Komitə rəsmisi işdən çıxaraq xaricə köçdü

Komitə rəsmisi işdən çıxaraq xaricə köçdüDiasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Vüqar Məmmədov vəzifəsindən azad olunub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, işdən çıxmaqla bağlı ərizə yazıb.

Dövlət Komitəsinin rəhbərliyi ərizəni qəbul edib.

V.Məmmədov təhsil və iş üçün xarici ölkələrdən birinə köçüb.