Sizin Reklam Burada

QHT Agentliyində İslam İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

QHT Agentliyində İslam İnkişaf Bankının  nümayəndələri ilə görüş keçirilib - FOTOLARAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İslam İnkişaf Bankının (İİB) nümayəndələri ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, dekabrin 16-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İslam İnkişaf Bankının (İİB) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə İslam İnkişaf Bankının ölkə üzrə əməliyyatlar meneceri Dr. Fərid Əhməd Xan, əməliyyatlar qrupunun rəhbəri Kokhorjon Aminov, texniki əməkdaşlıq üzrə baş koordinator Əhməd Faruk Diken, gənclər məsələri ilə bağlı nümayəndə Şaria Valker, bankın ölkə üzrə nümayəndəsi Lalə Yusifova və digər nümayəndələri iştirak edib.

Prezident Administrasiyasının məsul əməkdaşı, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev qonaqları salamlayaraq onlara Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. V.Quliyev ölkədə QHT sektorunun inkişafı sahəsində görülən işləri diqqətə çatdıraraq, Azərbaycan və İslam İnkişaf Bankına üzv dövlətlərin QHT-ləri arasında əməkdaşlıq imkanlarına toxunub. O, Agentliyin İslam İnkişaf Bankı ilə birgə QHT-lər üçün qrant müsabiqələrinin keçirilməsini, habelə institusional inkişaf proqramlarının reallaşdırılmasını təklif edib.

Görüş zamanı İslam İnkişaf Bankının ölkə üzrə Əməliyyatlar Meneceri Dr. Fərid Əhməd Xan vətəndaş cəmiyyəti sahəsində İslam İnkişaf Bankına üzv dövlətlərin vətəndaş cəmiyyəti institutları arasında mühüm işlərin görülməsi imkanlarının vacibliyini vurğulayıb.

Sonra Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək Agentliyin prioritet istiqamətləri üzrə yerli qeyri-hökumət təşkilatları üçün keçirilən qrant müsabiqələri və bu qrant müsabiqələrinə daxil olan layihələr haqqında məlumat verib.
Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş müzakirələr keçirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər