Deputatın polis rəisi vəzifəsində çalışan atası işdən çıxarıldı
Dərc olunub:
19-11-2021, 16:57
Deputatın atası vəzifəsindən azad olunub.
Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Xaqani Cəfərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) Mühafizəsi üzrə Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunub.
Qeyd edək ki, X.Cəfərov Milli Məclisin deputatı Kamal Cəfərovun atasıdır.