Məktəb direktoru koronavirusdan öldü - FOTO

Məktəb direktoru koronavirusdan öldü - FOTOUcar rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Ucar rayonu Ənvər Məmmədxanlı kənd orta məktəbinin direktoru, 1960-cı il təvəllüdlü Maya Sədyar qızı Qədirova müalicə aldığı paytaxt xəstəxanalarından birində ötən gün vəfat edib. Mərhum bu gün kənd qəbiristanlığında dəfn ediləcək.