqar Tofiqli