Sizin Reklam Burada

Medianın həm məzmun, həm də inkişafına yalnız maddi dəstəklə nail olmaq mümkün deyil

Medianın həm məzmun, həm də inkişafına yalnız maddi dəstəklə nail olmaq mümkün deyilElçin Mirzəbəyli
Əməkdar jurnalist


Kitab və kağızın idxalının, istehsalının və satışının ƏDV-dən azad olunması son illərin ən mühüm və bir çox istiqamətlərdə inkişafa zəmin yarada biləcək hadislərindən biridir. Dövlət başçısının bu təşəbbüsü, şübhəsiz ki, ilk növbədə ölkədə aparılan islahatların tərkib hissəsi kimi dəyərləndirilməlidir. Xüsusilə də çap mediasının qorunması və inkişafı, nəşriyyat və poliqrafiya sahəsində irəliləyişə, müasir standartların tətbiqinə nail olunması, qəzetin, kitabın, oxu mədəniyyətinin təşviqi baxımından... Həm də, mənə görə, daha çox mədəni hadisədir. Bu, dövlətin bugünkü gəlirlərinin bir hissəsindən imtina etməklə gələcəyə yatırdığı investisiyadır.

Təbii ki, bir jurnalist kimi, kitab və kağızın idxalının, istehsalının və satışının ƏDV-dən azad olunmasına ilk növbədə çap mediasının, bütövlükdə isə medianın inkişafı kontekstindən yanaşıram. Eyni zamanda, hesab edirəm ki, bu sahədə gerçəkləşdirilən və reallaşdırılması nəzərdə tutulan islahatların effektivliyi qəbul olunan qərarların konseptual ardıcıllığından asılıdır. Yazılı mətbuatın və bütövlükdə medianın həm məzmun, həm də forma baxımından inkişafına, həmçinin rəqabətə davamlılığına, yalnız maddi dəstəklə nail olmaq mümkün deyil. Maddi dəstək sosial xarakterli addımdır. Amma media sosial sfera deyil və olmamalıdır da. Lakin mövcud real şərtlər və imkanlar daxilində, medianın, xüsusulə də yazılı mətbuatın nəinki inkişafına nail olmaq, hətta mövcudluğunu belə qoruyub saxlamaq mümkün deyil.

Bu baxımdan, media sektorunda həyata keçirilən islahatlar kompleks xarakter daşımalıdır və daşıyır da... Müəyyən zaman kəsiyində ağrılı təsir bağışlayır, bəzən atılan addımların, görülən işlərin arasındakı bağlılığı görmək də çətin olur. Hətta izahı verilsə də... Amma bu bütöv bir prosesdir və bütün daşlar yerinə oturmayanadək, nəticədən danışmaq çətin olacaq, yaxud nəzəri xarakter daşıyacaq.

Qənaətimə görə, hazırda bu sahədə aparılan islahatların bir neçə istiqaməti var:

- Müasir çağırışlara cavab verən hüquqi bazanın formalaşdırılması;
- Peşəkarlığın artırılması, bütün seqmentlərdə yüksək performans göstərə biləcək kadrların hazırlanması, peşəkar kadr bazasının formalaşdırılması;
- Vergi və digər güzəştlərin tətbiqi, həmçinin stimullaşdırıcı vasitələrlə xərclərin azaldılması və optimallığının artırılması;
- Mediada çağdaş informasiya məkanının tez-tez və dinamik bir şəkildə dəyişən çağırışlarına, tələblərinə cavab verən effektiv korporativ idarəçilik institutunun tətbiqi və s.

Bu siyahını, bütün detalları ayrı-ayrılıqda vurğulamaqla sonsuza qədər uzatmaq olar. Amma buna ehtiyac duyulmadığı qənaətindəyəm.

Müşahidələrimə görə, hazırda prosesin ilkin və ən ağır, yeni vərdişlər, alışqanlıqlar tələb edən mərhələsini başa vurmaq üzrəyik. “Media haqqında” Qanunun qəbul edilməsi ilə prosesin bütün komponentləri öz yerini alacaq və bərabər, yanaşı bir şəkildə islahatların növbəti mərhələsi üçün möhkəm, əsaslı platforma rolunu oynayacaqlar. Məhz bu səbəbdən, bəzən prosesin xaotik bir şəkildə aparıldığı barədə təəssüratın formalaşdırılmasına cəhdlər də nəzərə çarpır. Belə cəhdlər hər zaman olacaq. Ən önəmlisi, bu prosesi kompleks şəkildə görməyi bacaran, ona yaradıcı yön verən insanların prinsipial, qətiyyətli mövqeyi, islahatların mahiyyətini anlamaq bacarıqlarıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər