Sizin Reklam Burada

“Yardımlı “işıq idarəsi” noyabrın 23-dən məni işıqsız qoyub”

“Yardımlı “işıq idarəsi” noyabrın 23-dən məni işıqsız qoyub”Məhərrəm Dostəliyev: “Kənddə hadisənin necə baş verməsi ilə bağlı şahidlər var”

Yardımlı rayon Peştəsər kənd sakini Dostəliyev Məhərrəm Alımirzə oğlu üzləşdiyi problemlə bağlı redaksiyamıza şikayət edib. M.Dostəlyev billdirdi ki, Peştəsər kəndində smart kart sisteminə keçilməsi ilə bağlı yeni sayğaclar quraşdırılıb.

Onun sözlərinə görə, 3 ay bundan qabaq podratçı şirkət gəlib boş torpağa 32-lik boru taxıb: “Halbuki boru elektirik xəttinin verilməsinə uyğun deyil, güclü küləyə uzun müddət davam gətirə bilməz. Bunlar azmış kimi heç bir bərkitmə işi də aparılmayıb. O zaman da mən Bakıda fəhlə işlədiyim üçün evdə olmamışam”.

M.Dostəliyev əlavə etdi ki, elektirik sayğacının quraşdırılması prosesi 3 aya başa gəldi: “Noyabrın 23-ü “işığ idarəsi”nin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Yardımlı rayon şöbəsi) əməkdaşları sayğacı həmin 32-lik boruya bağlayanda mən buna etiraz etdim və bildirdim ki, ora yox, təhlükəsiz və uyğun yerə qoyulsun. Etirazlardan sonra sayğacı geri qaytardılar. Noyabrın 23-ü isə mənim işığımı kədilər. Mənə “bizə deyiblər ki bura qoy, mən də bura qoymalıyam”- deyə bildirdilər.

Hazırda sayğacdan evə elektirik enerjisinin verilməsi üçün 30 metr kabel kabel lazımdır. Kabeli də öz hesabıma çəkməli olduğumu dedilər.

Noyabrın 24-də “işıq idarəsi”nə getdim. “İşıq idarəsi”nin müdiri mənə dedi ki, sən niyə əməkdaşlara etiraz edib, sayğacın ora qoyulmasına mane olmusan? Mən dedim ki, dövlətin malının uyğunsuz yerə qoyulub xarab olumasına göz yuma bilmərəm. Mənə dedilər ki sən sayğacın ora qoyulmasına etiraz etməməli idin. Məni hədələməyə başladılar və idarədən qovdular. Mənim üçün akt yazıblar ki, guya sayğacı bağlayan zaman onları təhqir etmişəm. Noyabrın 26-sı 199-a zəng vuraraq hadisə və mənə elektirik enerjisinin verilməməsi ilə bağlı bağlı məlumat vermişəm. Onlar da sistemi araşdırandan sonra sənə bildiriblər ki, köhnə sayğacla bağlı heç bir problem yoxdur. Heç bir borcumun olmadığını bildiriblər.
Daha sonra Yardımlı “işıq idarəsi” mənimlə bağlı polisə şikayət etdi. Aktda Arus kəndindən Salam adlı şəxsin də adı var. Halbuki həmin şəxs heç həmin yerdə olmamışdı. Buna kənd sakinləri şahiddir . Onu şahid göstəriblər ki, guya mən “işıq idarəsi”nin əməkdaşlarını təhqir eləmişəm. Bir sözlə məni şərlədilər. Onlar iş başında dövətin malına xəyanət edə bilər, mən onlara etiraz edə bilmərəm? Etiraz etmək hüququm yoxdur? Kənddə hadisənin necə baş verməsi ilə bağlı şahidlər var.

Bundan sonra guya ki, reyd keçiriblər – özü də bütün sistem smart karta keçəndən sonra. Reyd zamanı guya aşkar olunub ki, köhnə sayğaca müdaxilə etmişəm. Kənd smart kard sisteminə keçəndən sonra mən sayğaca necə müdaxilə edə bilərəm? Bunlar məni nə hesab edirlər?
Ayın 29-u “işıq idarəsi”nin müdirinin yanına getdim, dedi ki, sənin 523 manat cərimə olunmusan. Bütün kənd prosesə şahiddir. Mən deyirəm ki, sayğacı normal bir yerə qoysunlar. Bildirdilər ki, 523 manatı ödə, ondan sonra yeni sayğacı quraşdıraq. Mən dedim ki bu nəyə əsasən yazılıb? Mənə dedi ki, cərimə 700 manatdır, Allahına şükür elə ki 523 manat yazılıb”.

Yardımı Rayon Polis Şöbəsindən isə bizə bildirdilər ki, vətəndaşın “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Yardımlı rayon şöbəsinin əməkdaşlarına qarşı hər hansı bir kobudluğu ilə bağlı fakt qeydə alınmayıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Yardımlı rayon şöbəsinə və şöbənin müdiri Emil Bədəlova zəng vursaq da zəngimizə cavab verilmədi.
“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu isə bildirdi ki, məsələ araşdırılacaq.

Əli Zülfüqaroğlu

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər