Sizin Reklam Burada

BAKIDA AYURVEDA GÜNÜ QEYD OLUNUB

BAKIDA AYURVEDA GÜNÜ QEYD OLUNUBHindistanın Müstəqilliyinin 75-ci ildönümü ilə bağlı keçirilən bayram tədbirləri çərçivəsində Hindistanın Bakıdakı Səfirliyi tərəfindən 2 noyabr 2021-ci il tarixində “Ayurveda Günü”nün qeyd edilməsi üçün tədbir təşkil olunub. Tədbirdə yüksək səviyyəli tibb işçiləri, həkimlər, böyük turoperatorların nümayəndələri, Azərbaycan Turizm Bürosunun rəsmiləri və tanınmış media nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Hindistanın Səfiri cənab Vanlalvavna Bavitlunq müasir dövrdə Ayurvedanın artan aktuallığını vurğulayıb. O, həmçinin Hindistanda ənənəvi tibb sistemlərindən istifadə edən sağlamlıq mərkəzlərinin təklif etdiyi imkanlardan danışıb.

Səfir “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd edilməsi ilə bağlı olaraq Azərbaycanda “Ayurveda Günü” tədbirinin keçirilməsinin əlamətdar olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən “Avromed” şirkətinin baş direktoru cənab Kamran Ağasi Ayurvedanın əhəmiyyəti və vacibliyi, eləcə də onun Azərbaycanda potensialı haqqında danışıb. O, həmçinin şəxsi təcrübələrinə əsaslanaraq Hindistandakı sağlamlıq mərkəzlərinin təklif etdiyi imkanları vurğulayıb.

Daha sonra qonaqlara Ayurveda haqqında Azərbaycan dilində subtitrli qısametrajlı sənədli film nümayiş etdirilib.

Hindistanın 5000 il yaşı olan Ayurveda müalicə sistemi xüsusilə pandemiya dövründə bütün dünyada aktuallıq qazanmaqdadır. Ayurveda sanskrit sözüdür və “Həyat Elmi” kimi tərcümə olunur. Ayurveda sağlam yaşamağın praktiki yollarını və təbii müalicə üsullarını elm ilə birləşdirərək onu daha effektiv və populyar edir. Qədim dövrlərdən bəri bu elmi bilik bir çox cəmiyyətlərə təsir göstərib və dünyanın digər yerlərində təbii müalicə sistemləri öz mənşəyini Ayurvedadan götürür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər