Sizin Reklam Burada

QHT Agentliyi brifinq keçirib

QHT Agentliyi brifinq keçiribAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinqi keçirilib.

Brifinqdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva 2021-ci il üçün kiçik qrant müsabiqəsinə təqdim edilən layihələr barədə məlumat verib. İcraçı direktor bildirib ki, qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı “e-qrant.az” saytı vasitəsi ilə həyata keçirilib. İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid olan şəxslərin sosial problemlərinin, müharibə təsirlərinə məruz qalan bölgələrlə bağlı problemlərin həlli) və iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edən 7 istiqamət üzrə 478 layihə təqdim olunmuşdur. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib (təşkilatın təqdim etdiyi dövlət reyestrindən çıxarışda qanuni təmsilçinin səlahiyyət müddəti bitdiyindən), 452 layihə qəbul edilib. Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən müsabiqənin keçirilməsinin müvəqqəti qaydasına və meyarlara uyğun gələn layihələrə üstünlük verilib. 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.

Daha sonra mətbuat nümayəndələrinə Agentliyin loqosu təqdim olunub. Loqo Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar mərkəzi tərəfindən hazırlanmışdır. Ümumilikdə loqo ona sığınan təşkilatlar və ya müəssisələr şəbəkəsinə dəstək verməklə yanaşı, həm də həmin şəbəkəni daim nəzarətdə saxlayan qurumu ifadə edir. Simvolda dairənin daxilində yerləşən işarələr dəstək göstərən quruma sığınan təşkilatlar və ya müəsisələr şəbəkəsini 8 guşəli ulduz dövləti, kənarlarından əks olunan yarım dairəvi fiqurlar isə qayğını, işarə sayının məhz 3 ədəd olması isə ölkəmizdə 3-cü sektora aid olan vətəndaş cəmiyyətini ifadə edir.

Agentliyin əməkdaşları müvafiq istiqamətlər üzrə qrant müsabiqəsinin nəticələrini elan ediblər.

Sonda media nümayəndələrinə Agentliyin loqosu əks olunan xatirə hədiyyələri təqdim olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər