Sizin Reklam Burada

DİN yanında İctimai Şura günahkarların müəyyən edilərək cəzalandırılmasını istəyir

DİN yanında İctimai Şura günahkarların müəyyən edilərək cəzalandırılmasını istəyirDaxili İşlər Nazirliyi yanında İctimai Şura 1 dekabrda Bakı şəhərində Fəvvarələr meydanı ərazisində keçirilən aksiyada baş verənlər və saxlanılan şəxslərə bağlı Nazirliyə müraciət edib. Müraciətin mətni ilə aşağıda tanış ola bilərsiniz:

Daxili İşlər Nazirliyi yanında İctimai Şura tərəfindən

M Ü R A C İ Ə T

Dekabrın 1-də Bakı şəhərində Fəvvarələr meydanı ərazisində müvafiq qaydada razılaşdırılmayan aksiyanın keçirilməsinə cəhdin qarşısının alınması zamanı bir qrup şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb. Saxlanılan şəxslər arasında xəsarət alanların olması ilə bağlı gün ərzində sosial şəbəkələrdə foto və video materiallar yayılıb. Saxlanılan şəxslər arasında olan Tofiq Yaqublunun KİV-də yayılan görüntülərindən onun fiziki təzyiqə məruz qalması aşkar görünür.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polis razılaşdırılmayan aksiyalar zamanı ictimai qaydanı qorunması və ictimai təhlükəsizliyi təmin edilməsi vəzifəsini yerinə yetirərkən insan hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görməlidir.

Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ölkəmizin nüfuzunu salınmasına hesablanmış davranış da ola bilər.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasına, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinə, günahkarların müəyyən edilərək cəzalandırılmasına çağırır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər