"Birlik" İntellekt Liqasının 3-cü həftəsi geridə qaldı
Dərc olunub:
15-11-2021, 12:09
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq Könüllülər Günü"nə həsr olunmuş BİL - "Birlik" İntellekt Liqasının 3-cü həftəsi geridə qaldı.
46 GİKM nümayəndəliyində sinxron şəkildə təşkil edilən və "Nə? Harada? Nə zaman?" formatında reallaşan liqanın III turu tariximizin şanlı qələbəsi olan "Zəfər Günü"nə həsr edilib və suallar Azərbaycan tarixi, mədəniyyəti, milli adət-ənənələri və coğrafiyası mövzularını əhatə edib.
III turda GİKM-in Şabran nümayəndəliyinin “Qarabağ” komandası mübarizəyə qoşulub.
Qeyd edək ki, liqa 7 həftə davam edəcək və sonda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.