Sizin Reklam Burada

Paşazadə yenə status yazdı, savadsızlığı gündəm oldu - Foto

Paşazadə yenə status yazdı, savadsızlığı gündəm oldu - FotoMillət vəkili Cavanşir Paşazadənin növbəti paylaşımı yenidən sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Axar.az xəbər verir ki, bu dəfə də istifadəçilər C.Paşazadənin paylaşımında yenidən ciddi qrammatik səhvlərə diqqət çəkiblər.

Cavanşir Paşazadə bu dəfə qardaşı, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin və türkiyəli qonağın işğaldan azad edilən ərazilərimizdəki məscidlərə və ibadət yerlərinə səfərlərini təbliğ etməyə çalışıb, nəticədə ənənəvi olaraq savadsız bir status ortaya çıxıb.

C.Paşazadə yazıb: Əsrlər boyu xalqımız tərəfindən milli-mənəvi dəyərlərimizə hörmət, onu qoruyub yaşatmaq həmişə öncül amillərdən biri olmuşdur. Xusüsi ilə dini məscidlərimizə (qeyri dini məscid olmur – red.), ibadətkarlarımıza (ibadətgahlarımız yazmaq istəyib – red.) diqqət və qayğı milli-mənəvi dəyərlərimizin əsasını təşkil etmişdir. Bu gün bu sahənin qorunması, ona diqqət eyni zamanda dövlət səviyyəsində böyük həssaslıqla davam etdirilir. Cənab Prezidentin işğaldan azad olunan torpağlarımıza (“torpaqlarımıza”) ailə üzvləri ilə birlikdə səfəri, səfər zamanı Ağdam və Şuşa məscidlərinə Qurani Kərimin (Qurani-Kərimi – red.) hədiyyə etməsi, bütün (Bütün) Qafqazın Şeyxinin rəhbərliyi ilə Azərbaycandakı dini konvessiya (konfessiya) rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş torpağlarımızda (torpaqlarımızda) mövcüd (mövcud) olan məscidlərə getməsi, Türkiyənin Dianet (Diyanet) işlər (İşleri) müdürünün qeyd olunmuş torpağlarımıza (torpaqlarımıza) səfəri, səfər zamanı Şuşa məscidindəki Azanı (azan) və Namaz (namaz) qılması bir daha iki qardaş xalqının (xalqın) mənəvi dəyərlərinin yüksək səviyyədə qorunması deməkdir”.

Qeyd edək ki, bundan öncə də C.Paşazadə qrammatik və üslub səhvləri ilə dolu status paylaşmışdı. Daha sonra köməkçisi açıqlama verərək, statusu millət vəkilinin adından sürücüsünün yazdığını və onun artıq işdən çıxarıldığını bildirmişdi.

Maraqlıdır, görəsən, indiki səhvlərlə dolu statusu kim yazıb?

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər